Reklamda lüks, reallıqda isə dəhşət: "Beer Home Pub" restoranının mətbəxindən iyrənc görüntülər

Reklamda lüks, reallıqda isə dəhşət: "Beer Home Pub" restoranının mətbəxindən iyrənc görüntülərPatrulaz.az-ın redaksiyasına daxil olan görüntülər Xırdalan şəhərində fəaliyyət göstərən "Beer Home Pub" restoranında dəhşətli mənzərəni ortaya çıxarıb. Araşdırma zamanı məlum olub ki, müəssisənin mətbəxində sanitar-gigiyenik qaydaların kobud şəkildə pozulması adi hala çevrilib. Əldə olunan kadrlarda açıq-aşkar görünür ki, ət məhsullarının görüntüsü olduqca iyrəncdir və bu, həmin məhsulların istifadəyə yararsız olmasından xəbər verir.

Daha da qorxunc məqam ondan ibarətdir ki, restoranın mətbəxini siçanlar basıb. Hətta pişiklərin belə mətbəxdə dolaşaraq siçanlarla "qol-boyun" gəzdiyi müşahidə olunur. Belə təsir bağışlayır ki, məşhur "Tom and Jerry" cizgi filminin ssenariləri məhz bu mətbəxdəki real vəziyyətdən ilhamlanaraq çəkilib. Bu isə müəssisədə qida təhlükəsizliyi qaydalarının tamamilə unudulduğunu göstərir. Toyuq və digər məhsulların saxlanma şəraiti biabırçı vəziyyətdədir, yeməklərin hazırlanması prosesi isə insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

Bütün bunlara baxmayaraq, "Beer Home Pub" restoranı sosial şəbəkə hesablarında özünü yüksək keyfiyyətli xidmət göstərən, nümunəvi bir məkan kimi təqdim edir. Rəngarəng reklam çarxları və cəlbedici paylaşımlar isə reallığı gizlətməkdən başqa bir məqsədə xidmət etmir. Reklam materialları ilə faktiki vəziyyət arasındakı kəskin ziddiyyət, istehlakçıların aldadıldığını bir daha sübut edir.

Mövcud vəziyyət yalnız müştərilərin hüquqlarının pozulması deyil, həm də onların sağlamlığının ciddi risk altına atılması deməkdir. Belə bir məkanda hazırlanmış yeməklərin kütləvi zəhərlənmələrə yol aça biləcəyi istisna edilmir. Qida təhlükəsizliyi qaydalarının pozulması qanunvericiliklə qadağandır və məsuliyyət doğuran haldır.

Patrulaz.az olaraq aidiyyəti qurumlara müraciət edirik: Xırdalan şəhərində yerləşən "Beer Home Pub" restoranında hökm sürən bu acınacaqlı vəziyyət dərhal araşdırılmalı, müvafiq tədbirlər görülməli və müştərilərin sağlamlığını təhlükəyə atan hallara hüquqi qiymət verilməlidir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 740   Tarix: 13 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021