"Qarabağ"ı təbrik etsəydim, məni qınayacaqdılar" - "Neftçi"nin baş məşqçisi

"Qarabağ"ı təbrik etsəydim, məni qınayacaqdılar" - "Neftçi"nin baş məşqçisi"Biz özümüzü ev komandası kimi hiss etmədik. Dəhşətdir".

"Qafqazinfo" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 3-cü turunda "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Çalışdırıcı oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.

- Komandanız niyə qol vura bilmir?

- Fürsətlər var idi. Son oyunlarda bəxtimiz gətirmir. Son iki oyuna baxsaq, bu gün fərqli "Neftçi"ni gördük. Çox dinamik və ritmli komanda var idi. İlk saniyələrdən görünürdü ki, oyunçular qələbə qazanmaq üçün çıxıblar. Qol buraxandan sonra da sona kimi təzyiq etdik. Futbolçular qol vurmağa meyilli idilər. İkinci hissədə "qırmızı" aldıqdan sonra planlar pozuldu. Amma burada da müdafiəçilərimiz çox soyuqqanlı iş gördülər. Deyə bilərik ki, qapımızda epizod görmədən uduzduq. Futbolçulara meydandakı istəyə və sürətə görə minnətdaram. Tələskənlikdən irəli gələn səhvlər oldu. Amma bu gün gördüm ki, yaxşı işlər görməyə qadirik.

- Erkən qol planlarınızı nə qədər pozdu? Qapıçını səhvə görə hansısa cəza gözləyir?

- Demək olar ki, ümumən rəqibə çox fürsət vermirdik. Reallıqdır ki, qapıçının səhvi oldu. Amma buna görə onu silməyəcəyik. Digər oyunçuların da səhvləri olur. İnanıram ki, Kenan digər çempionatlarda göstərdiyi kimi, bizdə də yaxşı çıxış edəcək. Bu gün onu cəzalandırmaq mövzusu yoxdur.

- Kenan Piriç "Şamaxı" ilə oyunda da səhv buraxmışdı. Düşünmürsünüz ki, gələcəkdə problemlər yaradacaq?

- Bunu düşünmürük. Hansısa oyunçunun üzərində durmaq istəmirəm. Hamının səhvi ola bilər. Günahı onun üzərinə atmaq komanda işi deyil. Biz onu qorumalıyıq. Bu gün Türkiyə Superliqasından oyunçu gətirmək asan deyil. Amma bunu bacardıq. Orada buraxdıqları qolların səbəbi ümumi komandanın çıxışı da ola bilər.

- Hazırda nəyi daha çox istəyirsiniz: baxımlı oyunu görmək, yoxsa yaxşı nəticəni?

- Bugünkü oyun bizim üçün siqnal və ümiddir, bəhanə deyil. Birinci hissədə oynamış oyunçuların performansında əskiklik var. Bu komanda çox yaxşı işlər görəcək. Yetərincə çox yaxşı futbolçular var, bunu bacaracaqlar. Sadəcə xal itirdikdən sonra nələr etdik, mənim üçün çətin olur demək. Komandama inanıram.

- "Qırmızı" epizodunu və Sambunun epizodlarını nəzərə alsaq, Əliyar Ağayev işinin öhdəsindən gəldi?

- Onun hansı səviyyədə hakim olması hamıya bəllidir. Bu gün oyunda hakimlərdən narazı qaldım. Penalti epizodunu indi izah edə bilmirəm. Rəqibə ikinci sarı vərəqə vermək olar. Məncə, bir tərəfə daha çox simpatiya edirlər. Heç xoşuma gəlmədi. Bizim əsəblərimizlə oynadılar. Qırmızı vərəqəyə gəldikdə, rəqib provokasiya etdi, amma Ribeyronun ixtiyarı yoxdur ki, provokasiyaya cavab versin. Onu da baxıb incələmək lazımdır. Əliyar orada gördüsə, qırmızı vərəqə qərarı verdisə, onun yanındayam, dəstəkləyirəm, inanıram. Mən digər məsələləri deyirəm. Biz özümüzü ev komandası kimi hiss etmədik. Dəhşətdir.

- "Neftçi" xallar itirməyə davam edir. Qorxmursunuz ki, bu, istefanıza səbəb ola bilər?

- Ola bilər. Futboldur.

- "Qarabağ"ı təbrik etməməkdə sizi qınayırlar... Azarkeşlər də sizi qınayırlar ki, niyə Samir bəy "Qarabağ"ı təbrik etməyib...

- Təbrik etsəm, "Qarabağ"ın rəqibi kimi digər azarkeşlər də qınayarlar ki, niyə rəqibi təbrik edirsən? Nəysə... Bütün məşqçilər təbrik edib? Klublar yox, məşqçiyə sual verirsinizsə, bütün məşqçilərdən danışın. Təbrik edən məşqçilərin qrupunda mən yoxam, onlardan xəbərim yoxdur. Mən "Qarabağ"ı təbrik edirəm.

- "Turan Tovuz" əvvəlki rəqiblərə nisbətən hücum futbolu oynayan komandadır. Məşqçi taktiki sxemi düzgün vermir, ya da futbolçuların səviyyəsi o deyil ki, qələbə qazana bilmirsiniz?

- Məşqçi taktikası ilə bağlı cavab vermirəm. Şəxsi fikirdir. Hörmətlə yanaşıram. İkinci məsələni qəbul etmirəm. Futbolçularımın səviyyəsi haqda cavab verim. İmkan vermərəm ki, danışsınlar. Yaxşı səviyyədədirlər. Bu gün eyni ssenari davam edirdi.

- Niyə komanda asmalar etmir? "İmişli" ilə görüşdə ilk asmanı 56-cı, bu gün isə 45+1-ci dəqiqədə etdiniz...

- Sako yüksək səviyyədə oynadı. Oyun üslubu var. Bu gün nəzərə alırıq ki, "Turan Tovuz"un üç o boyda müdafiəçisi var, başla oynayırlar. Rəqibdə 1.50-lik müdafiəçilər də olsa, bizim oyun üslubumuz tamam başqadır. Bu gün məşqlərdə bir şeyi tələb edirsənsə, oyunda başqa şey tələb etmək futbolçunu da yolundan çıxarır. Bu, sırf oyun üslubundan irəli gələn bir şeydir.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 970   Tarix: 30 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Səbail" komandası hücumçu Mbup Babakarı heyətinə cəlb edib

"Səbail" komandası hücumçu Mbup Babakarı heyətinə cəlb edib. Bu barədə -a paytaxt təmsilçisinin mətbuat xidmətindən bildirilib. 24 yaşlı hücumçu ilə "1+1" illik müqavilə bağlanıb. Qeyd edək ki, Mbup Babakarın son klubu Serbiya Superliqasında çıxış edən "Radniçki" olub

7 oktyabr
.

Olisedən tarixi göstərici

Fransa millisi UEFA Millətlər Liqasının qrup mərhələsində ötən gün Belçika yığmasını 4:1 hesabı ilə məğlub edib. xəbər verir ki, bu görüşdə Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Maykl Olise iki qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da futbolçunun Fransa millisind

6 oktyabr
.

"Sabah" Bakıda ilk ÇL matçına çıxır

"Sabah" Çempionlar Liqasında ilk ev oyununa çıxır. Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiy

13 oktyabr
.

Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub

Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Bu barədə -a Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhə

12 oktyabr
.

Ronaldu Portuqaliya millisindən uzaqlaşdırıldı

Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib. xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb. Qeyd olunur ki, qaydalarına əsasən

10 oktyabr
.

Azərbaycanın minifutbol üzrə U-23 komandası dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycanın minifutbol üzrə U-23 komandası dünya çempionatında ilk matçına çıxıb. -ın məlumatına görə, yığma Rumıniya ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatıb. Azərbaycan millisinin heyətində Xəzər Ağalızadə (3), Nihad Ağayev (35) və Fərid Abbasov (39) fərqləniblər. Qeyd edək ki, bu gün start

13 oktyabr
.

Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?

Formula-1 üç onillikdən çox müddətdən sonra ilk dəfə Afrikaya qayıdacaq. Ruanda yarışın keçirilməsi ilə bağlı 10 illik müqavilə imzalayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Yeni ixtisaslaşmış avtomobil trası ölkənin paytaxtı Kiqalidən cənubda, Buqesera rayonund

14 oktyabr
.

Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı

Dünyanın ən bahalı oyunçularının yeni siyahısı açıqlanıb. xəbər verir ki, bu barədə futbolçuların transfer qiymətlərini analiz edən "Transfermarkt" portalı məlumat yayıb. Siyahının liderləri qismində hər biri 220 milyon avro olaraq qiymətləndirilən norveçli hücumçu Erlinq Holand və ispaniyal

9 oktyabr
.

Südabə Ağayeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb

Azərbaycan cüdoçusu Südabə Ağayeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb. -ın məlumatına görə, milli üzvü 1/32 finaldaı ispaniyalı Ai Tsunoda Roustanta uduzub. Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərində

8 oktyabr