Həkim xəstənin çıxışını tortla qeyd edib? - Açıqlama - Video

Həkim xəstənin çıxışını tortla qeyd edib? - Açıqlama - VideoTəcili tibbi yardım maşınında qəzaya düşərək xəstəxanaya yerləşdirilən Əliağa Quliyevin oğlu Elməddin Təhməzli həkimlərin atasına qarşı hörmətsizlik etdiyini iddia edib.

E.Təhməzli "Qafqazinfo"ya müraciətində atasının həkim olduğunu, xidmətdə olarkən ağır qəza keçirdiyini, yerləşdirildiyi xəstəxanada ona qarşı həkimə yaraşmayan hərəkət edildiyini bildirib:

"Atam Əliağa Quliyev TƏBİB-in işçisidir, o, avqustun 1-i Hacıqabulda təcili tibbi yardım maşınında qəzaya düşüb. Həmin gündən də komatoz vəziyyətdə, ağır kəllə-beyin travması diaqnozu ilə "Appro Hospital"a yerləşdirilib. Cərrah Ağadadaş Qasımov atamı əməliyyat etdi. Bizdən 40 min manata yaxın pul aldılar. Lakin 35 gündən sonra həkimlər bizə "bu xəstə öləcək" deyib, xəstəxanadan çıxarmağımızı məsləhət gördülər. Atamı Kliniki Tibbi Mərkəzə köçürdük. Hazırda komadadır.

Biz atamı digər xəstəxanaya köçürdükdən sonra "Appro Hospital"ın Vaqif adlı həkimi vatsap hesabında xəstəxanada çəkilən video paylaşıb.

Videoda cərrah Ağadadaş Qasımov kənardan Vaqif doktora xitabən: "Bir tort sizin ad gününüz üçün, digəri də Əliağa (Əliağa Quliyev) getdiyi üçündür" deyir. Mənim atam TƏBİB-in işçisi olub, onlar ağır vəziyyətdə olan xəstəyə, öz həmkarlarına qarşı hörmətsizlik edib".

Məsələ ilə bağlı adıçəkilən cərrah Ağadadaş Qasımovla əlaqə saxlasaq da, o suallarımıza cavab verməkdən imtina edərək telefonu qapadıb.

Daha sonra "Appro Hospital"la əlaqə saxladıq. Hospitaldan bildirildi ki, avqustun 1-i axşam saatlarında yol-nəqliyyat hadisəsi nəticəsində müştərək ağır kəllə-beyin travması almış pasiyent Quliyev Əliağa "Appro Hospital"a yerləşdirilib:

"Klinikaya axşam saat 22:00 radələrində qəbul olunarkən pasiyentin vəziyyəti həkim heyəti tərəfindən son dərəcə ağır qiymətləndirilib və dərhal cərrahi əməliyyata götürülüb. Neyrocarrah Ağadadaş Qasımov tərəfindən aparılan, beş saata qədər çəkən ağır əməliyyatdan sonra xəstənin həyatını xilas etmək mümkün olub. Bütün göstəricilərə görə xəstənin vəziyyətinin kəskin ağır olmasına baxmayaraq, "Appro Hospital" heyəti tərəfindən yüksək tibbi xidmət nümayiş olunaraq, zamanında cərrahi əməliyyatın aparılması və otuz yeddi gün ərzində bütün zəruri reanimasiyon tədbirlərin görülməsi xəstəni ölümdən qurtarıb və ona yaşama ümidi verib.

Pasiyentin yaxınlarına klinikanın özəl müəssisə olduğu və müalicənin maliyyə xərcləri tələb edəcəyi barədə məlumat öncədən verilib. Pasiyentin vəziyyətində müsbət dinamikanın olmasına baxmayaraq, xəstəyə göstərilən tibbi xidmətlərə görə özəl klinikamıza yaranmış on min manata yaxın borcu ödəmədən, ailə yaxınları xəstəni təkidlə dövlət xəstəxanasına köçürülməsini tələb edirdilər. 2025-ci il sentyabrın 6-da, saat 23:00 radələrində pasiyentin yaxınları onu klinikadan çıxararaq öz təşəbbüsləri ilə dövlət xəstəxanasına köçürüb.

Mediada səs-küyə səbəb olan yayılmış məlumatların bütün istiqamətlərdə yalnış olmasını diqqətinizə çatdırmağı özümüzə borc bilirik. Yayılan məlumatlarda göstərilən məbləğ həqiqəti əks etdirmir və hazırda da klinikamıza on min manata qədər borcu olmasına baxmayaraq, xəstənin köçürülməsi üçün tam şərait yaradılıb.

Məlum hadisə ilə bağlı səs-küyə səbəb olmuş sentyabrın 8-i "Appro Hospital"da həkimin ad günü qeyd olunan zaman çəkilən videogörüntüdə tort kəsilməsi zamanı söylənilən təbrik nitqləri "Appro Hospital"ın kollektivi tərəfindən statuslarda paylaşılıb. Bu isə xəstə yaxınları tərəfindən qərəzli şəkildə qarşılanıb.

Təbrik nitqləri zamanı son vaxtlar klinikamızda pasiyentlərin sağ-salamat yola salınması bir uğur kimi vurğulanıb. Pasiyent Quliyev Əliağanın yaxınları bu videonu qəzəblə qarşılayıb. Qeyd edək ki, adıçəkilən pasiyent klinikamıza yüksək məbləğdə borclu qalmasına baxmayaraq burada sona qədər yüksək xidmət alıb.

Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, əməkdaşlarımız pasiyentə ən ağır vəziyyətdə bütün peşəkar və etik öhdəliklərini yerinə yetirməsinə, lazım olan tibbi yardımı tam şəkildə göstərmələrinə baxmayaraq, xəstə yaxınlarının şantaj və hədə xarakterli təzyiqləri qəbuledilməzdir. Bu hal davam edəcəyi təqdirdə, baş vermiş hadisəyə hüquqi qiymət verilməsi üçün aidiyyatı orqanlara tərəfimizdən müraciət ediləcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 974   Tarix: 11 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 34 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal

21 sentyabr
.

Səhiyyə Nazirliyindən Səyyad Arana - Cavab

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind

21 sentyabr
.

Lənkəranda döyülən 16 yaşlı oğlan öldü

Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo

21 sentyabr
.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?

Tələbələri təhdid edən şəxs universitetə yenidən bərpa olunacaq. -a istinadla xəbər verir ki, Kənan Zindadilin universitetdən 1 illik uzaqlaşdırıldığı məlum olub. Xatırladaq ki, bir müddət əvvəl yayılan videogörüntülərdə iki şəxsin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) I kur

21 sentyabr
.

Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir

Məhsul şəhadətnaməsi ilə bağlı tələblər müəyyənləşir. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihədə qeyd olunur ki, mülkiyyətində, istifadəsind

20 sentyabr
.

Bu qəzadan xəsarət almadan qurtuldular

Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal

21 sentyabr
.

Sosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ

Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə

21 sentyabr