Həmin direktordan bir ay əvvəl də şikayət olunubmuş, BŞTİ araşdırma aparıb...
Səs yazısı yayılan Bakıdakı 308 nömrəli tam orta məktəbin direktoru Təranə Məmmədova ilə bağlı daha bir qalmaqallı məqam üzə çıxıb.
Milli.Az-ın əldə etdiyi məlumata görə, Təranə Məmmədova ilə bağlı bir ay əvvəl də Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) şikayət olunub. İdarə araşdırma apardıqdan sonra isə bildirib ki, 308 nömrəli tam orta məktəbin direktoru və müəllimlərin fəaliyyətində qanun pozuntusu aşkar olunmayıb.
Vətəndaş F.Kərimova bildirib ki, övladı E.Kərimov buraxılış imtahanlarında uğurlu nəticə göstərib və universitetə daxil olub, lakin ixtisas seçimi zamanı problemlə üzləşiblər.
"Övladım 308 nömrəli tam orta məktəbi bitirmişdi. İxtisas seçimi zamanı məlum oldu ki, övladımın attestatı təsdiqlənməyib. Əvvəldən də direktor Təranə Məmmədova yuxarı siniflərin valideynlərindən pul alaraq attestata yüksək qiymət yazırdı, mən isə heç bir ödəniş vermədim. O da bundan hiddətlənib mənim övladıma qayıblar yazıb və yekunda attestatın verilməsindən imtina edib. Təsəvvür edirsiz, övladım buraxılış imtahanından keçib, amma direktor bu pisliyi etmək üçün ona qayıblar yazdırıb ki, attestat ala bilməsin.
Məsələ ilə bağlı elə həmin vaxt Bakı Şəhəri üzrə Təhsil İdarəsinə rəsmi müraciət etdim. Cavab məktubunda mənə bildirildi ki, direktorun və müəllimlərin fəaliyyətində pozuntu yoxdur. Bir ay keçmədi səs yazısı yayıldı və direktor işdən çıxarıldı. Olan mənim övladıma oldu. övladım buraxılış imtahanından keçsə belə direktorun qanunsuzluğuna görə universitetə daxil ola bilmədi, BŞTİ isə nəyəsə görə mənim şikayətimə obyektiv baxmadı. Necə ola bilərdi ki, direktor əvvəl qanusnsuzluq etməyib, indi birdən-birə pul yığmağa başladı?!"
Qeyd edək ki, BŞTİ tərəfindən yayılan sonuncu məlumatda paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparıldığı və araşdırma nəticəsində məktəbin direktoru Təranə Məmmədova tutduğu vəzifədən azad olunub və onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi deyilmişdi.
Bir ay əvvəl isə BŞTİ tərəfindən aparılan araşdırmada direktorun fəaliyyətində pozuntular aşkarlanmayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1203 Tarix: 23 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video
Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki
20 sentyabrBu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı
20 sentyabrAzərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrBu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO
Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf
20 sentyabrBu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabrAzərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa
20 sentyabrBakıda maraqlı toy karvanı - Video
Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz
21 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabr