"Ən güclü kişi - qadınına "sən mənimsən" deməklə kifayətlənməməli bunu davranışlarında göstərməlidir" - AÇIQLAMA

"Ən güclü kişi - qadınına "sən mənimsən" deməklə kifayətlənməməli bunu davranışlarında göstərməlidir" - AÇIQLAMA"Azərbaycan qadınının psixologiyasında bir məqam diqqət çəkir: qadınlar onlara laqeyd və pis davranan kişiləri deyil, sahiblənmə hissi güclü olan, qısqanan kişiləri daha çox sevirlər. Çünki qadın üçün "mənimsən" deməyi bacaran, davranışları ilə bunu göstərən kişi güvən və dəyər hissi yaradır. Qadının yanında özünü güclü hiss etməsi, ona sahib çıxması qadının iç dünyasında böyük təsir buraxır" - bu sözləri Sonxeber.az -a açıqlama verən psixoloq Aytən Ələkbərova deyib:

"Əslində, hər güclü qadının arxasında zəif kişinin izləri olur. Çünki qadın çox vaxt məcbur qaldığı üçün güclü olur – zəif kişinin boşluqlarını doldurmaq, həyatını idarə etmək və özünü qorumaq üçün. Amma bu güclü qadınlar belə, daxildə həmişə güclü kişinin yanında olmaq istəyirlər. Onlar özlərini güclü göstərsələr də, güvəndikləri kişinin yanında zəif olmağa, qadınlıq hissini rahatca yaşamağa ehtiyac duyurlar. Çünki güclü kişinin xanımına nə cəmiyyət, nə də başqa bir kəs dil uzada bilir.

Burada vacib bir fərq var: qısqanclığın növləri

• Patoloji qısqanclıq – şəxsiyyət pozuntusu olan insanlarda görülür. Belə kişilər şübhələrinə əsir düşür, qadının həyatını idarə etməyə çalışır, hətta zorakılığa əl atırlar. Bu, sağlam münasibət deyil və çox zaman qadın üçün faciə ilə nəticələnə bilər.
• Sağlam qısqanclıq isə sevgi və sahiblenmə hissinin təbii göstəricisidir. Qadınını qorumaq, ona dəyər verdiyini davranışları ilə göstərmək qadının özünü dəyərli hiss etməsinə səbəb olur.

Cəmiyyətimizdə aparılan müşahidələr göstərir ki, gənc qadınların əksəriyyəti onları qısqanan, müəyyən qadağalar qoyan, "məni qoruyur" düşüncəsi yaradan kişilərə daha çox rəğbət göstərirlər.

Amma burada bir vacib həqiqət var: qorumaq və sahiblənmək qadına qarşı pis davranmaq demək deyil. Əksinə, qadına hörmətlə yanaşıb, eyni zamanda onun yanında dağ kimi dayanmaq ən böyük güc əlamətidir. Qadın yalnız sevildiyi, dəyər gördüyü və güvəndiyi kişinin yanında öz qadınlığını tam yaşaya bilir.

Ən güclü kişi - qadınına "sən mənimsən" deməklə kifayətlənməyən, həm də bunu sevgi, qayğı və hörmətlə davranışlarına yansıdan kişidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1242   Tarix: 12 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021