Nazirlik qarmon müəllimini bağışlamadı - Ödədiyi 16 min qaytarılacaq
Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin mənimsəmədə ittiham olunan sabiq direktor müavini, hazırda qarmon müəllimi işləyən Lalə Zakirovanın dövlət büdcəsinə ödədiyi pul geri qaytarılacaq.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu qərar işdə zərərçəkmiş qismində tanınmış Mədəniyyət Nazirliyinin etirazı əsasında çıxarılıb.
64 yaşlı Lalə Zakirova təhsil mərkəzinə ayrılmış 32 min 215 manat dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinib. O, birinci instansiyada özünü təqsirli bilməsə də, barəsində həbsli axtarış qərarı çıxarılandan sonra ziyanı tam ödəyib. Bundan əlavə, cinayət məsuliyyətindən azad edilməsi üçün dəymiş ziyanın 50 faizi miqdarında - 16 min 107 manat dövlət rüsumu verib.
Cinayət Məcəlləsinin müvafiq maddəsinə görə, mənimsəmə və dələduzluq hallarında dəymiş ziyan tam ödənildikdə və dövlət rüsumu keçirildikdə təqsirləndirilən şəxs barədə cinayət işinə xitam verilərək məsuliyyətdən azad edilə bilər. Günümüzdə məhkəmələrdə bu cür hallar kifayət qədərdir.
Lakin Lalə Zakirovanın işində vəziyyət fərqli olub. Mədəniyyət Nazirliyinin nümayəndəsi məhkəməyə göndərdiyi ərizədə təqsirləndirilən şəxslə barışmadıqlarını bildirib.
Müdafiə tərəfi isə nazirliyin bu mövqeyi ilə razılaşmayıb. Vəkil hüquqi şəxsin etirazının başadüşülən olmadığını deyib: "Zərərçəkmiş qurumun hansısa məmurunun şəxsi ambisiyası nəticəsində dövlət büdcəsinə ödənilmiş 16 min manat pul niyə geri qaytarılmalıdır? Bundan əlavə, qanunda hüquqi şəxslə təqsirləndirilən şəxs arasında barışıq əldə edilməsi anlayışı yoxdur".
Lalə Zakirovaya daha əvvəl sanksiya həddindən aşağı cəza təyin olunaraq 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilmişdi. Amma hökm elan olunmazdan əvvəl o, məhkəmə zalından qaçmışdı. Həbsli axtarışda olan xanım müttəhim apellyasiya məhkəməsində iştirak edib. O, ziyanı tam ödədiyini və dövlət rüsumunu keçirdiyi üçün cinayət işinə xitam verilməsini xahiş edib.
Hökmdən eyni zamanda prokuror da protest verib. İttiham tərəfi zərərçəkmiş şəxsin barışmamasını da nəzərə alaraq təqsirləndirilən şəxsin sanksiya həddində, yəni 5 ildən 10 ilə kimi həbslə cəzalandırılmasını tələb edib.
Sumqayıt Apellyasiya Məhkəməsi tərəfləri dinlədikdən sonra yekun qərarını elan edib. Hakimlər təqsirləndirilən şəxsin yaşını və dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq onu həbsə göndərməyi ədalətli hesab etməyiblər.
Qərara əsasən, Lalə Zakirovaya 5 il müddətinə şərti cəza verilib. Həmçinin, onun cinayət işinə xitam verilməsi üçün ödədiyi 16 min 107 manat pul zərərçəkmiş nazirliyin "barışıq yoxdur" ərizəsi nəzərə alınaraq dövlət büdcəsindən özünə geri qaytarılacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 711 Tarix: 23 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video
Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki
20 sentyabrBu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı
20 sentyabrAzərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrBu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO
Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf
20 sentyabrBu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabrAzərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa
20 sentyabrBakıda maraqlı toy karvanı - Video
Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz
21 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabr