"YouTube" uşaq blogerlərin videolarını niyə silir?
Yutub platformasında ən çox azyaşlı blogerlərin videolarının və kanallarının bloklandlğını, müxtəlif xəbərdarlıqlar aldığını görürük. Alqoritm hansısa səbəblərdən azyaşlıların yutubdan istifadəsini məhdudlaşdırmağa çalışır.
Bəs görəsən, bu qadağaların təməlində nə dayanır? Yutubdan daha təhlükəsiz necə istifadə etmək olar?
Rəqəmsal Marketing üzrə ekspert Müzəffər Qaraxanlı Lent.az-a bildirib ki, yutubun uşaq məzmununa münasibəti sırf alqoritmik seçim deyil, həm də hüquqi zərurətdir:
"ABŞ-da qüvvədə olan COPPA qanunu (Children’s Online Privacy Protection Act) "YouTube"ni məcbur edir ki, 13 yaşdan aşağı uşaqlar üçün nəzərdə tutulan kontenti xüsusi şərtlərlə idarə etsin. Bu səbəbdən "Made for Kids" işarəsi qoyulmuş videolara şərhlərin bağlanması, bildirişlərin məhdudlaşdırılması və reklamların fərqli işləməsi təsadüfi deyil, bu, qanuni öhdəlikdir.
Uşaq blogerlərinin kanallarının tez-tez silinməsinin əsas səbəblərinə baxsaq, bir neçə istiqamət görürük: birincisi, müəllif hüquqları pozuntuları. Videolarda fonda məşhur musiqilər səslənirsə, bu, avtomatik olaraq "copyright strike" yaradır. Üç belə hal kanalı bağlamaq üçün kifayətdir. İkincisi, uşaq təhlükəsizliyi ilə bağlı qaydalar. Məsələn, ASMR, makiyaj və ya hətta gündəlik vloqlarda uşaqların görünməsi bəzən alqoritm tərəfindən riskli sayılır. Bu zaman kontent niyyətcə zərərsiz olsa belə, "YouTube" onu potensial təhlükə kimi qiymətləndirə və kanalı bağlaya bilər.
Platformanın dayanıqlı görünməməsinin səbəbi də budur. "YouTube"nin əsas platforması böyüklər üçün nəzərdə tutulub. Uşaq məzmunu üçün isə ayrıca "YouTube Kids" tətbiqi var. Əsas platformada uşaqyönümlü videolar daim daha sərt nəzarət altında olur və alqoritmlərin səhv qərarları çox yayğındır. Lokal bazarlarda, məsələn, Azərbaycanda bu proses daha da çətinləşir, çünki apellyasiya və dəstək mexanizmləri zəifdir".
Ekspert "YouTube"də kanalın bloklanmaması üçün bəzi tövsiyələr verib:
"Kanalın təhlükəsiz qalması üçün royalty-free və ya YouTube Audio Library musiqilərindən istifadə etmək, videoları düzgün şəkildə "Made for Kids" olaraq işarələmək, uşaqların məxfiliyinə və təhlükəsizliyinə ciddi əməl etmək, riskli janrlardan məsələn, azyaşlıların ASMR və ya yetkin mövzulara toxunduğu formatlardan uzaq durmaq lazımdır.
Ən dayanıqlı yol isə məzmunu ya tam "YouTube Kids"ə yönləndirmək, ya da ailə nəzarəti olan, daha geniş auditoriyaya uyğun family-friendly format seçməkdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 767 Tarix: 23 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video
Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki
20 sentyabrBu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı
20 sentyabrAzərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrBu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO
Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf
20 sentyabrBu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabrAzərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa
20 sentyabrBakıda maraqlı toy karvanı - Video
Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz
21 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabr