Dünyada 1 milyarddan çox insan psixi pozuntulardan əziyyət çəkir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatına görə, dünyada 1 milyarddan çox insan narahatlıq pozuntuları, depressiya və digər xəstəliklər də daxil olmaqla psixi pozuntularla yaşayır.
Lent.az bu mövzu ilə bağlı məlumatları təqdim edir:
2021-ci ildə 15 yaşdan yuxarı təxminən 400 milyon insan alkoqoldan sui-istifadənin fəsadlarından əziyyət çəkib, 2022-ci ildə isə 64 milyondan çox insanda narkotik istifadəsi ilə bağlı pozuntular qeydə alınıb. Həmin il dünyada təxminən 57 milyon insan demensiya, 24 milyondan çox insan isə epilepsiya ilə üzləşib. Ən geniş yayılmış psixi xəstəliklər narahatlıq (anksiyete) və depressiv pozuntular olaraq qalır. 2021-ci ildə bütün halların üçdə ikisindən çoxu məhz bu xəstəliklərin payına düşüb. Bu pozuntular əsasən 20–29 yaşlı insanlar arasında daha çox yayılıb. Hesabatda vurğulanır ki, 2011–2021-ci illər arasında psixi xəstəliklərin sayı dünya əhalisinin artım sürətini üstələyib.
ÜST həmçinin qeyd edir ki, intihar bütün ölkələrdə gənclərin "ölümün əsas səbəblərindən biri" olaraq qalır, istər sosial-iqtisadi vəziyyəti yüksək, istərsə də aşağı olan dövlətlərdə. 2021-ci ildə intihar nəticəsində 727 min insan həyatını itirib. Təşkilat xəbərdarlıq edir ki, intihar nəticəsində ölüm hallarının azaldılması üçün mövcud tədbirlər kifayət etmir: əgər indiki dinamika davam edərsə, 2030-cu ilə qədər bu göstərici cəmi 12% azalacaq. Halbuki BMT-nin məqsədi bu rəqəmi üçdə bir azaltmaqdır. Psixi pozuntuların iqtisadi nəticələri də böyükdür: ÜST-ün hesablamalarına görə, hər il 12 milyard məhsuldar iş günü itir və bu, dünya iqtisadiyyatına təxminən 1 trilyon dollara başa gəlir. Bununla belə, depressiyadan əziyyət çəkənlərin cəmi 9%-i keyfiyyətli müalicə ala bilir, psixozdan əziyyət çəkənlərin isə 71%-i tibbi yardıma çıxış imkanı əldə etmir. Daha əvvəl 15 milyon cütlük üzərində aparılan tədqiqat göstərib ki, psixi pozuntuları olan insanlar çox vaxt oxşar diaqnozları olan şəxslərlə ailə qururlar. Klinik psixoloq Darya Yauşe isə bildirib ki, terapiya zamanı hər iki tərəf üzərində işləmək vacibdir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1606 Tarix: 07 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabrBu ölkədə niqab qadağan edilir
İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun
21 sentyabrHörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb
Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm
20 sentyabrTramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin
20 sentyabrAvropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu
20 sentyabrBoğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı
Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində
20 sentyabrHaaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy
20 sentyabrAvropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir
Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar
21 sentyabr