Nazirlik valideynlərə XƏBƏRDARLIQ ETDİ
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə Sonxeber.az-a Mərkəzdən məlumat verilib.
Bildirilib ki, hər yeni tədris ili başlananda övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bir çox valideynlər və ya özü sürücü olan əksər tələbələr yol hərəkəti qaydalarına əməl etmirlər:
"Bu isə paytaxtın küçə və prospektlərində, təhsil müəsisələrinin yaxınlığında olan yollarda süni sıxlığa səbəb olur. Bu cür hallar ictimai nəqliyyatdan istifadə edən digər hərəkət iştirakçılarının da yolda əlavə vaxt itirməsinə gətirib çıxarır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən paytaxtda yerləşən təhsil müəssisələrinin ətrafında, yaxın küçə və prospektlərdə müşahidə kameraları vasitəsilə yollar nəzarətdə saxlanılır. Nəqliyyat sıxlığının yaranmasına səbəb olan hallar olduğu zaman yol polisinə məlumat verilməsi ilə yanaşı, müxtəlif istiqamətlər üzrə svetoforlara "yaşıl dalğa" rejimi tətbiq ediləcək.
Bütün bunları nəzərə alaraq, şəxsi minik avtomobilləri ilə övladlarını məktəbə gətirən valideynlərə, eləcə də tələbələrə tövsiyə edirik ki, avtomobillərini mümkün qədər yeraltı və yerüstü dayanacaqlarda, parklanma yerlərində park etsinlər. Nəqliyyat vasitəsini dayanma və durmanın qadağan olunduğu yerlərdə saxlamasınlar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1303 Tarix: 09 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xaçınçaydan sel keçdi, avtomobil yoluna və qaz xəttinə ziyan dəydi
Ağdamda Xaçınçaydan sel keçib. APA-ya istinadən xəbər verir ki, son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində çayda suyun səviyyəsi yüksəlib. Sel suları Ağdamın Xaçınçay qəsəbəsini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bir hissəsini yuyub. Həmçinin sel nəticəsində qaz xəttin
17 iyunİşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı
Azərbaycanda ESOP (işçilərin pay iştirak) proqramının tətbiq edilməsi nəzərdə tutulur. -ın məlumatına görə, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Kraudfandin
17 iyunBakıda küçədə qadınla dalaşan kişinin kimliyi bilindi - VİDEO
Bakıda küçədə əlbəyaxa dava edən qadın və kişinin kimliyi müəyyənləşib. -ın məlumatına görə, paytaxtın Nərimanov rayonu, Atatürk prospekti ərazisində baş verən insidentdə iştirak edən 38 yaşlı qadın və həmyaşıdı R.Zeynalov polis əməkdaşları tərəfindən müəyyən edilərək ərazi üzrə müvafiq polis şöbəsin
17 iyunPsixatriyanın müalicə üsulları genişlənib
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib". bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib. Psixatriyanın müalicə üsulları genişlənib. O qeyd edib ki, bu gün müasir texnologiyalardan istifadə etməklə bir sıra xəstəliklər
17 iyun