6 yaşlı qız uşağı doğulduqdan bəri otaqda kilidli saxlanılıb
Braziliyanın Sorocaba şəhərində insanlıqdan kənar bir hadisə baş verib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, polisə edilən şikayət əsasında aparılan əməliyyat zamanı illərlə evdə kilidli saxlanılan 6 yaşlı qız uşağı xilas edilib.
Məlumata görə, azyaşlı doğulduqdan bir neçə ay sonra ailəsi tərəfindən cəmiyyətdən tamamilə təcrid olunub. Ata, onun digər ailə üzvləri ilə ünsiyyət qurmasına icazə verməyib və sosial həyata qatılmasını qadağan edib.
Qızın indiyədək heç vaxt məktəbə getmədiyi, tibbi müayinə və peyvəndlərdən kənarda qaldığı, danışmağı öyrənə bilmədiyi müəyyənləşib. O, yalnız şpris vasitəsilə verilən maye qidalarla bəslənib. Mütəxəssislər uşağın yalnız bəzi səslər çıxara bildiyini, danışıq qabiliyyətinin inkişaf etmədiyini bildiriblər.
Uşaq müdafiə mütəxəssisi Lígia Guerra açıqlamasında, qız otaqdan çıxarıldığı an ilk dəfə xarici dünyanı görürmüş kimi davrandığını və böyük təəccüb yaşadığını deyib. Baxımsızlıq səbəbindən saçlarının tam dolaşdığı və kəsilmək məcburiyyətində qaldığı da qeyd olunub.
Polis 54 yaşlı atanı və 45 yaşlı ananı saxlayıb, evdəki üç mobil telefona da əl qoyub. Kiçik qız dövlət himayəsinə götürülərək sığınacağa yerləşdirilib. Hazırda onun həm psixoloji, həm də fiziki müalicəsi davam etdirilir.
Braziliya ictimaiyyətində böyük rezonans doğuran hadisə ilə bağlı valideynlərə "azadlığı məhdudlaşdırma" və "uşağa qarşı laqeydlik" kimi ağır ittihamlar irəli sürülüb. Məhkəmənin qərarı ilə ata və ana həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1007 Tarix: 08 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Azərişıq"ın anbarında yanğın - VİDEO
Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"
15 sentyabr 2021Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir
Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər
13 sentyabr 2021Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18 sentyabr 2021Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO
"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind
11 sentyabr 2021Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ
Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c
17 sentyabr 2021Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı
Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl
11 sentyabr 2021Mingəçevirdə minik avtomobili kül oldu
Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
11 sentyabr 2021Ağdaşda yaşayış evi kül oldu
Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
12 sentyabr 2021Tanışını döyə-döyə öldürdü
Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma
16 sentyabr 2021