Telefonuna gələn cavabsız zəng qadını milyonçu etdi
Malayziyanın Perak ştatında yaşayan bir evdar qadın telefonuna gələn cavabsız zəng sayəsində həyatının ən böyük sürprizini yaşayıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qadın tanımadığı nömrədən gələn zəngi geri yığmasa da, ekranda görünən "4526" və "3106" rəqəmlərini qeyd edib. Daha sonra həmin rəqəmləri lotereya kuponuna yazan şanslı qadın 1,4 milyon dollar məbləğində uduş qazanıb. Taleyinə hələ də inanmadığını deyən qadın, "Həyatım bir anda dəyişdi" sözləri ilə sevincini bölüşüb.
Oxşar uğur hekayəsi ABŞ-da da yaşanıb. Pennsilvaniya ştatında yaşayan 42 yaşlı Nikole Volter "Monopoly" temalı onlayn lotereya oyununda 2 milyon dollardan çox pul qazanıb. Bir il əvvəl döş xərçəngi diaqnozu qoyulan və qısa müddət əvvəl müalicəsini tamamlayan Volter bu böyük uduşu "ikinci həyat" kimi qiymətləndirib.
Şanslı qadın, "Asan olduğu üçün onlayn lotereya oynayırdıq, bu dəfə həqiqətən böyük qarşılıq aldıq" sözləri ilə sevincini ifadə edib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2402 Tarix: 22 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sevgilisinin keçmiş sevgilisini bıçaqlayraq öldürdü
Adananın Seyhan rayonunda baş verən qanlı hadisədə, keçmiş sevgilisini narahat etdiyi iddia edilən 19 yaşlı Murat İnanmaz gənc qadının yeni sevgilisi ilə yaranan dava zamanı bıçaqlanaraq həyatını itirib. Hadisə ilə əlaqədar 3 nəfər həbs olunub. türk mediasına istinadən xəbər verir ki, hadisə Seyhan rayonun
16 dekabrBakıda toy karvanında 6 maşın toqquşdu - Video
Bakıda toy karvanında zəncirvari qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Qəza nəticəsində 6 avtomobil toqquşub. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hadisə ilə əlaqədar toy karvanlarında hərəkət edən sürücülərə müraciət edib
15 dekabrLövhəni endirdi, sərvəti götürdü: ağlasığmaz oğurluq - VİDEO
İstanbulun Bakırköy rayonunda baş verən inanılmaz oğurluq hadisəsi böyük səs-küyə səbəb olub. İkinci əl əşyaların satıldığı internet saytında dəyəri 40 min dollar (təxminən 2 milyon TL) olan qol saatını satışa çıxaran T.Y.D. (23) aldadıldığını bildirərək polisə müraciət edib. türk mediasına istinadə
16 dekabr16 yaşlı qız evdə başından güllələnmiş halda tapıldı
Türkiyənin Kocaeli vilayətinin Körfəz rayonunda 16 yaşlı qız uşağı evdə başından güllələnmiş vəziyyətdə aşkar edilib. Səhiyyə əməkdaşlarının bütün müdaxilələrinə baxmayaraq, yeniyetmə həyatını itirib. türk mediasına istinadən xəbər verir ki, əldə edilən məlumata görə, 16 yaşlı A.C. ailə üzvləri tərəfində
17 dekabrİştahsız pişiklərini baytara aparan cütlük görün nəylə üzləşdilər
Türkiyənin Mersin şəhərində pişiklərini baytar müayinəsinə aparan cütlük gözləmədikləri bir həqiqətlə üzləşib. Ramazan Alper İlten və nişanlısı Fatma Zühal Yurdagül qar gəzintisi üçün Toroslar rayonunun yüksək dağlıq ərazisində yerləşən Arslanköy məhəlləsinə gediblər. Gəzinti zamanı mehriban davranışlar
17 dekabrSürücülük vəsiqəsi olmayan şəxsin vurduğu 70 yaşlı kişi ölüb - VİDEO
Türkiyənin Sakarya şəhərinin Arifiye rayonunda sürücülük vəsiqəsi olmadığı iddia edilən sürücünün avtomobillə vurduğu 70 yaşlı kişi həyatını itirib. türk mediasına istinadən xəbər verir ki, qəza Arifiye rayonunun Arifbey məhəlləsi ərazisində, D-100 magistral yolunun Düzcə istiqamətində, piyada keçidin
16 dekabr