Qurbanovun oyundan əvvəl oyunçulara nə dediyi açıqlandı
"Qələbəni çox da bayram etmirdik".
Bunu "Qarabağ" komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasında səfərdə "Benfika"nı 2:3 hesabı ilə məğlub etməsini championat.com-a şərh edərkən deyib.
"Oyundan sonra klub rəhbərliyi paltardəyişmə otağına girdi və bizi təbrik etdi. Qələbəni çox da bayram etmirdik. Təyyarə reysini qaçırmamaq üçün tez yığışdıq. Hava limanı bağlansaydı, orada gecələməli olardıq. Biz isə oyunlardan dərhal sonra yola düşməyə çalışırıq. Onsuz da heç kim yatmır, ona görə də dərhal uçmaq daha yaxşıdır", - deyə o vurğulayıb.
Bakıya 6 saatdan sonra çatdıqlarını deyən Məhəmmədəliyev əlavə edib:
"Aeroportda çoxlu insan - jurnalistlər, azarkeşlər qarşıladı. Çox sağ olsunlar. Bu, Azərbaycan xalqı üçün böyük qələbədir. Tarixi qələbədir. Elə onlar üçün oynayırıq ki, insanlar sevinsinlər. Tarixdə ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsində oynayırıq. Keçən dəfə bütün turnir ərzində iki qol vurduq, burada isə bir oyuna üç qol vurduq və səfərdə qalib gəldik. Əsas odur ki, bununla kifayətlənməyək və bu uğuru davam etdirməyə çalışaq. Qrupdan çıxmaq barədə düşünmək çox tezdir".
Qapıçı baş məşqçi Qurban Qurbanovun matçdan əvvəl futbolçularla olan söhbətini də xatırlayıb:
"Məşqçi oyundan əvvəl dedi: "Uşaqlar, bir daha Çempionlar Liqasının qrup mərhələsində, belə böyük stadionlarda oynamaq şansımız olmaya bilər". "Benfika" 2:1 hesabı ilə qalib gələndə Qurbanov onlara "Unutmayın, bu, Çempionlar Liqasıdır. Zövq alın. Oynayın!" dedi. Və uşaqlarda alındı".//Oxu.az
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 966 Tarix: 18 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın UEFA reytinqində neçəncidir?
Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Qaynarinfo xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. "Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesab
11 sentyabrMbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər
Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd
13 sentyabrAzərbaycan Kubokunun püşkü atıldı
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada
18 sentyabr"Sabah"ın 21 yaşlı qapıçısından möhtəşəm seyvlər - Video
"Sabah"ın 21 yaşlı qapıçısı Rəvan Mirzəmmədov çıxışı ilə diqqət çəkir. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün "Şəfa"ya 3:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi seyvlərlə diqqət mərkəzinə düşüb. R.Mirzəmmədov Masazır təmsilçisinin heyətində bu mövsüm 2 oyunda meydan
15 sentyabrMert Günok Türkiyə millisindəki karyerasını başa vurub
"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib
18 sentyabrAvropa Liqasında ilk turun oyunları başa çatdı
UEFA Avropa Liqasında əsas mərhələnin ilk turunun oyunları başa çatıb. İlk turda 9 qarşılaşma keçirilib. xarici mediaya istinadla xəbər verir ki, gecənin diqqətçəkən oyunlarından birində Türkiyənin "Beşiktaş" komandası İstanbulda Fransa təmsilçisi "Marsel"i qəbul edib. İstanbul təmsilçis
18 sentyabr"Barselona" hücumçu Roberto Fernandeslə maraqlanır
İspaniyanın "Barselona" klubu "Espanyol"un hücumçusu Roberto Fernandeslə maraqlanır. "Report" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliy
17 sentyabr"Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə qarşı
Misli Premyer Liqasında 6-cı tur davam edir. "Qafqazinfo" xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" öz meydanında "Zirə"ni qəbul edəcək. Hazırda paytaxt klubu 10 xalla turnir cədvəlində 4-cü, "Turan Tovuz" isə 8 xall
19 sentyabr"Qalatasaray" üç futbolçusunu komandadan göndərir
Türkiyə nəhəngi "Qalatasaray" yaxınlaşan qış fasiləsində komandanın heyətində əsaslı islahatlar həyata keçirməyə hazırlaşır. yerli mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə önəmli oyunçu ilə də yollarını ayırmağı düşünür. Məlumata görə, "sarı-qırmızılar"ın göndərilməsin
13 sentyabr