2025-ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

2025-ci ilin ən sülhsevər ölkəsi bu ölkə olduDünyada gərginliklərin və silahlı qarşıdurmaların artdığı bir dövrdə İslandiya sabitlik və əmin-amanlıq nümunəsi olaraq qalır. Qlobal Sülh İndeksinin (Global Peace Index) 2025-ci il nəticələrinə əsasən, bu ölkə növbəti dəfə dünyanın ən sülhsevər dövləti seçilib.

Sonxeber.az xəbər verir ki, şimal ölkəsi olan İslandiya artıq 2008-ci ildən etibarən bu siyahının zirvəsindədir. Vulkanları, isti bulaqları və təbiət möcüzələri ilə tanınan ölkə yalnız turizm məkanı kimi deyil, həm də ictimai təhlükəsizlik, az hərbiləşmə və sabit idarəetmə institutları ilə fərqlənir. Bu xüsusiyyətlər onu həm sülhsevər ölkə, həm də xoşbəxtlik indekslərində yüksək yerlərdə olan bir məkan halına gətirir.

İlk beşlik

İslandiyanın ardınca siyahıda İrlandiya, Yeni Zelandiya, Avstriya və İsveçrə qərarlaşıb. Bu ölkələrdə sülhün qorunması üçün əsas amil kimi "Müsbət Sülh" (Positive Peace) – yəni sağlam institutlar, güclü iqtisadiyyat və ictimai rifah önə çəkilir.

Hesabata görə, müsbət sülh yalnız zorakılığın qarşısını almaqla məhdudlaşmır. O, həm də iqtisadi inkişafı sürətləndirir, faiz dərəcələrini aşağı salır və cəmiyyətin şoklara qarşı davamlılığını artırır.

Ümumi göstəricilər isə narahatedicidir. 2008-ci ildən bu yana dünya üzrə sülh indeksi orta hesabla 5,4% pisləşib. Ən sülhsevər və ən az sülhsevər ölkələr arasındakı uçurum isə 11,7% genişlənib.

2025-ci ilin nəticələrinə əsasən:

Rusiya ilk dəfə dünyanın ən az sülhsevər ölkəsi elan olunub.

Ondan sonra Ukrayna, İsrail və Şimali Koreya gəlir.

ABŞ isə 128-ci yerdə qərarlaşıb. Bu, onu Honduras, Banqladeş və Uqanda kimi ölkələrin belə arxasında qoyur. Əsas səbəb isə yüksək hərbiləşmə səviyyəsidir.

Regional fərqlər

Cənubi Amerika bu il yeganə region olub ki, sülh göstəricilərini yaxşılaşdırıb. Ən böyük irəliləyişlər Peru və Argentinada qeydə alınıb.

Kanada və Kosta Rika Şimali və Mərkəzi Amerikanın ən sülhsevər dövlətləri sayılıb.

Afrikada isə Mavritaniya, Botsvana və Namibiya sabitliyi ilə seçilib və inkişaf edən turizm sektoru ilə diqqət çəkib.

Avropada isə Fransa Qərbi və Mərkəzi Avropada ən çox hərbiləşmiş ölkə kimi göstərilib.

Qlobal təhlükə

Hesabatda vurğulanır ki, dünya hazırda "zorakı münaqişə böhranı" ilə üz-üzədir. 2023-cü ildə 59 dövlətlərarası silahlı qarşıdurma qeydə alınıb. Bu rəqəm İkinci Dünya Müharibəsindən bəri ən yüksək göstəricidir.

İslandiya həm sülhün, həm də xoşbəxtliyin nümunəsi olaraq dünyanın ən arzuolunan ölkələrindən biri kimi mövqeyini qoruyur. Onun sabit inkişaf modeli digər ölkələr üçün də örnək sayıla bilər.(valyuta.az)


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 940   Tarix: 02 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vuçiç: İstefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözləyirəm

Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözlədiyini bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Vuçiç bunu Velika Planadakı "Moravski Konaci" etnokəndinə səfəri zamanı jurnalistlərin sualını cavablandırarkə

20 sentyabr
.

İran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib

İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə

20 sentyabr
.

Cənubi Koreya Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verməyə hazırdır

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə Seulun Hörmüz boğazında gəmiçiliyin bərpasına əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib. Report" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb. "Ço Rubioy

20 sentyabr
.

Boğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı

Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində

20 sentyabr
.

Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"

Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman

20 sentyabr
.

Qrenlandiya ilə bağlı tarixi addım: Tramp saziş bağlandığını açıqladı

ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə saziş bağlandığını bəyan edib. Onun sözlərinə görə, saziş Birləşmiş Ştatların Arktika adasında daimi hərbi hüquqlar əldə etməsini nəzərdə tutur. xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb. "Məmnuniyyətl

20 sentyabr
.

Qırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib

Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayə

20 sentyabr
.

Sərxoş qadın ərini oxlovla döyüb öldürdü

Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü

20 sentyabr
.

Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı

Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba

20 sentyabr