Ən etibarlı ikinci əl avtomobillər - Yenilərdən daha uzunömürlüdürlər
Son illərin avtomobil bazarı göstərir ki, işlənmiş maşınlar yeni avtomobillərdən heç də az etibarlı deyil, hətta bəzən xidmət müddətinə görə onları üstələyə bilər. Artıq 320 min kilometrdən çox resursa malik avtomobil axtarışı maliyyə planlaşdırmasının bir hissəsinə çevrilib və bu şəraitdə mütəxəssislər sınanmış modellərə üstünlük verməyi məsləhət görürlər.
Lent.az xəbər verir ki, analitikləri ən azı 10 model ili olan iki milyondan çox avtomobili araşdıraraq müəyyən ediblər ki, bəzi modellər müntəzəm texniki qulluq edildiyi halda 394 mindən 477 min kilometrədək məsafə qət edə bilirlər.
"Toyota Sequoia" - 477 000 km
Reytinqdə ən uzunömürlü SUV. "Sequoia" möhkəmlik və etibarlılığın birləşməsi sayəsində liderdir.
"Toyota Land Cruiser" - 451 000 km
İllərdir möhkəmliyini sübut edən əfsanəvi yolsuzluq avtomobili. Hətta böyük yürüşdən sonra da "Land Cruiser" etibarlılığını saxlayır və təcrübəli sürücülər tərəfindən cəsarətlə seçilir.
"Chevrolet Suburban" - 426 000 km
Ən dözümlü iri SUV-lardan biridir. Tədqiqat nəticələrinə görə, "Suburban" "Ford Expedition", "Dodge Durango" və "Jeep Wagoneer" kimi rəqiblərini qabaqlayır.
"Toyota Tundra" - 412 000 km
Pikaplar adətən ağır şəraitdə işləyir, amma "Tundra" xüsusi etibarlılığı ilə seçilir və 400 min km-dən çox məsafəni problemsiz qət edir.
"GMC Yukon XL" - 406 000 km
Sahiblərinə 20 ildən çox xidmət edə bilən iri SUV. Elektronika və avadanlıqda ara-sıra nasazlıqlar olsa da, mühərrik və transmissiya son dərəcə dözümlüdür.
"Toyota Prius" - 403 000 km
Qənaətcillik və uzunömürlülüyün simvoluna çevrilmiş hibrid. Batareyası aşınmaya qarşı yüksək davamlılıq göstərir və "Prius" kompakt avtomobillər arasında etibarlılıq reytinqlərinin zirvəsindədir.
"Chevrolet Tahoe" - 403 000 km
"Tahoe" yürüşü "udmaq" bacarığı və ümumi resurs baxımından rəqiblərini qabaqlaması ilə tanınır.
"Honda Ridgeline" - 400 000 km
Pikap və minik avtomobilinin xüsusiyyətlərini birləşdirən universal seçim. Düzgün qulluq edildikdə 480 min km-ə qədər qət edə bilər.
"Toyota Avalon" - 395 000 km
İstehsalı 2022-ci ildə dayandırılsa da, "Avalon" hələ də uzunömürlü avtomobillər siyahısına daxildir. Onun resursu ən azı on il istismar imkanı verir.
"Toyota Highlander Hybrid" - 394 000 km
Üçsıralı, yüksək etibarlılığa malik krossover. Orta resursu 390 min km-dən çoxdur, texniki xidmət xərcləri isə münasib səviyyədə qalır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 744 Tarix: 14 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrArvadına dediyi tək kəlimə başına dərd oldu
Türkiyənin Yargıtay 2-ci Hüquq Dairəsi boşanma işi üzrə mühüm qərar qəbul edib. xarici mediaya istinadla xəbər verir ki, məhkəmə arvadına "eşşəksən, heyvansan" deyərək təhqir edən kişinin daha ağır təqsirli olduğuna qərar verib. Şiddətli fikir ayrılığı yaşayan ər-arvad qarşılıqlı şəkildə boşanm
17 sentyabrDişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət
"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları
21 sentyabrƏrinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO
Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"
21 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabrBina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid
18 sentyabrHündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma
20 sentyabrQorxulu yuxuların səbəbi - Açıqlandı
İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində
18 sentyabr