Həll olunan qəhvə əslində nədir?

Həll olunan qəhvə əslində nədir?Həll olunan qəhvə bu, həqiqi qəhvə deyil. O, adi qəhvə dənələrindən hazırlanır. Sadəcə, sizin yerinizə əvvəlcədən dəmlənib və qurudulub.

Lent.az qəhvə ilə bağlı bilmədiyiniz məlumatları təqdim edir:

İstehsal prosesi belədir:

Qəhvə dənələri yığılır, işlənir və qovrulur. Dənələr xırda üyüdülür və dəmlənir (böyük qəhvə maşınını təsəvvür edin). Alınan ekstrakt durulaşdırılır və qurudulur. Nəticədə biz suya əlavə etdiyimiz qranul və ya toz alınır.

Həll olunan qəhvənin növləri:

Toz halında ən geniş yayılmış və əlçatan növ. Qəhvə ekstraktının qurudulması ilə alınır. Qranul halında iri hissəciklərdir, tez həll olur, dadı daha doymuşdur. Sublimasiya olunmuş (freeze-dried) ən keyfiyyətli və bahalı növdür. Əvvəlcə dondurulur, sonra vakuumda qurudulur. Ən çox dad və aroma saxlanılır.

Niyə həll olunan qəhvə bəzən dadsız olur?

Əsas səbəb iqtisadiyyat. Maya dəyərini azaltmaq üçün istehsalçılar:

ucuz xammal (robusta, qırıntılar, köhnə dənələr) istifadə edirlər;

160°C-yə qədər temperatur və 16 atmosfer təzyiqdə ekstraksiya edirlər;

dadı gizlətmək üçün ətirlər və efir yağları əlavə edirlər.

Nəticədə acılıq, kəskin qoxu və "plastik" dad yaranır.

Faydası və tərkibi: həqiqətən zərərlidirmi?

Həll olunan qəhvə təbii məhsuldur. Onun tərkibində qalır:
kofein
xlorogen turşusu
antioksidantlar (dənəvər qəhvədən daha az)

Faydaları:

Beyni stimullaşdırır

Maddələr mübadiləsini sürətləndirir

2-ci tip şəkərli diabet və Parkinson xəstəliyi riskini azalda bilər

Kalorisi demək olar ki, yoxdur. Şəkər və qaymaq əlavə etməsəniz, pəhrizdə də içmək olar.

Həll olunan qəhvə mədəyə necə təsir edir?

Təəssüf ki, hər kəsə uyğun deyil. Yüksək temperaturda emal içkini mədə-bağırsaq üçün daha aqressiv edir. Xüsusilə robusta, ətirlər və dərin ekstraksiya hallarında.

Mümkün reaksiyalar:

mədə yanması

ağırlıq hissi

selikli qişanın qıcıqlanması

tez-tez defekasiya ehtiyacı

Yüksək keyfiyyətli sublimasiya olunmuş qəhvə daha yumşaqdır və mülayim miqdarda, xüsusən yeməkdən sonra və südlə içildikdə təhlükəsizdir.

Həll olunan qəhvəyə nə əlavə olunur?

Bəzi növlərdə dadı və teksturanı yaxşılaşdırmaq üçün əlavə maddələr olur:

Şirinləşdiricilər: şəkər, fruktoza, steviya, süni şəkər əvəzedicilər

Süd və krem əvəzediciləri: toz süd, bitki mənşəli krem tozları

Ətirlər və dad əlavələri: vanil, karam, şokolad, qoz, ədviyyat, kakao tozu

Stabilizatorlar və emulqatorlar: lecitine, mono- və diqliseridlər, karragenan

Boyalar: məsələn, karamel rəngi üçün

Konservantlar: saxlama müddətini uzatmaq üçün

Bitki qatqıları: dənli bitkilər, soya, düyü ucuz qarışıqlarda istifadə olunur

Əgər təmiz qəhvə dadını üstün tutursunuzsa, tərkibində yalnız "qəhvə ekstraktı" yazılan məhsulları seçin.

Həll olunan və dənəvər qəhvə: hansı daha yaxşıdır?

Dad:

Dənəvər daha mürəkkəb və aromatik

Həll olunan sadə, bəzən acı

Rahatlıq:

Dənəvər vaxt və avadanlıq tələb edir

Həll olunan istənilən fincanda dərhal hazırdır

Tərkib:

Dənələr təmiz, əlavə olunmur

Həll olunan artıq dəmlənmiş, qatqılar ola bilər

Qiymət:

Ucuz həll olunan dadlı deyil

Dadlı və keyfiyyətli həll olunan isə bahalı ola bilər, hətta dənəvərdən də

Saxlama:

Həll olunan 3-5 ilədək

Dənələr maksimum yarım il (düzgün saxlanıldıqda)

Nə vaxt həll olunan qəhvə əla seçimdir?

Səfərdə
Bağ evində
Ofisdə
Səhər tələsikdə

Bu qəhvə gastronomik zövq üçün deyil, sürət, rahatlıq və sadəlik üçündür. Amma yaxşı variant seçsəniz, dadlı da ola bilər.

Necə yaxşı həll olunan qəhvə seçmək olar?

Diqqət edin:
"freeze-dried", "100% arabika", "qatqısız" yazısına
hermetik qablaşdırmaya
istehsal tarixinə

Uzaq durun:
"qəhvə içkisi", "qəhvə dadlı" yazılarından
şübhəli dərəcədə ucuz markalardan
tərkibində əlavə maddələrdən


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 872   Tarix: 10 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ayla bağlı yeni kəşf: Alimləri təəccübləndirən an

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ildə yaranan və diametri 22 metr olan yeni krater kəşf edib. xəbər verir ki, bu bu barədə ABŞ aerokosmik agentliyi məlumat yayıb. Bildirilib ki, "Science Advances" elmi jurnalının mütəxəssisləri bu tapıntını Günəş sistemində indiyədə

17 sentyabr
.

Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı

Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq

19 sentyabr
.

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y

19 sentyabr
.

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB

Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl

20 sentyabr
.

Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi

Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar

19 sentyabr
.

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə

19 sentyabr
.

Alimdən qorxunc proqnoz: Süni intellekt supervulkanlardan daha təhlükəlidir

"Süni intellekt bütöv şəhərləri məhv edə biləcək supervulkan püskürmələri ilə müqayisədə insanlıq üçün daha ciddi təhlükə mənbəyidir". -ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin Vayominq Universitetinin geologiya və geofizika professoru Kennet Sims deyib. "Mə

17 sentyabr
.

Bir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA

Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal

21 sentyabr
.

Messi cərimə zərbəsindən 75-ci qolunu vurub tarixdə ikinci yerə yüksəldi

MLS-in müntəzəm mövsüm oyununda "İnter Mayami" evdə "San-Dieqo" ilə 2-2 hesablı heç-heçə edib. -ın xəbərinə görə, ev sahiblərindən Lionel Messi və Luis Suares fərqləniblər. Qonaqlardan isə Anders Dreyer iki qol vurub. "İnter Mayami"nin kapitanı Lionel Messi birbaşa cərim

21 sentyabr