Qədim Qara Dəlik bu tarixdə PARTLAYACAQ
ABŞ-ın Massaçusets Universitetinin (Amherst) fizikləri qara dəliyin partlamasının yaxın on il ərzində baş vermə ehtimalının 90%-dən yüksək olduğunu açıqlayıblar.
"Ölkə.az" xəbər verir ki, bu barədə alimlərin araşdırması nüfuzlu Physical Review Letters (PRL) jurnalında dərc olunub.
Söhbət hələ mövcudluğu elmi cəhətdən təsdiqlənməmiş ilkin qara dəliklərdən (İQD) gedir. Adi qara dəliklərdən fərqli olaraq, İQD-lərin 13,8 milyard il əvvəl Böyük Partlayışdan dərhal sonra — saniyənin ilk hissələrində — formalaşdığı ehtimal olunur.
Məşhur fizik Stiven Hokinqin nəzəriyyəsinə əsasən, bu cür obyektlər "Hokinq şüalanması" adlanan radiasiya yayaraq zamanla kütlələrini itirir və ömrünün sonunda partlayışla məhv olurlar.
"Qara dəlik nə qədər yüngül olarsa, bir o qədər isti olur və daha çox hissəcik yayır. Nəhayət, bu proses idarəolunmaz hal alır və partlayışla nəticələnir," - deyə araşdırmanın həmmüəllifi, Massaçusets Universitetinin dosenti Andrea Tamm bildirib.
Əvvəllər bu cür partlayışların son dərəcə nadir - təxminən 100 min ildən bir baş verdiyi düşünülürdü. Lakin tədqiqatçılar İQD-lərin "qaranlıq elektrik yükü" daşıya biləcəyini nəzərə alan yeni model irəli sürüblər. Bu halda qara dəliklər daha uzun müddət mövcud ola bilər və partlama ehtimalı da artır.
"Biz göstərdik ki, müəyyən şərtlər daxilində İQD-nin partlamasını müşahidə etmək ehtimalı olduqca yüksəkdir. Bu isə o deməkdir ki, belə bir hadisəni qarşıdakı on il ərzində görmək şansımız 90%-ə yaxındır," - deyə araşdırmanın digər müəllifi Maykl Beyker vurğulayıb.
Əgər astronomlar Hokinq şüalanmasını qeydə ala bilsələr, bu ilkin qara dəliklərin və onların partlayışlarının mövcudluğuna dair ilk birbaşa sübut olacaq. Bundan əlavə, bu proses kainatda mövcud olan bütün hissəciklərin — elektron və kvarklardan tutmuş qaranlıq materiya namizədlərinə qədər "kataloqunun" hazırlanmasına imkan verəcək.
"Bu, fizikanı tamamilə dəyişəcək və kainatın tarixini yenidən yazacaq bir hadisə ola bilər," - deyə tədqiqatın digər müəllifi, postdoktorant Xoakim İqus Xuan qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1674 Tarix: 12 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib
Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy
16 sentyabr 2021Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO
ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı
17 sentyabr 2021Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17 sentyabr 2021Toyda o qədər pul yığıldı ki, 4 nəfər güclə daşıdı - VİDEO
Siirtdə keçirilən qəbilə toyunda bəyin pulu daşıması görüntüləri böyük maraq doğurub. " "a istinadən xəbər verir ki, çoxlu sayda qonağın iştirak edən toy şəhərin tanınmış simalarından birinin oğlu üçün baş tutub. Bəy pulu daşımaq üçün yanında olan daha 3 nəfərdən kömək istəyib. Bəy və yoldaşlarını
17 sentyabr 2021Narkotik bağlaması həbsxanaya yox, uşaq baxçasına düşdü - DRONUN SƏHVİ...
ABŞ-ın Virciniya ştatında narkotik satıcıları yerli həbsxanaya narkotik bağlaması göndərmək üçün drondan istifadə ediblər. Lakin nəticə gözlədikləri kimi olmayıb. -a istinadən xəbər verir ki, narkotik dolu paket səhvən uşaq baxçasının həyətinə düşüb. Hadisə Brunsuik dairəsində baş verib. Dron isə yaxınlıqdak
18 sentyabr 2021Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı
16 sentyabr 2021İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI
Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar
17 sentyabr 2021"Taliban" Qadınların İşləri üzrə Nazirliyi "əxlaq polisi"nə çevirdi
Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı daha bir nazirliyi ləğv edib. Yayılan xəbərlərə görə, Kabildə Qadınların İşləri üzrə Nazirliyin önündən qurumun adı əks olunan lövhə çıxarılıb. Onun yerinə "Xeyirli olanın əmri və zərərli olanın qadağası" adlı yeni idarə yaradılıb
18 sentyabr 2021