Düzgün saxlanılmadıqda zəhərlənməyə səbəb ola bilər - XƏBƏRDARLIQ
Kəsilmiş qarpızın düzgün saxlanılmaması, xüsusilə isti havalarda bakteriyaların çoxalması və qida zəhərlənməsi riskini artıra bilər. Qarpız kəsildikdən sonra 4°C və ya daha aşağı temperaturda soyuducuda saxlanılması tövsiyə olunur.
Bəs, kəsilmiş qarpızın xarab olduğunu hansı əlamətlərdən müəyyən etmək olar, hansı hallarda onun istehlakı təhlükəli hesab edilir?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, kəsilmiş qarpız düzgün saxlanılmadıqda, xüsusilə isti havalarda bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yarana bilər.
"Qarpızın qabığı kəsilərkən üzərində olan mikroorqanizmlər bıçaq vasitəsilə iç hissəyə keçə bilər. Kəsildikdən sonra qarpızın uzun müddət otaq temperaturunda, xüsusən isti şəraitdə saxlanılması qida zəhərlənməsi riskini artırır. Kəsilmiş qarpız 5°C-dən aşağı, ideal olaraq 4°C və ya daha aşağı temperaturda soyuducuda saxlanılmalıdır. Otaq temperaturunda 2 saatdan artıq, hava temperaturu 32°C-dən yuxarı olduqda isə 1 saatdan artıq qalmış kəsilmiş qarpızın istehlak edilməsi məsləhət görülmür. Soyuducuda saxlanılan kəsilmiş qarpızı isə keyfiyyət və təhlükəsizlik baxımından 3-4 gün ərzində istehlak etmək daha məqsədəuyğundur. Qarpızın qapalı qabda və ya qida üçün nəzərdə tutulmuş streçlə örtülərək saxlanılması həm çarpaz çirklənmənin, həm də mikroorqanizmlərlə təmasının qarşısını almağa kömək edir".
Ekspert bildirib ki, qarpızın xarab olduğunu müəyyən etmək üçün bir neçə əlamətə diqqət yetirmək lazımdır:
"Turşumuş və ya xoşagəlməz qoxu, selikli və yapışqan səth, həddindən artıq yumşalma, rəngin dəyişməsi, kif ləkələri, köpüklənmə və qeyri-adi dad xarab olmanın göstəriciləri ola bilər. Lakin qida təhlükəsizliyi baxımından yalnız qoxu, görünüş və dada əsaslanmaq düzgün deyil. Zərərli bakteriyalar qarpızın görünüşünü və qoxusunu əhəmiyyətli dərəcədə dəyişmədən də çoxala bilər. Buna görə də kəsilmiş qarpızın uzun müddət isti şəraitdə qalmasına şübhə varsa, onu dadına baxaraq yoxlamaq əvəzinə atmaq daha təhlükəsizdir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 172 Tarix: 24 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021