Prokurorun boğazını kəsən şəxs görün necə saxlanıldı - VİDEO

Prokurorun boğazını kəsən şəxs görün necə saxlanıldı - VİDEOİstanbulun Çekmeköy rayonunun Ömərli məhəlləsində dünən axşam saatlarında dəhşətli cinayət hadisəsi baş verib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 53 yaşlı Cumhuriyyət prokuroru Ercan Kayhan, əvvəllər aralarında ədavət olduğu bildirilən 19 yaşlı Mustafa Can Gül tərəfindən restoranda boğazından bıçaqlanaraq qətlə yetirilib.

Hadisədən dərhal sonra saxlanılan şübhəli Mustafa Can Gül, jandarmadakı ifadəsi alındıqdan sonra məhkəməyə göndərilib. Onun ədliyəyə aparıldığı anlar isə kameralara saniyə-saniyə əks olunub.

Məlumata görə, Mustafa Can Gül cinayətin törədildiyi həmin restoranda 2 il boyunca ofisiant kimi çalışıb. Onun "qadına qarşı zorakılıq", "israrlı izləmə" və "mənzil toxunulmazlığını pozma" maddələri üzrə 3 dəfə cinayət məsuliyyətinə cəlb olunduğu, həmçinin 09.11.2024–15.01.2025 tarixləri arasında Maltepe Cəzaevində saxlanıldığı müəyyən edilib.

İstintaq zamanı məlum olub ki, prokuror Ercan Kayhan tez-tez həmin restorana müştəri kimi gedirmiş. Həmin dövrdə ofisiant işləyən Mustafa Can Gül ilə naməlum səbəbdən aralarında mübahisə yaranıb və ədavət də bu səbəbdən başlayıb. Dünən axşam isə Gül restorana gələrək Ercan Kayhanı boğazından bıçaqlayıb.

Hadisə yerində cinayət aləti ilə yaxalanan şübhəli saxlanılıb, restoranda aparılan araşdırmalarda isə sübutlar toplanıb. Qətllə bağlı istintaq davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1448   Tarix: 04 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021