"Azərbaycanda "başqaları" sanki, "sosial polis" funksiyası daşıyan mistik bir varlıqdır" - SOSİOLOQ
" "Başqaları nə deyər?" sindromu şərq toplumlarında, eləcə də Azərbaycan cəmiyyətində yeni bir fobiya deyil, yüz illər ərzində formalaşmış kollektiv mədəniyyətin düşüncə formasıdır. Ənənəvi icmalarda sosial həyatda fərdin davranışı daim kollektivin gözü ilə ölçülür. Yəni, sən təkcə özün üçün yaşamırsan, eləcə də ailən, sevdiklərin üçün yaşayırsan. Onları utandırmaq sənin üçün qəbuledilməz sayılır. Nəticədə isə, bəli, bəzən fərdi seçimlər cəmiyyətin kollektiv rəyinə qurban verilir".
Bu sözləri Sonxeber.az-a sosioloq Yusif Nəbiyev danışıb.
O, açıqlamasında qeyd edib ki, burada məsələ təkcə adət-ənənənin gücündə deyil, həm də zəif institutların boşluğunu cəmiyyət rəyinin doldurmasındadır:
"Qanun və qaydaların şəxsi azadlıqları tam qorumaqda aciz qaldığı yerlərdə sosial nəzarət, başqa cürə ifadə etsək, "camaat nə deyər?" sualı alternativ məhkəmə rolunu oynayır.
Bir az sarkazmla desək, Azərbaycanda "başqaları" sanki görünməz amma hər yeri müşahidə edən, "sosial polis" funksiyası daşıyan mistik bir varlıqdır. O sənin geyimindən tutmuş, evlənmə vaxtına, hətta neçə uşaq doğacağına qədər "protokol" hazırlayır, sən də bunlara əməl edirsən. Bu elə bir "protokol"dur ki, insanlar fərdi olaraq bu qanunları bəzən bəyənməsələr belə, çox vaxt bu protokola uyğun yaşamaqla həm qınaqdan, həm də ailə içi konfliktlərdən qaçdıqlarını düşünürlər.
Nəticə etibarilə, bu sindromun gücü fərdi azadlığın yoxluğundan və kollektiv mədəniyyətin dominantlığından qaynaqlanır. Həll yolu isə "başqaları nə deyər?" sualını "mən nə istəyirəm?" sualı ilə yavaş-yavaş əvəzləməkdir. Amma, etiraf edək ki, bu keçid kollektivist şərq mədəniyyətlərində inqilab deməkdir və heç də tez və asan baş verəcək bir dəyişim prosesi deyil".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 920 Tarix: 09 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd
21 sentyabrBank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Son dövrlər kredit borcu olan şəxslərin yaxınlarına bank və ya bank adından fəaliyyət göstərən şəxslər tərəfindən zəng edilməsi ilə bağlı narazılıqlar gündəmə gəlir. Borclunun qohumunun kredit müqaviləsində zamin və ya digər hüquqi tərəf olub-olmaması burada mühüm əhəmiyyət daşıyır. Xüsusilə borclunu
21 sentyabrBu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır
Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır. "Report"a istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir. Qeyd edək ki, Ramiz Mehdiye
21 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrSosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə
21 sentyabrBu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə
20 sentyabrAzərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabr