Maaşlardan tutulan vergi artacaq, bu şəxslərin gəliri azalacaq - DETALLAR

Maaşlardan tutulan vergi artacaq, bu şəxslərin gəliri azalacaq - DETALLAR"2026-cı il üzrə dövlət büdcəsinin ilkin parametrlərinin təhlili göstərir ki, fiziki şəxslərin gəlirləri üzrə vergi səviyyəsi 30 faizə qədər artıb. Bu, çox ciddi göstəricidir. Hələlik açıqlanan məlumatlar bu artımın dəqiq mənbələrini müəyyən etməyə imkan vermir. Ancaq ehtimallara əsaslansaq, əsas səbəbin muzdlu gəlirlər üzrə vergi güzəştlərinin müddətinin bitməsindən sonra yaranmış vəziyyətlə bağlı olduğunu söyləmək olar".

Bunu demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib. O bildirib ki, əgər bu vergi güzəştinin müddəti 2026-cı ilin yanvarın 1-dən etibarən uzadılmasa, mövcud qanunvericiliyə görə muzdlu gəlirlərə belə vergi tətbiq olunacaq:

"2.500 manata qədər olan hissəyə 14 faiz, 2.500 manatdan yuxarı olan hissəyə isə 25 faiz. Hesablama metodologiyası isə belədir: muzdlu gəlirdən əvvəlcə 200 manat çıxılır, sonra qalan məbləğə uyğun faiz tətbiq edilir. Məsələn, minimum əmək haqqı 400 manat olan şəxs üçün 200 manat çıxıldıqdan sonra qalan 200 manata 14% vergi hesablanır, yəni 28 manat.

Bundan əlavə, sosial qruplar üçün müxtəlif güzəştlər nəzərdə tutulub. Məsələn, məcburi köçkünlər və şəhid ailələri üçün vergidən azad olunan hissə 100 manat artırılır. Milli Qəhrəmanların gəlirlərindən 800 manat vergidən azad edilir. Əlilliyi olan şəxslərin muzdlu gəlirlərinin isə 400 manatı vergidən azaddır. Bu güzəştlərdən kənarda qalan şəxslərin əməkhaqlarından tutmalar həyata keçiriləcəkdir. Nəticə olaraq, tutmaların səviyyəsi vətəndaşın hansı sosial qrupa aid olmasından asılı olacaq. Orta hesabla 2.500 manata qədər olan əməkhaqqına tətbiq edilən vergi 14 faiz təşkil edir.

2.500 manatdan yuxarı gəlirlər üçün isə 25% tətbiq olunur. Bu halda hesablama belə aparılır: 2.500 manata görə 350 manat vergi tutulur, bundan yuxarı hər 100 manata isə əlavə 25 manat hesablanır. Məsələn, 3.000 manat əmək haqqı alan şəxs 350 manat + 125 manat = 475 manat vergi ödəyəcək".

Ekspert bildirir ki, vergi güzəştlərinin bitməsi insanların gəlirlərinin azalmasına səbəb olacaq:

"Beləliklə, bu vergini muzdlu gəlir əldə edən şəxslər ödəyəcək, yəni əmək müqaviləsi ilə çalışan insanlar. Bu isə onların real gəlirlərinin azalmasına səbəb olacaq. Məsələn, 3.000 manat əmək haqqı alan şəxsin maaşı 475 manat azaldılacaq. Orta aylıq əmək haqqı təxminən 1.100 manat olan ölkədə isə, 200 manat çıxıldıqdan sonra qalan hissəyə görə 136 manat vergi tutulacaq.

Bundan əlavə, sosial sığorta, icbari tibbi sığorta, işsizlik fonduna və həmkarlar ittifaqlarına ödənişlər də maaşdan tutulacaq. Nəticədə, vətəndaşın real gəliri əhəmiyyətli dərəcədə azalacaq. Bu isə özəl sektorda çalışan insanlar üçün ciddi risklər yaradır. Qısa müddətdə bu vəziyyət əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə və yoxsulluğun artmasına səbəb olacaq. Orta və uzunmüddətli dövrdə isə əmək bazarında əməkhaqqının artımı tələbi yaranacaq. Nəticədə bu yükün bir hissəsi sahibkarların üzərinə ötürüləcək. Çünki əmək bazarında işçilər artıq daha yüksək maaş tələb edəcəklər.

Hər iki halda neqativ nəticələr qaçılmazdır. Birinci halda, işçilərin alıcılıq gücü azalır, əmək ucuzlaşır və yoxsullaşma artır. İkinci halda isə sahibkarların xərcləri yüksəlir, mənfəət norması azalır. Bu, bəzi hallarda müəssisələrin zərərlə işləməsinə, hətta bağlanmasına gətirib çıxara bilər. Sahibkar bazarda alternativi olmayan məhsul istehsal edirsə, xərcləri məhsulun satış qiymətinə yansıdacaq və qiymətlər bahalaşacaq.

Əks halda, yəni xərcləri qiymətə əlavə edə bilməyən sahibkarlar rəqabət şəraitində çətinlik çəkəcək, fəaliyyətlərini dayandıra, defoltla üzləşə və ya investisiya imkanlarını itirə bilərlər. Bu da texnologiya tətbiqini və inkişafı məhdudlaşdıracaq. Dolayısı ilə, qeyri-formal əmək bazarının genişlənməsi üçün əlverişli şərait yaranacaq.

Nəticə etibarilə, 7 il əvvəl verilən güzəştlər indi daha sərt şərtlərlə muzdlu işçilərin üzərinə qayıdır. Həmin dövrdə vergi yükü azaldılmış, amma Dövlət Sosial Sığorta Fondu üçün məcburi tutulmalar artırılmışdı. 2026-cı ildən isə həm vergi, həm də sosial sığorta ayırmaları 2018-ci illə müqayisədə xeyli yüksək olacaq. Bu da qeyri-rəsmi sövdələşmələrin genişlənməsinə, əmək bazarında leqallaşma təşəbbüslərinin zəifləməsinə səbəb ola bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1366   Tarix: 20 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20 sentyabr
.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr
.

David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi başlayır. Məsələ ilə bağlı -a danışan Abbasov Kazım Elşən oğlunun vəkili Sahil Allahverdiyev bildirib ki, şikayət üzrə Binəqədi Rayon Məhkəməsind

21 sentyabr
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr
.

"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"

"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar

21 sentyabr
.

Mərkəzi Nəbatat Bağında konsert təşkil edilib

Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata

21 sentyabr
.

AZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb

"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat

21 sentyabr
.

Bu qəzadan xəsarət almadan qurtuldular

Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-si səhər saatlarında "Rizvan" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. 15-BU-070 dövlət nömrə nişanlı "Mercedes" markal

21 sentyabr
.

269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)

Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini

21 sentyabr