Təyyarədən gələn pis qoxu gənc stüardessanın beyin travması almasına səbəb oldu

Təyyarədən gələn pis qoxu gənc stüardessanın beyin travması almasına səbəb olduİngiltərədə gənc stüardessa qadın uçuş zamanı zəhərli qazlara məruz qalaraq travmatik beyin zədəsi alıb və bu hadisə onun həyatını köklü şəkildə dəyişib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Chesson, Puerto Riko istiqamətindəki uçuşda əvvəlcə "çirkli corab" qoxusuna bənzəyən qəribə bir iy hiss edib. Qısa müddətdə isə tənəffüs çətinliyi, ürəkbulanma və qusma şikayətləri başlayıb. Təyyarə eniş etdikdən sonra Chesson və başqa bir heyət üzvü xəstəxanaya yerləşdirilib. Lakin əsas problemlər bundan sonra üzə çıxıb.

Aparılan nevroloji müayinələr nəticəsində ona daimi sinir sistemi zədəsi və travmatik beyin zədəsi diaqnozu qoyulub. Həkimlər, yaşadığı pozuntuların adətən idmançılarda rast gəlinən xroniki travmatik ensefalopatiya (CTE) ilə oxşar cəhətlər daşıdığını açıqlayıb.

Chesson o anları belə xatırlayır: "Ağzımda qəribə metal dadı var idi. Bədənim tər içində idi, başım qarışmışdı. Nə dediyimi bilmirdim. Hər şeyi sisli bir yuxu kimi xatırlayıram."

Onun həkimi Dr. Robert Kaniecki də bu tipli çoxsaylı hallarla qarşılaşdığını, son 20 ildə 12 pilot və 100-dən çox kabin işçisinin eyni simptomlarla müalicə aldığını bildirib.

Bənzər hadisələr son illərdə də davam edir. 2024-cü ildə Dubaydan qalxan British Airways təyyarəsi kabində yayılan kimyəvi qoxu səbəbindən məcburi eniş edib. Həm sərnişinlər, həm də heyət üzvləri ürəkbulanma, başgicəllənmə və nəfəs darlığından şikayətlənib. Şirkət bunu "kiçik texniki nasazlıq" kimi izah etsə də, mütəxəssislər problemin daha ciddi olduğunu bildirirlər.

Uzmanlara görə, təyyarələrin havalandırma sistemlərindən kabinə daxil olan hava bəzən mühərrik yağlarının sızması və kimyəvi qarışıqlarla çirklənə bilər. Bu qazlar xüsusən uzun müddət uçuşlarda heyət üzvlərində ciddi sağlamlıq fəsadlarına səbəb ola bilir.

Florence Chesson-un yaşadıqları isə yalnız fərdi bir faciə deyil, minlərlə aviasiya işçisinin üzləşə biləcəyi qlobal miqyaslı riskin göstəricisi hesab olunur.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1033   Tarix: 16 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021