Bu iki təmizləyici vasitə QADAĞAN edildi
Türkiyənin Ticarət Nazirliyi uşaqlar üçün təhlükə yarada biləcək iki təmizlik məhsulunun satışını qadağan edib, hazırda satışda olan məhsulları isə yığışdırıblar.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, nazirliyin apardığı yoxlamalar nəticəsində "Cer Lavabo Açıcı" və "Oxfo Proboom Lavabo Açıcı" adlı məhsullarda təhlükəsizlik çatışmazlıqları aşkarlanıb.
Yayımlanan hesabatda hər iki məhsulun uşaqlar üçün təhlükəli qablaşdırması olduğu, eləcə də üzərində xəbərdarlıq nişanlarının olmadığı bildirilib.
11 sentyabr 2025-ci il tarixli bildirişə əsasən, barkod nömrəsi 8684127033039 olan Cer Lavabo Açıcı və 8683544001513 nömrəli Oxfo Proboom Lavabo Açıcı məhsulları bazardan yığılacaq. Nazirlik bu məhsulların istehlakçı sağlamlığına zərər vermə riski səbəbilə satışını qadağan edib və toplatma prosesinə start verib.
Mütəxəssislər xüsusilə təmizlik məhsullarında uşaq təhlükəsiz qapaqların həyati əhəmiyyət daşıdığını vurğulayır. Təhlükəsizlik tədbirləri olmayan məhsullar azyaşlı uşaqların təsadüfi təması zamanı ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2404 Tarix: 12 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ən çox istifadə edilən emoji açıqlandı
Ən çox istifadə edilən emojilər açıqlanıb. "Qafqazinfo" "Google"un paylaşdığı məlumatlara istinadən xəbər verir ki, gözlərindən yaş axaraq ağlayan üz emojisi hazırda dünyada ən çox istifadə edilən simvoldur. Bildirilir ki, istifadəçilər bu emojini çox vaxt onun ilkin mənasından tamamil
25 avqust"Salam" və "bəli" deyil - telefon zənginə necə cavab vermək olar
Telefon zənginə necə cavab verməyiniz qarşınızdakı insanda sizin haqqınızda müəyyən təəssürat yarada bilər. Xüsusilə işgüzar danışıq zamanı söhbətə hansı sözlə başlamaq ünsiyyətin tonuna təsir edir. xarici mediaya istinadla xəbər verir ki, gündəlik həyatda insanların əksəriyyəti telefon zənginə avtomati
23 avqustYuxuda danışmaq nə deməkdir? - O halda həkimə gedin
Yuxuda danışmaq əksər hallarda normal vəziyyət hesab olunur və psixi pozuntu əlaməti deyil. xəbər verir ki, psixiatr və narkoloq Ruslan İsayev yuxuda danışan insanın ayrı-ayrı sözlər, cümlələr söyləyə və hətta qısa dialoqlar qura biləcəyini bildirib. Mütəxəssisin sözlərinə görə, insan bunu şüurlu şəkild
23 avqustGünəş tutulmasının insan beyninə gözlənilməz təsiri bəlli oldu - MARAQLI FAKT
İnsan orqanizmi Günəş tutulmasına reaksiya vermək qabiliyyətinə malikdir, lakin bu mexanizmdən gələn məlumat heç də həmişə şüura gedib çatmır. -ın xəbərinə görə, bu barədə Moskva Dövlət Universitetinin professoru, Rusiya Elmlər Akademiyasının İ.M.Seçenov adına Təkamül Fiziologiyası və Biokimya İnstitutunu
20 avqustArıqlamaqla bağlı bütün qaydaları POZDU: Yağdan, ətdən yeyib 22 kilo verdi
40 yaşlı Rut Soukup illərlə az kalorili və məhdudlaşdırıcı pəhrizlər saxlamasına baxmayaraq, itirdiyi çəkini yenidən geri alıb. Qidalanma rejimini tamamilə dəyişən qadın 22 kilo arıqlayıb və çəkisini uzun müddət qorumağı bacarıb. xarici KİV-ə istinadən xəbər verir ki, Soukup kalori hesablamaq əvəzinə
21 avqustBu peşə sahiblərində xərçəngdən ölüm riski yüksəkdir
Harvard Universitetinin alimləri təyyarə heyətinin üzvlərində bəzi xərçəng növlərindən ölüm hallarının digər peşə sahibləri ilə müqayisədə daha çox olduğunu müəyyən ediblər. "Fox News Digital"a istinadən xəbər verir ki, tədqiqatçılar ABŞ-də 500-dən çox peşə üzrə məlumatları müqayisə ediblər
24 avqust