Kelloq Üçüncü Dünya müharibəsi ilə bağlı xəbərdarlıq edib
ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Rusiya pilotsuz uçuş aparatlarının Polşa ərazisinə hücumunu təsadüf hesab etmədiyini, həmçinin Ukraynanın müharibədə uduzmayacağına əmin olduğunu bildirib.
"Report"un "European Pravda"ya istinadən verdiyi məlumata görə, bunu Kelloq Yalta Avropa Strategiyasının (YES) 21-ci İllik Toplantısında deyib.
"19 dron sərhədi keçib – bu, təsadüf ola bilməz. Ola bilər bir hədəf səhv seçilsin, iki ola bilər, amma 19 yox", - Kelloq qeyd edib.
Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin məqsədli hərəkət edir, o, siqnal göndərir və cavab eşitmək istəyir.
"Əgər biz tarixdən dərs çıxarmasaq, o zaman Üçüncü Dünya müharibəsinə doğru irəliləyəcəyik", – Kelloq deyib.
O, Rusiyanın müharibədə qalib gəlməyəcəyinə də əmindir: "Ukrayna bu müharibədə uduzmayacaq. Ukraynalıların Rusiya qarşısında mənəvi üstünlüyü var, bu, göz qabağındadır".
Kelloq Pekinin Moskvaya dəstəyini tam dayandırmasının Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılmasına gətirib çıxaracağını vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 728 Tarix: 14 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"
İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni
21 sentyabrTrampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
19 sentyabrAdanada 5,0 bal gücündə zəlzələ baş verib
Türkiyənin Adana əyalətində 5 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinin (AFAD) saytında dərc olunmuş məlumatlara görə, zəlzələnin episentri Sayambaylı bölgəsində olub. Zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib. Adana valiliyi hazırda heç bi
21 sentyabrABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib
ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey
20 sentyabrQadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı
Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli
20 sentyabrİranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib
İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə
20 sentyabrABŞ-də dizelin qiyməti rekordu yeniləyib
ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd
20 sentyabr