Küçədə kütləvi dava: Polisə bıçaq və stul ilə hücum edildi
Aksarayda iki qrup arasında başlayan mübahisə kütləvi davaya çevrilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı polis əməkdaşlarına bıçaq və stul ilə hücum edilib, nəticədə 2-si polis olmaqla 4 nəfər yaralanıb. Hadisə anı kameralara da əks olunub.
Hadisə şəhərin Muhsin Çələbi məhəlləsində, 600-cü küçədə qeydə alınıb. Məlumata görə, 23 yaşlı Mustafa A. və atası 46 yaşlı Ali A. əvvəlcədən ədavətləri olan 48 yaşlı Tuncer Ç. və 22 yaşlı oğlu Mustafa Samet Ç. ilə söz davasına çıxıb. Qısa müddətdə böyüyən mübahisə kütləvi davaya çevrilib.
Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Lakin tərəfləri ayırmaq istəyən polis əməkdaşlarına qarşı Mustafa A. əlindəki stulu ataraq bir polisi yaralayıb. Atası Ali A. isə əlindəki bıçaqla həm vətəndaşlara, həm də polis əməkdaşlarına hücum edib. Polisin xəbərdarlığına baxmayaraq, Ali A. bıçağı yerə qoymayaraq müqavimət göstərib və bıçağı polisə atıb. Oğlu Mustafa A. isə atasını qorumaq adı ilə polisləri təhdid edib və yumruq-təpiklə hücum edib.
Polis əməkdaşları və bekçilər bibər qazından istifadə edərək hücum edən ata-oğulu nəzarətə alıblar. Yaralanan 2 polis əməkdaşına yerində ilkin tibbi yardım göstərilib, daha sonra xəstəxanaya aparılıblar. Polis əməkdaşlarından birinin qolunun sınıb alçıya alındığı bildirilib.
Hadisə ilə əlaqədar Mustafa A., atası Ali A., qarşı tərəfdən isə Mustafa Samet Ç. (22), Y.Ç. (16), M.A.K. (17), B.Ş. (17) və Tuncer Ç. (48) olmaqla ümumilikdə 7 nəfər saxlanılıb. Faktla bağlı Aksaray Cumhuriyyət Baş Prokurorluğu tərəfindən araşdırma başlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 949 Tarix: 08 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
77 yaşlı kişi supermarketdə döyülərək öldürülüb
ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində supermarketdə baş verən mübahisə 77 yaşlı Bert Atienzanın ölümü ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisənin 17 yaşlı qadın işçinin Atienzanın həyat yoldaşına alış-veriş arabası ilə az qala çırpılması ilə başladığı bildirilir. Mübahisədə
21 sentyabrAtatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO
Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim
14 sentyabrHamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü
Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar
20 sentyabrPolisi görəndə qaçmağa başladı: Görüntülər kamerada - VİDEO
İstanbulun Küçükçekmece rayonunda iş yerinə silahlı hücum edən və hadisə yerindən qaçmağa çalışan şübhəli polisdən yayına bilməyib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Halkalı küçəsində baş verib. Məlumata görə, şübhəli iş yerinə atəş açdıqdan sonra qaçmağa başlayıb. Məlumatın ardından əraziy
10 sentyabrİş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Ağdaşda silahlı insident baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib. Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə yetirib. Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəng
21 sentyabrHəkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
Bu ilin iyul ayında Həkəri çayında batmış kişinin meyiti tapılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehd
19 sentyabrAğdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb. "Report"a istinadən xəbər verir ki, meyit rayonun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Müşfiq Aqil oğlu Hacıyevə məxsus olması müəyyənləşib. Əldə edilən məlumata görə, M.Hacıye
20 sentyabrDƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ
Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak
19 sentyabrGənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13 sentyabr