Metroda inqilabi dəyişiklik – 1 stansiya gedən sərnişin görün nə qədər ödəyəcək

Metroda inqilabi dəyişiklik – 1 stansiya gedən sərnişin görün nə qədər ödəyəcəkBakı Metropolitenində üz tanıma texnologiyası ilə gedişhaqqı ödənişi sisteminin tətbiqi barədə danışıqlar aparılır. Lakin bu yenilik cəmiyyətdə birmənalı qarşılanmayıb. Vətəndaşlar deyirlər ki, bu cür texnoloji yeniliklərə ayrılacaq vəsait əvəzinə, qatar sayının artırılması və müəyyən sosial kateqoriyalara – tələbələrə, qazilərə, şəhid ailələrinə güzəştlərin tətbiqi daha məqsədəuyğundur.

Bəs həqiqətən də bizə üz tanıma sistemi lazımdırmı? Bakı metrosunda prioritet hansı tədbirlər olmalıdır? Bu sistemin beynəlxalq təcrübəsi nə deyir, oxşar texnologiyalar digər ölkələrdə uğurlu nəticə veribmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, bu cür texnologiyaların tətbiqi əslində çox müsbət yanaşmadır. O bildirib ki, qatar və vaqonların alınması prosesi də plan üzrə davam edir:

"Burada ciddi bir ləngimə yoxdur. İşlər planlı şəkildə gedir və artıq müəyyən irəliləyişlər də var. Yeni vaqonlar, qatarlar alınır. Hətta gələcəkdə Azərbaycanda qatar və vaqon istehsal edən zavodun tikintisi ilə bağlı da müzakirələr aparılır. Bu həm Bakı Metropoliteninin, həm də dəmir yollarının fəaliyyətini xeyli asanlaşdıracaq. Beləliklə, texniki təmir, ehtiyat hissələrinin əldə edilməsi və yeni vaqonların alınması prosesi sürətlənəcək. Bu kontekstdə üz tanıma sistemi də gündəmdədir. Əslində bunu klassik "üz tanıma texnologiyası" kimi qəbul etməyə də ehtiyac yoxdur. Bu, sadəcə olaraq ödənişin yeni formasıdır. Xüsusi terminallar vasitəsilə həyata keçirilən həmin sistem artıq dünyanın bir çox inkişaf etmiş ölkələrində nəqliyyatda tətbiq olunur".

Müsahibimiz yaxın zamanda Portuqaliyada belə bir sistemlə qarşılaşdığını vurğulayıb:

"Hava limanında gördüyüm texnologiya sərnişinlərin keçidini xeyli asanlaşdırırdı. Artıq biletin kağız formasında təqdim olunmasına, əməkdaşın onu əl ilə yoxlamasına ehtiyac yoxdur. Terminallar üz tanıma sistemi ilə sərnişini tanıyır, sistem məlumatları qəbul edir və keçid dərhal baş tutur. Nəticədə nə növbə olur, nə də vaxt itkisi. Həm də orada hansısa bir işçinin oturub həm söhbət, həm də iş görməsi kimi vəziyyətlər aradan qalxır. Düzünü desəm, bu tip yeniliklərdə bir az nostalji hiss də var. Çünki bəzən bu texnologiyalarla bərabər insan resursları da azalır, iş yerləri itir. Amma səmərəlilik baxımından yanaşdıqda zəruri saymaq olar".

E.Muradlı deyib ki, bu, heç də çox bahalı bir texnologiya deyil:

"Ola bilər ki, bir qatarın qiymətinə bütün metro sisteminə uyğun üz tanıma ödəniş sistemini qurmaq mümkün olsun. Belə texnologiyaları qəbul etmək lazımdır. Çünki bu, faydalı və gələcəyə yönəlik bir addımdır. Gələcək planlar arasında məsafəyə görə ödəniş sistemi də var.

Yəni siz iki dayanacaq gedirsinizsə, yalnız o iki dayanacağa görə ödəniş edəcəksiniz. Beş dayanacaq gedən isə daha çox pul ödəyəcək. Bu, dəyişən qiymət rejimi olacaq və daha ədalətli bir modeldir. Hazırda, məsələn, biri "Sahil"dən minib "28 May"da düşür deyə 50 qəpik ödəyir. Digəri isə "İçərişəhər"dən minib, iki dəfə qatar dəyişir, "Avtovağzal" stansiyana qədər gedir, yenə eyni məbləği ödəyir. Bu, ədalətli deyil. Məsafəyə əsaslanan ödəniş modeli mövcud problemi həll edə bilər".

Elməddin Muradlı onu da əlavə edib ki, gələcəkdə güzəştli istifadə imkanları da nəzərdə tutulur:

"Tələbələr, şəhid ailələri, qazilər, təqaüdçülər və s. üçün endirimli tariflər tətbiq olunacaq. Eyni zamanda, aylıq və ya illik abunə sistemi ilə bilet alan sərnişinlər üçün də daha sərfəli qiymətlər təklif ediləcək. Bütün bunlar ümumilikdə müsbət yanaşmalardır. Bu dəyişikliklərin effektini tezliklə görəcəyik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1423   Tarix: 14 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021