Ukraynalı deputatdan kişilərin ölkədən çıxışı ilə bağlı Ali Radaya təklif
Ukraynada Ali Radanın deputatı Aleksey Qonçarenko ABŞ-də öldürülən ukraynalı İrina Zarutskayanın atasının qızının dəfni üçün ölkəni tərki etməsinə icazə verilməməsindən sonra bütün kişilərin ölkədən sərbəst çıxışı ilə bağlı qanun layihəsini parlamentə təqdim etdiyini bildirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Aleksey Qonçarenko öz "Telegram" kanalında məlumat verib.
"Dünyanın o tayında övladı qətlə yetirilən atanın nə hiss etdiyini təsəvvür etmək mümkün deyil. Sərhəd özləri üçün açıqdır, lakin insanlar üçün bağlıdır. Hər kəs bərabər hüquqlara malik olmalıdır. Mən hamının ölkədən çıxış imkanı ilə bağlı qanun layihəsi təqdim etmişəm", - deyə deputat yazıb.
Qeyd edək ki, daha əvvəl Ukrayna KİV-in xəbərinə görə, İrina Zarutskayanın ABŞ-dəki dəfn mərasiminə getmək istəyən atasının ölkəni tərk etməsinə icazə verilməyib, çünki o, səfərbərlik yaşındadır.
Xatırladaq ki, avqustun 22-də ABŞ-də Dekarlos Braun adlı şəxs tramvayda 23 yaşlı ukraynalı qaçqın İrina Zarutskayaya bıçaqla hücum edib. Qız aldığı xəsarətlərdən yerindəcə keçinib. Braun daha sonra həbs edilib və ona qarşı qətl maddəsi üzrə ittiham irəli sürülüb. ABŞ Prezidenti Donald Trampın qeyd etdiyi kimi, cinayətkar residivist olub - polis daha əvvəllər onu azı 14 dəfə həbs edib, lakin hər dəfə heç bir pul ödəmədən girov müqabilində azad edilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 938 Tarix: 14 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya və Çinin ABŞ-nin "Qızıl qübbə"sinə qarşı planı
Rusiya və Çin ABŞ-nin "Golden dome" ("Qızıl qübbə") raket əleyhinə müdafiə sisteminin effektivliyini asanlıqla aşağı sala bilərlər. xəbər verir ki, bu barədə ABŞ-nin Xarici Siyasət Araşdırmaları Mərkəzinin (FPRI) hesabatında qeyd olunur. Bildirilir ki, "Qızıl qübbə" raketlər
12 sentyabrDünya ABŞ-ın maliyyə sisteminə inamı itirir
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Amerikanın dövlət borcunun ödənilməsindəki problemlər fonunda dünya ABŞ maliyyə sisteminə inamı itirir. xəbər verir ki, Əraqçi özünün X səhifəsində yazıb: . "ABŞ Maliyyə Naziri iranlıları müflis etmək və İran iqtisadiyyatını məhv etmək istəy
12 sentyabrBuzlaqların əriməsinin təhlükəsi aşkarlandı
"Buzlaqların əriməsi atmosferə böyük miqdarda metan və karbon qazının sızmasına səbəb olur ki, bu da qlobal iqlim üçün ciddi təhlükə yaradır". "Qafqazinfo" xəbər verir ki, bu barədə fizika-riyaziyyat elmləri namizədi Konstantin Qribanov xəbərdarlıq edib. Mütəxəssis bildirib ki, buzlaqla
12 sentyabrFT: ABŞ tankerlərin Hörmüzdən keçidi üçün vaxt intervalını azaldıb
ABŞ Hörmüz boğazından keçən tankerlərin hərbi mühafizənin təmin oluna biləcəyi müəyyən vaxt intervallarında hərəkət etməsinə çağırıb. "Report"un "Al Jazeera"ya istinadən verdiyi məlumata görə, bu barədə "Financial Times" yazır. Bu addım gecə saatlarında boğazdan keçən gəmilər
12 sentyabr"Fars": ABŞ səhranın dərinliklərinə geri çəkilməyə məcbur qalıb
İran ordusu ABŞ və İsrailə qarşı 40 günlük müharibə zamanı Birləşmiş Ştatların regiondakı bazalarını atəşə tutub və nəticədə Amerika səhranın dərinliklərinə geri çəkilməyə məcbur olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyində dərc olunan hesabatda bildirilib. "İranı
13 sentyabrKanadanın sabiq baş naziri kino və serial istehsalı biznesinə başladı
Kanadanın keçmiş baş naziri Castin Trüdo kino, serial və müxtəlif əyləncə proqramları istehsalı ilə məşğul olan yeni şirkət təsis edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Yeni kommersiya qurumu "Hope and hard work" ("Ümid və gərgin əmək") adın
12 sentyabr