18 sentyabr – Milli Musiqi Günü münasibətilə: Musiqiçilərimiz TikTok-da
İnternet dövründə musiqi artıq yalnız konsert zallarında və radio dalğalarında yaşamır. TikTok platforması milli və dünya musiqisini yeni nəsillərə çatdırmaqda, gənc ifaçılara öz istedadlarını göstərməkdə əvəzsiz rol oynayır. Qısa videolarla musiqi trend yaratmaq, klassik əsərləri yenidən canlandırmaq və izləyicilərlə interaktiv ünsiyyət qurmaq TikTok-un musiqi dünyasında populyarlaşmasının əsas səbəbidir.
TikTok-da milli musiqimizi uğurla təqdim edən bir neçə istedadlı ifaçıya nəzər salaq:
@zekiveliyev
Zəki Vəliyev tərifə layiq bir tar ifaçısıdır. O, yalnız ənənəvi Azərbaycan musiqilərini tarda ifa etmir, həm də qlobal musiqi trendlərini öz unikallığı ilə birləşdirir. Zəkinin videolarında həm klassik xalq melodiyaları, həm də populyar beynəlxalq mahnılar yer alır. Hər ifası izləyicilər üçün həm vizual, həm də emosional olaraq cəlbedicidir, onun TikTok səhifəsi musiqi həvəskarları üçün əsl kəşf məkanıdır. Zəki Vəliyevin TikTok-da 1 milyon izlənmə toplayan videosunda o, Tacik musiqisinə aid olan 'Raqamı' mahnısını tarda ifa edərək milli notlarla səsləndirməsi ilə izləyicilərin xüsusi diqqətini çəkdi.
@baylarlii
Gənc tarzən Baylarlı artıq TikTok-da böyük auditoriya toplayıb. O, öz ifalarında milli musiqimizin incəliklərini və zəngin melodiyalarını təqdim etməklə yanaşı, beynəlxalq musiqi tendensiyalarını da tarda ustalıqla icra edir. Baylarlının paylaşımları izləyicilərə həm öyrədici, həm də əyləncəli təcrübə təqdim edir və onun videoları sürətlə trend olur. Ən çox izlənmə toplayan videosunda Zəki Vəliyev Tacik mahnısı olan 'Raqamı'ya yeni nəfəs verərək onu öz tərzində, daha şən və canlı ifa edib.
@perviz.qasimov
Pərviz Qasımov Şəmkirdən olan pianoçudur və TikTok-da milli musiqimizlə yanaşı dünya klassiklərini də ifa edir. Onun videolarında piano melodiyaları izləyiciləri sakitləşdirir, eyni zamanda musiqinin emosional dərinliyini hiss etdirir. Pərvizin çıxışları həm gənc, həm də yaşlı izləyicilər tərəfindən böyük maraqla qarşılanır. Ən çox baxış toplayan videosu, milli musiqimizi öz tərzində ifa etdiyi videodur.
@anaryusub
Kamança ustası Anar Yusub TikTok-da enerjili və pozitiv çıxışları ilə seçilir. O, həm retro parçaları, həm də ən son trend mahnıları kamançada ifa edir və izləyicilərə həm nostalji, həm də müasir musiqi zövqü təqdim edir. Anarın çıxışları yalnız musiqi deyil, həm də performans sənətidir. İzləyicilər onu izləyərkən musiqi ilə vizual bir təcrübə yaşayırlar. O, məşhur müğənnilərin ifalarını kamança ilə birləşdirərək yaratdığı unikal mikslərlə seçilir və bu mikslərdən ən çox seviləni Aygün Kazımovanın populyar mahnısını kamança ilə miks etdiyi videosudur.
@pianist_naza
Pianist Naza isə həm milli, həm də beynəlxalq əsərləri pianoda ifa edir. Onun ifaları TikTok izləyiciləri arasında sürətlə yayılar, çünki həm, performans həm texniki ustalıq, həm də duyğu baxımından diqqət çəkir. Naza musiqini sadəcə ifa etmir, onu hər videoda hekayəyə çevirir. Şopenin əsərini ifa etdiyi videosu izləyicilər heyranlıqla izləyiblər və bəziləri hətta bu əsəri öz toy günlərində ifa etmək üçün pianino müəlliminin yanına gedəcəklərini yazıblar.
TikTok artıq musiqini təqdim etmək üçün sadəcə platforma deyil, milli mədəniyyətimizi və istedadlarımızı dünya ilə paylaşmaq üçün güclü bir vasitədir. Bu platforma gənc ifaçılara öz səsini eşitdirmək, izləyicilərlə birbaşa ünsiyyət qurmaq və musiqimizi trendə çevirmək imkanı verir. Musiqi artıq TikTok-da həm əyləncə, həm mədəniyyət, həm də ilham mənbəyidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb