Bu görüntülərə görə saxlanıldılar - Video
Böyük Britaniyada Vindzor qəsri ilə bağlı hadisəyə görə saxlanılanlar var.
"Qafqazinfo" xəbər verir ki, bununla bağlı "BBC News" məlumat yayıb.
Belə ki, 4 nəfər maliyyəçi Cefri Epşteynlə ABŞ Prezidenti Donald Trampın görüntülərini qəsrin divarlarına proyeksiya etdiklərinə görə saxlanılıb.
Bildirilib ki, hadisə Trampın dövlət səfəri üçün Londona getdiyi gün baş verib. Polis bunu ictimai nümayiş olaraq qiymətləndirib.
Xatırladaq ki, daha əvvəl bir qrup fəal qəsrin yaxınlığında azyaşlıların alverində və cinsi istismarda ittiham olunan C. Epşteynlə ABŞ lideri D. Trampın fotosunu da yerə sərmişdilər.
Qeyd edək ki, Epşteyn 2002-2005-ci illər arasında onlarla yeniyetmə qızın onun Manhettendəki iqamətgahına və şəxsi adasına səfərlərini təşkil etməkdə ittiham olunub. Müstəntiqlər dəvət edilən qızların ən kiçiyinin 14 yaşında olduğunu müəyyən ediblər. Nəticədə o, 2008-ci ildə həbs olunub. Epşteyn 2019-cu ilin avqustunda həbsxana kamerasında yarı huşsuz vəziyyətdə tapılıb və onun həyatını xilas etmək mümkün olmayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 878 Tarix: 17 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı
ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd
20 sentyabrKXDR öz istehsalı olan kamikadze dronları təqdim edib
Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib
20 sentyabrSi Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək
Çin Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək. xəbər verir ki, bu barədə Çin tərəfinin rəsmi məlumatında qeyd edilib. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq
21 sentyabrİran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər
İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində
20 sentyabrTramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin
20 sentyabrVenesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabr