Gözəllik kraliçası faciəvi şəkildə öldü
Qvatemalada gözəllik kraliçası, 20 yaşlı Alondra Marianela Ernandes Peres faciəli şəkildə həlak olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, gənc qız motosikletin iştirakı ilə baş verən yol qəzasında ölüb. Müsabiqənin qalibi işə gedərkən qəfil nəqliyyat vasitəsinə nəzarəti itirib.
Həkimlər qəza yerinə çatanda zərərçəkən hələ sağ olub. Onu dərhal tibb müəssisəsinə çatdırıblar, lakin qızın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd olunur ki, qəza Qvatemalanın ən təhlükəli şosselərindən birində, San-Markos və Kesaltenanqo şəhərlərini birləşdirən yolda baş verib. Bu magistral artıq uzun müddətdir ki, mütəmadi baş verən qəzalar səbəbilə yerli əhali arasında acı şöhrət qazanıb.
Məlumata görə, həlak olan gənc bu il La-Blanka şəhərinin gözəllik kraliçası titulunu qazanıb. Yerli KİV-in məlumatına əsasən, qız model sənayesində yoluna yeni başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 899 Tarix: 02 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu əsər 308 milyona satıldı - Tarixə düşdü - Fotolar
Abstrakt ekspressionizm cərəyanının ən görkəmli nümayəndəsi, 1956-cı ildə 44 yaşında vəfat edən məşhur amerikalı rəssam Cekson Pollokun "7A nömrəli, 1948" adlı əsəri Nyu-Yorkda keçirilən hərracda rekord qiymətə satılıb. "Qafqazinfo" xəbər verir ki, "Christie's" tərəfində
20 mayBakılı dünya çempionu Rusiyada beynəlxalq axtarışa verildi
Rusiya istintaq orqanları terrorçuluğa bəraət qazandırmaqda və xarici agent fəaliyyəti qaydasını iki dəfə pozmaqda ittiham olunaraq qiyabi həbs edilən tanınmış şahmatçı Harri Kasparovu beynəlxalq axtarışa verib. xəbər verir ki, bu barədə TASS onunla bağlı cinayət işinin materiallarına istinadən məluma
23 mayMadyar gələn həftə Brüsselə səfər edəcək
Macarıstanın Baş naziri Peter Madyar gələn həftə Brüsselə (Belçika) səfər edəcək. "Report" xəbər verir ki, bunu ölkənin XİN başçısı Anita Orban "Politico"ya müsahibəsində bildirib. Onun sözlərinə görə, Madyar Brüsseldə Avropa Komissiyası ilə dondurulmuş vəsaitlərin blokdan çıxarılmas
23 mayMəşhur müğənnindən polisə qəribə təklif: "Evdə lazanya hazırlamışam" - VİDEO
Dünya şöhrətli müğənni Britney Spears növbəti dəfə qalmaqallı hadisə ilə gündəmə gəlib. xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, polis əməkdaşları tərəfindən saxlanılan məşhur ifaçı avtomobildə reseptsiz dərman preparatları və boş şərab qədəhi ilə aşkarlanıb. Hadisə zamanı Spearsın avtomobildə
22 may