Avstraliyalılar niyə ayaqyalın gəzir?
Avstraliya haqlı olaraq Yer üzündəki bütün digər ölkələr arasında ən maraqlı və qeyri-adi ölkə hesab olunur. Ən azından qitə Şimal yarımkürəsində yox, Cənub yarımkürəsində yerləşir, orada yol hərəkəti sol tərəflidir və flora-faunanın zənginliyi barədə bütün dünyada danışılır.
Amma "hər şeyin tərsinə" olduğu bu ölkənin sakinlərinə aid başqa bir maraqlı xüsusiyyət də var – gəlin öyrənək, avstraliyalılar niyə ayaqyalın gəzməyi sevirlər və bu nə ilə bağlıdır.
Lent.az xarici mediaya istinadla mövzuyla bağlı araşdırmanı təqdim edir,
Niyə insanlar Avstraliyada küçədə ayaqyalın gəzirlər?
Kenguruların və nəhəng hörümçəklərin ölkəsində çoxlu sayda çimərliklər və okean var. Ona görə də əvvəlcə ayaqqabısız gəzmək təəccüblü görünmür – dünyanın bir çox kurort şəhərlərində bu təcrübə var. Amma avstraliyalılar yalnız çimərlikdə deyil, küçələrdə də ayaqyalın gəzirlər.
Məsələ ondadır ki, Avstraliyada təmizlik məsələsinə çox ciddi yanaşılır – səki və küçələrdə nə zibil, nə də çirk görəcəksiniz. Buna görə də bir çox insanlar okean sahilindən kafeyə və ya mağazaya rahatlıqla ayaqyalın gedə bilirlər. Avstraliyalılar mağazalara ayaqyalın girirlərmi? Bəli, bunu kifayət qədər tez-tez görmək olar.
Birincisi, dediyimiz kimi, bu vərdiş təmizliyə görə formalaşıb – insan nə ayağını kirlətməkdən, nə də hansısa əşyadan yaralanmaqdan qorxmur. İkincisi, avstraliyalılar sadə və rahat həyat tərzi sürürlər, onlara necə rahatdırsa, elə də edirlər. Üçüncüsü, iqlim də təsir göstərir – ölkədə ilin böyük hissəsi isti keçir, buna görə də soyuqlamaqdan ehtiyat etməyə dəyməz.
Okeanlara bu qədər yaxın yaşayan avstraliyalılar vaxtlarının çoxunu çimərliklərdə, gözəl təbiət qoynunda keçirirlər. Bu səbəbdən onlar həyatı daha rahat qarşılayırlar, çünki onlar üçün çimərliyə getmək nə imtiyaz, nə də nadir bir təcrübədir – bu, gündəlik həyatın bir hissəsidir. Maraqlıdır ki, bu vərdiş yalnız böyüklərə deyil, uşaqlara da aiddir.
Bununla belə, başa düşmək lazımdır ki, ayaqyalın gəzmək ənənəsi daha çox kiçik şəhərlərin sakinlərinə xasdır – Sidney və ya Melburnun mərkəzində ayaqqabısız gəzən insan görmək xeyli çətindir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - BƏLLİ OLDU
Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər - 3 SAATLIQ
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİ XƏBƏR
Azərbaycanda minimum əməkhaqqı BU QƏDƏR ARTA BİLƏR
Dəhşətli bir qış gəlir - Havalar...
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Nə qədər artım olacaq? - Nazirlikdən AÇIQLAMA
Bakıda ictimai nəqliyyatda YENİ SİSTEM: Metro və avtobusa 90 dəqiqə ərzində ödənişsiz istifadə mümkün olacaq?
Sosial müavinətlərlə bağlı AÇIQLAMA
Azərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
Səhər, yoxsa axşam: Maksimum fayda üçün yumurtanı nə vaxt yemək lazımdır?
Bu şəxslər PENSİYA ALA BİLMƏYƏCƏKLƏR - Nazirlikdən XƏBƏRDARLIQ
Azərbaycanda işıq pulu LƏĞV EDİLƏ BİLƏR- Mühüm YENİLİK
"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK
Nazir şöbə müdiri təyin etdi