6 uşağı məktəbə gedən ata danışdı: "Anamın 50 nəvəsi var..."

6 uşağı məktəbə gedən ata danışdı: "Anamın 50 nəvəsi var...""41 yaşım, 7 uşağım var, 6-sı məktəbə, biri isə bağçaya gedir. Heç nədən də əskiyim yoxdur, uşaqları verən Allah ruzisini də yetirir".

Bunu Qaynarinfo-ya açıqlamasında Zərdab rayonunda 7 uşağı olan ata Amil Mustafayev deyib.

Amil Mustafayev bilidrib ki, özü idman müəllimi, həyat yoldaşı isə xanəndədir, musiqi məktəbində müəllim işləyir, muğam şöbəsinin müdiridir:

"Çox şükür, heç bir çətinliyimiz yoxdur. Uşaqların sayı 5 olanda dövlətdən heç bir yardım yox idi, qərara görə yardım 5 uşaqdan sonra verilir. Uşaqlarım planlı şəkildə olub, mən bunu uşaqpuluna görə etməmişəm. Şükür Allaha, həm yaşım, həm işim, həm davranışım pul qazanmağa imkan verir. Qazancımız ailə üçün bəs edir. Uşaqları özümüz istəmişik, kimsə bizim yerimizə qərar verəsi deyil ki. Planlı şəkildə, istəyərək 7 uşaq dünyaya gətirdik".

Amil Mustafayev çoxuşaqlı ailədən olduğunu bildirib:

"Biz ailədə 13 uşağıq. Bəlkə də bunun da təsirləri olub. Hamımız yeri-yerindəyik, Avropada, Ukraynada yaşayanlarımız var. Biz harasa qonaq gedirik, orada iki uşaq görürük. Baxırıq ki, nə əsəbi yerindədir, nə də davranışığı, heç dolanışığı... Şükür ki, bizdə belə problemlər yoxdur. Uşaqlarım heç nədən korluq çəkmir, əlavə müəllim yanına da gedənləri var, hətta onların gəzməyini də yaddan çıxartmırıq".

Amil Mustafayev anasının 50 nəvəsi olduğunu bildirib:

"Atam rəhmətə gedib, anam sağdır, 50-yə yaxın nəvəsi və nəticəsi var".

Xatırladaq ki, bu il Zərdabın Sarıqaya kəndində bir ailədən 6 uşaq məktəbə gedib. Uşaqların atası Amil Mustafayev müəllimdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1009   Tarix: 16 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Düzgün saxlanılmadıqda zəhərlənməyə səbəb ola bilər - XƏBƏRDARLIQ

Kəsilmiş qarpızın düzgün saxlanılmaması, xüsusilə isti havalarda bakteriyaların çoxalması və qida zəhərlənməsi riskini artıra bilər. Qarpız kəsildikdən sonra 4C və ya daha aşağı temperaturda soyuducuda saxlanılması tövsiyə olunur. Bəs, kəsilmiş qarpızın xarab olduğunu hansı əlamətlərdən müəyyən etmə

24 avqust
.

Azərbaycan-Özbəkistan əlaqələri: Tarixi kontekst,sıxılan əllər, örnək model

Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixə malikdir. Son illərdə Azərbaycanın qarşılıqlı münasibətləri daha da dərinləşdirdiyi dövlətlərdən biri Özbəkistandır. İki ölkə münasibətləri tarixi, milli və mədəni yaxınlığa əsaslanır. Mövzu ilə bağlı -a açıqlama verən siyasi şərhçi Kazım Kazımov bu əlaqələri

24 avqust
.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ: qardaşlıqdan strateji tərəfdaşlığa

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında siyasi etimadın, iqtisadi əməkdaşlığın və humanitar əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm hadisə oldu. 23 avqust 2026-cı il Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında mühüm səhifələrdən biri kimi tarix

24 avqust
.

Həyətlərini qurbağalardan sonra ilanlar basan sakinlər təşvişdə - VİDEO

Sabunçu rayonunun Zabrat 2 qəsəbəsində, Ruslan Göyüşov küçəsində sakinlər ilanların artmasından narahatdırlar. Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşların sözlərinə görə, son bir həftədə ərazidə təxminən 10 evdə ilan aşkarlanıb. Onlar ilanların artmasını ərazidə kanalizasiya sularının daşmas

24 avqust
.

Qəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı

Ali məktəblərə qəbul ola bilməyən abituriyentlər üçün vakant plan yerləri üzrə ixtisas seçiminin keçiriləcəyi tarix açıqlanıb. xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, vakant yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektro

24 avqust
.

Bütün sosial ödənişlərin yekunlaşacağı TARİX AÇIQLANDI

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların avqustun 25-də ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 avqust
.

Azərbaycan və Özbəkistan: sarsılmaz dostluq, möhkəm qardaşlıq və strateji tərəfdaşlıq

Prezident İlham Əliyevin 23 avqustda Özbəkistana dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələsini formalaşdırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin sürətlə inkişaf etdiyini bir dah

24 avqust
.

Palma yağının istifadəsi bu riskləri yarada bilər - AÇIQLAMA

Azərbaycanda kərə yağı idxalı və istehsalının azalması fonunda palma yağı idxalının kəskin artması qida bazarında istehlak və istehsal strukturunda dəyişikliklərin baş verdiyini göstərir. 2026-cı ilin ilk yarısında palma yağı və onun bərk fraksiyalarının idxalı 14,6 min tona çataraq illik müqayisəd

24 avqust
.

Azərbaycanın əczaçılıq məhsullarının ixracından gəliri 13 %-dən çox azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 305,178 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,77 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 1,487 milyon ABŞ dolları dəyərind

23 avqust