Market 8 manatlıq yağı 23 manata satdı - Nazirlik araşdırma başlatdı - VİDEO

Market 8 manatlıq yağı 23 manata satdı - Nazirlik araşdırma başlatdı - VİDEOTürkiyədə sosial şəbəkələrdə yayılan bir video böyük müzakirələrə səbəb olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, görüntülərdə bir market sahibinin 150 lirəyə (təxminən 8 manat) olan günəbaxan yağını 450 lirəyə (təxminən 23 manat) satdığı iddia edilib. Görüntülərdən sonra market tərəfindən bunun "zarafat məqsədli" edildiyi bildirilsə də, Ticarət Nazirliyi həm araşdırma aparmağa, həm də məsələni prokurorluğa çatdırmağa qərar verib.

Məlumata görə, video 20 sentyabrda sosial şəbəkələrdə yayılıb. Nazirliyin diqqətini çəkən görüntülərdə market əməkdaşı 150 lirəlik yağı 450 lirəyə satdıqlarını deyib. Araşdırma zamanı həmin marketin "T. Market" olduğu müəyyən edilib. Yağın istehsalçısı isə açıqlama verərək 151,50 lirəlik maya dəyərinin 2023-cü ilə aid olduğunu, hazırkı bazar qiymətləri ilə əlaqəsi olmadığını bildirib.

Ticarət nazirinin müavini Mahmut Gürcan, Hatay Ticarət İl Müdirliyi əməkdaşlarının araşdırmaları nəticəsində görüntülərdəki şəxsin Abdullah G. olduğunu açıqlayıb. Market sahibi ifadəsində "Sosial mediada zarafat məqsədli paylaşım etdim. Məhsulun alış qiyməti 351,25 lirədir. Hazırda anbarda 55 ədəd mövcuddur" deyib. Bu ifadə rəsmi sənədə də yazılıb.

Nazir müavini bildirib ki, məsələ ilə bağlı 1 milyon 400 min lirədən 17 milyon 200 min lirəyədək cərimə tətbiq oluna bilər. Eyni zamanda, sözügedən videonu araşdırmadan paylaşan 4 sosial media hesabına da 850 min – 8,5 milyon lirə arası cərimə kəsilməsi gündəmdədir. Həmin hesablar barədə də prokurorluğa müraciət olunub.

Gürcan əlavə edib:
"Nazirliyimiz vətəndaşları aldatmağa və yanlış təsəvvür yaratmağa yönəlmiş hər cür addıma qarşı qətiyyətlə mübarizə aparacaq. İctimai maraqların qorunması üçün bütün imkanlarımız səfərbər olunacaq."

Böyük səs-küy yaradan videonun sahibi isə sonradan açıqlama edərək, görüntülərin tamamilə zarafat məqsədilə çəkildiyini bildirib və "Heç kəsi yanıltmaq istəmirdim. Xalqımızdan və böyüklərimdən üzr istəyirəm" sözlərini deyib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1015   Tarix: 22 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021