Dunyada Nobel və Oskar mükafatına layiq görülmüş bu dahinin həyat dərslərini dinləyək...

Dunyada Nobel və Oskar mükafatına layiq görülmüş bu dahinin həyat dərslərini dinləyək...Uilyam Şekspirdən sonra ingilis teatrının ən məşhur dramaturqu, sosializm və qadın hüquqlarının qatı müdafiəçilərindən olan bu şəxsiyyətin yumor hissi görkəmli irland yazıçısı Oskar Vayld kimi öz dövrü üçün unikal xarakterə malik idi və o, əsasən komediyaları ilə insanların yaddaşında qalıb.

Vegetarian olmaqla birlikdə, həyatı boyu siqaret çəkməyən və içki içməyən bu dahi şəxsiyyətin maraqlı mübarizələrindən biri dövlətin verdiyi rəsmi təhsilə qarşı çıxması olmuşdur.

Bəli, söhbət musiqi, sənət və teatr tənqidçisi olan irland yazıçısı Bernard Şoudan gedir. Yazıçı məktəblərdə aldığı təhsildən heç nə öyrənmədiyini açıq şəkildə etiraf edərək Dikkensin, Şekspirin, Benyanın kitablarından, "İncil"dən, "Min bir gecə" nağıllarından və anasının ifa etdiyi operalardan çox şey öyrəndiyini daima dilə gətirmişdir.

Bernard Şou dünyada həm ədəbiyyat üzrə Nobel mükafatına (1925-ci ildə), həm də "Piqmalion" filminin ssenarisinə görə Oskar mükafatına (1938-ci ildə) layiq görülən yeganə insandır. Lakin maraqlıdır ki, tanınmış yazar laureatlara verilən medalı qəbul etsə də, "Nobel"in pul mükafatından imtina etmişdir. Belə ki, yazıçının keçdiyi həyat yoluna nəzər saldıqda görürük ki, o, ümumiyyətlə, "Nobel" mükafatından belə imtina etmək istəmişdir. Lakin Bernard Şounun xanımı Nobel müafatının onun şəxsində İrlandiyaya verildiyinə inandırandan sonra o, qərarını dəyişmişdi. Bernard Şou hər cür təmtərağın əleyhdarı olduğundan təqdimat mərasimində iştirakdan qəti şəkildə imtina etmişdir. Mükafatın pul hissəsinə gəlincə, onu İsveç ədəbiyyatını ingilis dilinə tərcümə etmək üçün fondun yaradılmasına ayırmışdı.

İsveç ədəbiyyatşünası Per Halsterm pyeslərinə yazdığı dərin məzmunlu müqəddimələrə görə Bernard Şounu "bizim günlərin Volteri" adlandırmışdı.

Bəlkə də qəribənizə gələ bilər. Lakin qeyd edim ki, Bernard Şou son səhnə əsəri olan "Bayandın milyardları" pyesini 92 yaşında tamamlayıb. Həyatının sonuna qədər bitməz-tükənməz enerjiyə sahib olan bu irlandiyalı yumor hissini, iti ağlını, ən gözlənilməz fikir və mülahizələrə dərhal və hazırcavablıqla reaksiya vermək bacarığını ömrünün sonunadək qoruyub saxlamışdı.

O, 1950-ci ildə 94 yaşında olarkən ağac budadığı zaman nərdivandan yıxılması ilə aldığı yaraların sağalmaması nəticəsində vəfat etmişdir.

Sizi Bernard Şounun aforizmə çevrilmiş hikmət dolu xəzinəsindən olan bəzi söz inciləri ilə tanış etmək istərdik:

1 Ağıllı adam ağlını işlədir. Daha ağıllı adam başqalarının da ağlını işlədir.

2 Azadam, sağlamam, xoşbəxtəm və sıxıntıdan partlayıram.

3 Bacaranlar edir, bacarmayanlar isə başqalarını öyrədir.

4 Bəziləri mədəsi üçün yemək, digərləri isə yemək üçün mədə axtarır.

5 Bir işi bilən edər, az bilən ağıl verər, bilməyən tənqid edər, edə bilməyən qara yaxar.

6 Bizə dəli adamlar lazımdır, görün bu ağıllı insanlar mövcud vəziyyəti hansı hala gətirib çıxarıblar.

7 Çılpaq bədənlər bizi təəccübləndirmir artıq, çılpaq beyinlərdir varlığına dözə bilmədiyimiz.

8 Diş ağrısı çəkənlər dişləri sağlam olanların, kasıblar isə varlıların xoşbəxt olduqlarını zənn edirlər.

9 Əgər getdiyin yolda heç bir maneə yoxdursa, o yol səni heç bir yerə aparmaz.

10 Ən gözəl azadlıq anlayışı kölələrin xəyallarında canlandırdıqlarıdır. Çünki onlar azadlığın qorxuducu tərəflərini heç vaxt bilməzlər.

11 Həqiqətin içində olmaq bilmək demək deyildir. Əks təqdirdə balıqlar dəniz mövzusunda coğrafiyaşünaslardan və təbiət alimlərindən çox bilərdilər.

12 Həyat boyu xoşbəxt olmağa heç bir insan dözə bilməz, yoxsa dünya bir cəhənnəm olardı.

13 İnsan - kərpic kimidir, bişdikcə bərkiyir.

14 Qızıl qayda belədir: hər hansı qızıl qayda yoxdur.

15 Qocalmaq darıxdırıcıdır, amma uzun yaşamaq üçün yeganə metoddur.

16 Maaşımı ingilislərə necə yaşadıqlarını izah edərək qazandım. Onlar isə öz həyat tərzlərinin gülünclüyünü görməyib güldürmə qabiliyyətimə görə uğur qazandığımı zənn etdilər.

17 Məğlubiyyətə deyil, savaşa; kölə olmağa deyil, köləliyə; qonşunuz kimi varlı olmamağa deyil, yoxsulluğa qarşı baş qaldırın.

18 Məhəbbət teleskopdan, paxıllıq isə mikroskopdan baxır.

19 Mənim məşhurluğum hər uğursuzluğum ilə daha da artırdı.

20 Nifrət, ürəksizlərin qorxduqları zaman duyduqları bir qisas almaq istəyidir.

21 "Niyə?" sualını verdiyini eşidirəm. Daima "niyə?" sualını... Olanları görürsən və "Niyə?" – deyə soruşursan. Mən isə olmayanları xəyal edir və soruşuram: "Niyə olmasın?"

22 Oğru varlını, varlı isə yoxsulu soyur.

23 Pələng insanı öldürərsə, adı vəhşilik, insan pələngi öldürərsə, adı ovçuluq olacaqdır. Cinayət və ədalət arasındakı fərq bundan ibarətdir.

24 Sağlamlığınızı tükədənə qədər istifadə edin. Çünki o, bunun üçündür. Nəyiniz vardırsa, bitirin ölmədən öncə və qətiyyən yaşam müddətinizi aşmağa çalışmayın.

25 Sevdiyinizi əldə etməyə çalışın, yoxsa əlinizdəkini sevmək məcburiyyətində qalarsınız.

26 Sevmədiyiniz bir şeyi alqışlamaq yalanın bir çox formalarından biridir.

27 Susmağın gücünə inanıram. Bu mövzuda saatlarla danışa bilərəm.

28 Sükut nifrətin ən mükəmməl ifadəsidir.

29 Şənlənməyi bacaran insanların pulu yoxdur, pulu olan insanlar isə şənlənməyi bacarmır.

30 Tarixdən götürüləcək yeganə dərs odur ki, insanlar tarixdən heç vaxt dərs götürmürlər.

31 Təcrübələrimizdən bilirik ki, heç kim təcrübələrindən dərs çıxarmır.

32 Uşaqlarınıza dərs vermək istəyirsinizsə, özünüzü nümunə göstərin. Lakin sizin kimi olmaları üçün deyil, sizin kimi olmamaları üçün.

33 Yaxınına qarşı ən böyük günah nifrət deyil, laqeydlikdir; budur həqiqətən insaniyyətsizliyin zirvəsi.

34 Zarafatlarımın hamısı həqiqəti söyləməkdir. Dünyada bundan daha gülməli zarafat olacağını düşünmürəm.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 673   Tarix: 08 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Düzgün Tur Şirkətini Necə Seçmək Olar?

Səyahət planlayarkən ən vacib addımlardan biri etibarlı və düzgün tur şirkəti seçməkdir. Azərbaycanda bu sahədə geniş imkanlar təqdim edən saytı sizə fərqli tur paketlərini, endirimli turları və sərfəli təklifləri bir arada təqdim edir. Tur saytı ilə siz onlarla tur şirkətinin təkliflərini müqayisə ed

2 may
.

Dünya bazarında ən ucuz metal bəlli oldu: Bir tonu 2000 dollardan aşağıdır

"Qurğuşun dünya bazarlarında alınıb-satılan ən ucuz metal hesab olunur, onun bir tonunun dəyəri 2 00 dollara çatmır". "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Antonina Levaşşenko məlumat verib. "Dünya bazarlarında satılan ən ucuz metal qurğuşu

4 may
.

Səhərlər daha xoşbəxt oyanmaq üçün yatmazdan əvvəl edə biləcəkləriniz

Səhərlər daha gümrah və xoşbəxt oyanmaq təkcə genetikadan asılı deyil; bu, həm də yatmazdan əvvəl tətbiq etdiyiniz vərdişlərin nəticəsidir. xəbər verir ki, ekspertlərin rəyinə əsasən, daha keyfiyyətli yuxu və enerjili sabahlar üçün aşağıdakı 7 tövsiyəni tətbiq edə bilərsiniz:. Yuxu planlamasına zama

2 may
.

Ailələri ilə şouya qatılan qadınların reaksiyaları diqqət çəkdi - VİDEO

Ailələri, uşaqları və həyat yoldaşları ilə birlikdə şou proqramına qatılan qadınların səhnədəki performansa verdiyi reaksiyalar gündəm olub. xarici mediaya istinadən xəbər verir ki, səhnəyə çıxan əzələli performansçı təqdim etdiyi şou ilə izləyicilərin diqqətini cəlb edib. Xüsusilə zalda əyləşən qadınları

4 may
.

Bu çay yarım saata adamı YATIZDIRIRMIŞ

Bir fincan südlü çay və ya yaşıl çay sizə bir az enerji verə bilsə də, bütün çaylar canlandırıcı təsirə malik deyil. -a istinadən xəbər verir ki, diyetoloq İqor Strokov insanı dəqiqələr içində yuxuya aparan sadə çaydan danışıb:. "Çobanyastığı çayı tez-tez yuxusuzluq və digər yuxu problemləri üçü

2 may
.

Fərqində olmadan enerjinizi tükədən vərdiş bəlli oldu

Gündəlik həyatın intensiv ritmində bir çox insan səbəbi bilinməyən yorğunluqdan şikayət edir. Səhərlər gümrah oyanmağınıza baxmayaraq, gün ərzində enerjinizin sürətlə tükənməsinə səbəb olan vərdişlər mütəxəssislər tərəfindən müəyyən edilib. xəbər verir ki, gün ərzində səbəbsiz yorğunluq, halsızlıq v

2 may
.

Vatsap o telefonlarda işləməyəcək

Gündəlik ünsiyyətin əsas platformalarından birinə çevrilən Vatsap köhnə nəsil "Android" telefonlar üçün dəstəyini dayandırmağa hazırlaşır. Yeni qərar milyonlarla istifadəçini əhatə edəcək. "Qafqazinfo" xəbər verir ki, "Meta"ya məxsus mesajlaşma tətbiqi 8 sentyabr 2026-c

1 may
.

Narazı gəlin diqqət çəkdi - VİDEO

Toy məclislərindən birində lentə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. xəbər verir ki, yayılan kadrlarda ən çox diqqət çəkən məqam gəlinin üz ifadəsi olub. İzləyicilər onun narazı və bir qədər soyuq göründüyünü qeyd ediblər. Görüntülərdə cütlüyün rəqs etdiyi anlar da yer alıb

3 may
.

Faydaları sizi heyrətləndirəcək!

Reyhan min bir dərdə şəfa verən bitki kimi tanınır. "Qafqazinfo" xəbər verir ki, 2500 ildən çoxdur Yaxın Şərq və Aralıq dənizi hövzəsində dərman məqsədilə əkilən reyhan, sağlamlıq üçün bir çox faydalara malikdir. Vətəni Hindistan olan bu bitki acı, kəskin, lakin dadı ilə seçilir və yalnız qid

5 may