KİV: Aİ qərarların qəbulunda yekdillik prinsipindən imtina etmək istəyir
Avropa İttifaqının (Aİ) bir sıra ölkələri xarici siyasətlə bağlı qərarların qəbulunda yekdillik prinsipindən imtina etmək və kvalifikasiyalı səs çoxluğu prinsipinə keçmək imkanlarını araşdırır.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu, həm də Aİ-yə Macarıstanın Ukrayna ilə bağlı mövqeyindən yan keçməyə kömək edəcək.
Nəşrin məlumatına görə, 10-a yaxın ölkədən ibarət qrup müəyyən qərarların qəbulu qaydalarının dəyişdirilməsi təkliflərini özündə əks etdirən sənəd hazırlayaraq Aİ-yə üzv dövlətlər arasında paylayıb. Agentlik qeyd edir ki, bu, ittifaqa daha sürətli hərəkət etməyə imkan verəcək və ayrı-ayrı dövlətləri birlik ölkələrinin əksəriyyətinin dəstəyini qazanan tədbirləri əngəlləmək imkanından məhrum edəcək.
Məqalədə bildirilir ki, səs çoxluğu ilə qərar qəbul etmə prinsipinə keçmək üçün Brüssel Aİ-nin bir hissəsi olan 27 ölkənin hamısının razılığını almalıdır.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan etmişdi ki, Budapeşt Aİ-nin Ukrayna ilə bağlı heç bir qərarını, xüsusən də onu enerji resursları ilə təmin edən Rusiya şirkətlərinə qarşı Aİ sanksiyalarının tətbiqini dəstəkləməyəcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 464 Tarix: 30 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kosmosda qədim Kainata açılan "pəncərə" aşkarlandı
Beynəlxalq astronomlar qrupu ən qədim kvazarlar arasından 31-ni aşkar edib və onlardan ikisi dərhal yeni rekord müəyyən edib: onlar Kainatın cəmi 670 milyon yaşı olanda işıq saçmağa başlayıblar. Bu, onları Kainatın öz müasir görkəmini almağa başladığı dövrün ən parlaq obyektlərinə çevirib, tədqiqat is
8 iyulPaşinyan: Yeni konstitusiyanın qəbulu hökumətin gündəmində qalır
Ermənistanın yeni konstitusiyasının qəbulu hakim "Vətəndaş müqaviləsi" Partiyasının gündəmində qalır. "Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü ilə əlaqədar xalqa müraciətində bildirib. O, ölkə konstitusiyasının zamanın çağırışların
5 iyulKXDR-də yeni esminesin silah sınaqları keçirilib
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In "Kan Qon" esminesindən strateji qanadlı raketlərin buraxılışını izləyib. "Report" Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir ki, sınaqlar zamanı gəminin əsas silah sistemləri, o cümlədən göyərt
5 iyulRusiya Ukraynanın daha beş yaşayış məntəqəsini nəzarətə götürüb
Rusiya ordusu Ukraynada bir sıra yaşayış məntəqələrini nəzarətə götürüb. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Belə ki, Xarkov vilayətində Şiykovka, Novıy Mir, Çerneşçina və Drujelyubovka yaşayış məntəqələri, həmçinin Donetsk vilayətində Vasilyevka kəndi Rusiyanın nəzarətin
5 iyul7 yaşında 116 kilo çəkisi olan uşaq ürək çatışmazlığından öldü
ABŞ-da 7 yaşlı Kasper O'Brayenin ölümündən sonra valideynləri cinayət, işgəncə və uşaq istismarında ittiham olunurlar. Hakimiyyət orqanları iddia edir ki, öldüyü zaman 116 kiloqram çəkidə olan uşaq illərdir baxımsız qalıb və lazımi tibbi yardım almayıb. Hadisə yerinə gələn təcili yardım həkimlərini
5 iyulTramp və Ərdoğan arasında görüş keçirilir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında ikitərəfli görüş keçirilir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər Ankaradakı Prezident Sarayında görüşüblər. Daha sonra iki lider birgə mətbuat konfransına qatılıblar. 15:38. ABŞ Prezidenti Donald Tramp NATO sammitind
7 iyulMəşhur dağıstanlı şairi ilan sancdı - Reanimasiyaya yerləşdirilib
Dağıstanda tanınmış dargin şairi və mahnı müəllifi İlyas İdziyevi zəhərli gürzə ilanı çalıb. -a istinadən bildirir ki, hadisə Dağıstanın İzberbaş şəhərində şairin yaşadığı fərdi evdə baş verib. Qohumlarının sözlərinə görə, İlyas İdziyevi Dağıstanda yayılan və Qırmızı Kitaba daxil edilmiş zəhərli gürz
5 iyul