Politico: Aİ Rusiyanın dondurulmuş aktivlərini borc öhdəlikləri formasında istifadə edə bilər
Avropa Komissiyasının nümayəndələri Aİ ölkələrinin maliyyə nazirlərinə Ukraynaya dondurulmuş Rusiya aktivlərinin verilməsini borc öhdəlikləri vasitəsilə həyata keçirməyi təklif ediblər.
"Report"un məlumatına görə, bu barədə "Politico" qəzeti Avropa rəsmilərinə istinadən xəbər yayıb.
Məlumata əsasən, təklif nağd depozitlərin istiqrazlara dəyişdirilməsini nəzərdə tutur. Bu istiqrazların ödənişinə isə Aİ ölkələri zəmanət verəcək.
Qeyd olunur ki, Belçika Xarici İşlər Nazirliyi, - 210 milyard avro məbləğində dondurulmuş Rusiya aktivləri onun yurisdiksiyasında yerləşir - avqust ayında bu aktivlərin müsadirə olunmasına qarşı çıxıb. Nazirlik bildirib ki, bu aktivlərin reinvestisiyasından əldə edilən gəlirlər artıq "Yeddilər qrupu"nun Ukraynaya 2040-cı ilə qədər verilməsi nəzərdə tutulan kreditlərinin təminatı kimi vəd olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 420 Tarix: 14 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Putinin Çinə səfəri başa çatdı
Rusiya Prezidenti Vladimir Putin Çinə etdiyi ikigünlük rəsmi səfərini başa vurub. "Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya lideri Pekini təyyarə ilə tərk edib. Məlumata görə, mayın 19-da Çin paytaxtına gələn Putini hava limanında ölkənin xarici işlər naziri Va
20 mayErmənistanda seçicilərə rüşvət verən 20-dən çox şəxs saxlanıldı
Ermənistanda seçicilərə rüşvət verən 21 nəfər saxlanılıb. Ermənistan KİV-ə istinadən xəbər verir ki, cinayət işi bu ölkənin antikorrupsiya komitəsi tərəfindən araşdırılır. Artıq 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd olunub ki, əməliyyatlar son iki gündə keçirilib
23 maySeneqal Prezidenti Baş naziri istefaya göndərib
Seneqal Prezidenti Bassiru Diomaye Faye fərmanla Baş nazir Usman Sonkonu işdən çıxarıb. "Report"un məlumatına görə, fərman RTS telekanalının efirində oxunub. Yeni hökumət başçısının təyin olunma vaxtı və namizədin adı hələ açıqlanmayıb. "Dakaractu" xəbər portalı qeyd edib ki, Sonkonu
23 mayTarix kitabları yanıla bilər: Xristofor Kolumb əslində kim idi?
Baham adalarına ayaq basaraq dünya tarixinin gedişatını dəyişən məşhur səyyahın həqiqi kimliyi ilə bağlı sensasion nəticələr əldə olunub. Alimlərin kompüter modelləri və minlərlə genetik göstəricidən istifadə etməklə apardığı araşdırma uzun illərdir müzakirə olunan bir sirrə yeni işıq salıb. Qaynarinf
20 may