Tailandda quduzluq epidemiyası yayılır
Tailandın paytaxtı Banqkokun doqquz rayonunda və yaxınlıqdakı Samut Prakan bölgəsində quduzluq epidemiyası qeydə alınıb.
Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, bu ərazilər oktyabrın 8-dək yüksək risk zonası elan edilib.
Quduzluğu sahibsiz itlər yayır. Banqkokun üç rayonunda yoluxmuş heyvanlar aşkar edilib. İnsanlara yoluxma halları hələ məlum deyil.
Məlumata görə, 2025-ci ilin əvvəlindən ölkənin altı əyalətində 7 nəfər quduzluqdan ölüb.
Hakimiyyət paytaxt sakinlərini və paytaxt qonaqlarını sahibsiz it və pişiklərlə təmasda olmamağa, cızıq və ya dişləmə halında isə həkimə müraciət etməyə və peyvənd olunmağa çağırıb. Virus xəstə heyvanın tüpürcəyi ilə ötürülür. İnsanlarda quduzluğun əsas əlamətləri tənəffüs əzələlərinin qıcolması, əsəb, aqressiya, ən ağır hallarda isə ölümlə nəticələnən iflicdir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 593 Tarix: 14 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bab əl-Məndəb boğazı Yəmən ordusunun nəzarətinə keçib
Yəmənin hökumət qüvvələri Bab əl-Məndəb boğazını və Perim adasını tamamilə nəzarətə götürüb, "Cənub nəhəngləri" briqadaları isə Dhubab rayonunda husilərlə toqquşmalara girərək onlardan bir neçəsini əsir götürüb. "Report" xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən "A
9 oktyabrUkraynanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb
Ukraynanın Belarusdakı müvəqqəti işlər vəkili İvan Novitski Belarus Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" Belarus mediasına istinadən xəbər verir ki, bu barədə brifinqdə XİN-in mətbuat katibi Ruslan Varankov məlumat verib. Çağırışın səbəbi RF-nin Bryansk vilayətində Belarus avtomobilin
9 oktyabrZelenski: Zaporojyeyə zərbə nəticəsində 12 nəfər ölüb
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 3-ü uşaq olmaqla 12 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, daha 14 nəfər yaralanıb, onlardan 2-si kritik vəziyyətdədir. Zelenski əlavə edib ki, hadisə yerind
10 oktyabrTramp: "Tayson döyüşmək istəmədiyim yeganə şəxsdir" - Video
ABŞ Prezidenti Tramp Sirakusdakı mitinqi zamanı boks əfsanəsi Mayk Taysonu səhnəyə dəvət edib və daha sonra zarafatla bildirib ki, bu, onun qətiyyən döyüşmək istəmədiyi yeganə şəxsdir. Bu barədə "Fox News"a istinadən xəbər verir. Keçmiş ağır çəki üzrə çempionun rinqdə rəqibləri üzərində nec
10 oktyabrABŞ-də atışma: Evdə beş nəfərin meyiti tapıldı
ABŞ-nin Corciya ştatının Duqlas şəhərində yerləşən yaşayış evlərinin birində baş verən atışma nəticəsində beş nəfər həyatını itirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib. Məlumata görə, gecə saatlarında polisə atəş səsləri barədə məlumat daxi
10 oktyabr