Qumar mafiyasının 20 milyonluq sərvəti - Evlər, obyektlər, lüks avtomobillər…
Kiberpolisin qumar mafiyasına qarşı keçirdiyi ən böyük əməliyyatlardan birinin istintaqı tamamlanıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, araşdırma nəticəsində dəstə üzvlərinin hamısının Ağcabədinin Hacıbədəlli kənd sakinləri olduqları müəyyənləşib.
Onların 20 milyon manatlıq sərvətə yiyələndiyi üzə çıxıb.
Dəstəyə 26 yaşlı Elmidar İsmayılzadə başçılıq edib. Onunla birgə atası Eldəniz və qardaşı Elvin İsmayılzadə, həmçinin daha 8 nəfər – Elmin Quliyev, İntiqam Rüstəmov, Şəmil və Zamiq Məhərrəmlilər, Elnur Nağıyev, Nemət Qurbanov, Cavid Əsədov və Bəxtiyar Tağıyev cinayət məsuliyyətinə cəlb olunub. Onlardan yalnız biri istintaq müddətində azadlıqdadır.
Bu qumar şəbəkəsi Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla çökdürülüb. İstintaq materiallarına görə, şəbəkə internet üzərindən təşkil etdiyi qumar oyunlarından 5 il ərzində 13 milyon manata yaxın gəlir əldə edib. Həmin pullar cinayətdən xəbərsiz şəxslərin adına alınan minlərlə bank kartı vasitəsilə leqallaşdırılıb.
Cinayət yolu ilə əldə edilən gəlir hesabına dəstə üzvləri əsasən yaxınlarının adına milyonluq əmlaklar rəsmiləşdiriblər. Cinayət işində ən diqqətçəkən hissə də həmin əmlakların siyahısıdır.
Faktiki olaraq dəstə başçısı Elmidar İsmayılzadə və atası ilə qardaşına məxsus olan əmlakların ümumi dəyəri 20 milyon manatdan artıqdır:
- Ağcabədinin Hacıbədəlli kəndində 129, 89029 hektar torpaq sahəsi - Orta bazar dəyəri 17 milyon 859 min manat;
- "Range Rover", "Lexus LX 570", "Mersedes Benz G63", "Kia", "Ford Mustang minik", "Kia Forte" markalı avtomobillər - Orta bazar dəyəri 1 milyon 300 min manat;
- Bakının mərkəzində onlarla mənzil - Orta bazar dəyəri 1 milyon 500 min manatdan artıq;
- Paytaxt və Ağcabədi rayonunda bağ evləri - Orta bazar dəyəri 1 milyon 300 min manatdan artıq;
- Obyektlər - orta bazar dəyəri 1 milyon 500 min manata yaxın.
Bunlardan əlavə, siyahıya dəyəri dəqiqləşdirilməmiş mülklər də daxildir.
İşdə adı keçən əsas fiqur Elmidar İsmayılovun vəkili Orxan Zeynalov deyib ki, istintaq materialları artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşi Hüseyn Hüseynlinin sədrlik etdiyi hakimlər araşdıracaq. Müdafiə tərəfi hesab edir ki, onların təqdim etdikləri sübutlar işin gedişatını dəyişə bilər. Əks halda ittihamlar təsdiqlənərsə, dəstə üzvlərini 10 ildən çox həbs cəzası gözləyir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1159 Tarix: 10 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd
21 sentyabrBank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Son dövrlər kredit borcu olan şəxslərin yaxınlarına bank və ya bank adından fəaliyyət göstərən şəxslər tərəfindən zəng edilməsi ilə bağlı narazılıqlar gündəmə gəlir. Borclunun qohumunun kredit müqaviləsində zamin və ya digər hüquqi tərəf olub-olmaması burada mühüm əhəmiyyət daşıyır. Xüsusilə borclunu
21 sentyabrBu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır
Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır. "Report"a istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir. Qeyd edək ki, Ramiz Mehdiye
21 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrSosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə
21 sentyabrBu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə
20 sentyabrAzərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabr