Beynəlxalq Bankın kartında müştərilərin pulları belə çəkilir
"Azərbaycan Beynəlxalq Bankı"nın kartından OTP-siz əməliyyatla 5 min manatdan çox pul çəkilib. Lakin bank problemin həlli üçün müştəriyə köməklik göstərmir.
XALQ xəbər verir ki, ABB kartından pul çəkilən müştəri Əsgər Axundov problemini Feysbukda ictimailəşdirib. O bİldirib ki, etibar etdiyi bankın təhlükəsizliyi sıfırdır:
"Güvənib pulumuzu qoyduğumuz bankın təhlükəsizliyinin necə olduğunu bilməyinizi istəyirəm. İyun ayının 12-dən 13-nə keçən gecə saat 02:50 radələrində mənim maaş kartımdan 5251 manat pul xarici saytlara köçürülüb. Və bu əməliyyat OTP-siz əməliyyat olub. Xatırladım ki, bu kart heç bir saytda və heç bir proqramda qeydiyyatdan keçməyib. Və pulun çıxdığı saytların heç birinə giriş olmayıb (Hapiness və khankyun saytları).
Mənə heç bir link gəlmiyib ki, ona daxil olum və ya zəng gəlmiyib ki, kart məlumatları verim. Bunları ona görə qeyd edirəm ki, bu hallar son zamanlar çox müşahidə olunur.
Ayın 13-ü kart bloklanıb ABB tərəfindən. Mənə dedilər ki, iş günü (ayın 17-si) gəl filiala və cashbank sorğusu yarat. Bu gün də filiala yaxınlaşmışam (Balakən rayonu ABB filialı) və filial əməkdaşı mərkəzlə əlaqə saxlayıb deyir ki, bəli, bu OTP-siz əməliyatdır, ancaq biz heç nə edə bilmərik, mastercard o sorğunu qəbul etmir. Məsləhət görürlər ki, hüquq mühafizə orqanlarına müraciət edim. İndi bu vəziyətdə mən nə etməliyəm?
Bir daha xatırladıram ki, bu maaş kartı heç bir saytda qeydiyyatdan keçməyib və heç bir əməliyyat bu kartla icra olunmayıb. Əgər telefona giriblər deyirsinizsə, o da deyil. Çünki telefonun iCloude-u yoxlanılıb və giriş aşkarlanmayıb".
ABB müştərisi banka güzəndiyi üçün peşman olub. O digər müştərilərin də aldanmaması üçün xəbərdarlıq edib.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 971 Tarix: 11 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 34 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal
21 sentyabrSəhiyyə Nazirliyindən Səyyad Arana - Cavab
Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind
21 sentyabrLənkəranda döyülən 16 yaşlı oğlan öldü
Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo
21 sentyabrİş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video
Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki
20 sentyabrBu qəzadan xəsarət almadan qurtuldular
Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal
21 sentyabrSosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə
21 sentyabr