Fransada muzeydən milyonluq qızıl oğurluğu
Fransanın paytaxtı Parisdə yerləşən Milli Təbiət Tarixi Muzeyi böyük oğurluq hadisəsi ilə gündəmə gəlib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, muzeyin Geologiya və Mineralogiya Qalereyasına çərşənbə axşamı səhərə yaxın girən oğrular, dəyəri təxminən 600 min avro (təqribən 1,1 milyon manat) olan xam qızıl nümunəsini aparıblar.
Hadisə aşkarlandıqdan sonra təhlükəsizlik işçiləri dərhal polisə məlumat verib. Xarici mətbuatda yer alan məlumatlara görə, muzey rəhbərliyi oğurluğun "tamamilə peşəkar bir qrup" tərəfindən həyata keçirildiyini bildirib. Oğruların birbaşa qızılların saxlandığı bölməyə yönəldiyi qeyd olunub.
Rəhbərlik oğurlanan qızılın maddi dəyərinin yüksək olmasına baxmayaraq, əsas itkinin elmi araşdırmalar və mədəni irs baxımından "ölçülməz" olduğuna diqqət çəkib.
Qalereyanın artırılmış təhlükəsizlik tədbirləri görülənədək bağlı qalacağı bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 604 Tarix: 19 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Putinin Çinə səfəri başa çatdı
Rusiya Prezidenti Vladimir Putin Çinə etdiyi ikigünlük rəsmi səfərini başa vurub. "Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya lideri Pekini təyyarə ilə tərk edib. Məlumata görə, mayın 19-da Çin paytaxtına gələn Putini hava limanında ölkənin xarici işlər naziri Va
20 mayErmənistanda seçicilərə rüşvət verən 20-dən çox şəxs saxlanıldı
Ermənistanda seçicilərə rüşvət verən 21 nəfər saxlanılıb. Ermənistan KİV-ə istinadən xəbər verir ki, cinayət işi bu ölkənin antikorrupsiya komitəsi tərəfindən araşdırılır. Artıq 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd olunub ki, əməliyyatlar son iki gündə keçirilib
23 maySeneqal Prezidenti Baş naziri istefaya göndərib
Seneqal Prezidenti Bassiru Diomaye Faye fərmanla Baş nazir Usman Sonkonu işdən çıxarıb. "Report"un məlumatına görə, fərman RTS telekanalının efirində oxunub. Yeni hökumət başçısının təyin olunma vaxtı və namizədin adı hələ açıqlanmayıb. "Dakaractu" xəbər portalı qeyd edib ki, Sonkonu
23 mayTarix kitabları yanıla bilər: Xristofor Kolumb əslində kim idi?
Baham adalarına ayaq basaraq dünya tarixinin gedişatını dəyişən məşhur səyyahın həqiqi kimliyi ilə bağlı sensasion nəticələr əldə olunub. Alimlərin kompüter modelləri və minlərlə genetik göstəricidən istifadə etməklə apardığı araşdırma uzun illərdir müzakirə olunan bir sirrə yeni işıq salıb. Qaynarinf
20 may