"44 gün davam edən Vətən müharibəsində rəşadətli Ordumuzun misilsiz şücaəti sayəsində 30 illik həstərə son qoyuldu" - DEPUTAT

"44 gün davam edən Vətən müharibəsində rəşadətli Ordumuzun misilsiz şücaəti sayəsində 30 illik həstərə son qoyuldu" - DEPUTAT"Vətən müharibəsində ölkə başçısının prinsipial mövqeyi və qətiyyəti, rəşadətli Ordumuzun misilsiz şücaəti sayəsində 30 illik həstərə son qoyuldu".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təcavüz aktına cavab olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə "Dəmir yumruq" əməliyyatına başladı:

"Ölkə başçısının prinsipial mövqeyi və və qətiyyəti, rəşadətli Ordumuzun misilsiz şücaəti sayəsində 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı və 30 illik həstərə son qoyuldu. Şübhəsiz ki, bu Zəfərin əldə olunmasında arxa cəbhədə vətəndaşlarımızın mənəvi dəstəyi də qələbəni qaçılmaz edən mühüm amillərdən oldu. Azərbaycan xalqı Prezidentimizin ətrafında birləşərək sözün əsl mənasında böyük xalq olduğunu sübut etdi. İkinci Qarabağ müharibəsinin nəticəsi olan tarixi qələbə Prezident-Xalq-Ordu birliyinin möhtəşəmliyini, Azərbaycan dövlətinin milli gücünü, xalqımızın isə mübarizə əzmini - sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.

Vətən müharibəsi dövründə cənab prezident İlham Əliyevin qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti sayəsində dövlətimiz tək hərbi meydanda deyil həm də siyasi arenada və informasiya müharibəsində parlaq qələbələr qazandı. Vətən müharibəsində qəhrəman oğullarımız tək Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi həm də Vətən torpağı uğrunda şəhid olan bütün oğul-qızlarımızın qisasını aldı. Cəmi 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev qazandığımız möhtəşəm zəfərlə öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi. Çünki ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin atdığı uzaqgörən və müdrik addımlar sayəsində nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirildi, ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi".

Deputat vurğulayıb ki, "Qarabağ Azərbaycandır və nida işarəsi" ifadəsini qələbəmizin rəmzinə çevirən Prezident, Ali Baş Komandan İlham Əliyevin fəxrlə söylədiyi bu ifadə həyatda təsdiqini tapdı:

"Ölkə başçımız 2020-ci il noyabrın 10-da xalqa verdiyi Ermənistan üzərində tam və qəti qələbə xəbəri illərdən bəri aparılan məqsədyönlü siyasətin, xalq-iqtidar birliyinin nəticəsi olaraq bütün Azərbaycan xalqını qürurlandırdı.

Artıq 5-ci ildir ki, sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Bununla əlaqədar Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixində "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncamı şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlamətidir. Cəmiyyətimizdə onların yeri ən ali məqamdadır

Cənab prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.Bu gün qalib Azərbaycan bu şanlı tarixi böyük qürur hissi ilə qeyd edir.

Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. 30 il ərzində işğalçılar tərəfindən viran qoyulmuş torpaqlarımıza bu gün yeni nəfəs verilir. Vətənlərindən didərgin salınan azərbaycanlılar öz doğma yurdlarına geri qayıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 426   Tarix: 23 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi başlayır. Məsələ ilə bağlı -a danışan Abbasov Kazım Elşən oğlunun vəkili Sahil Allahverdiyev bildirib ki, şikayət üzrə Binəqədi Rayon Məhkəməsind

21 sentyabr
.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20 sentyabr
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr
.

Bakıda maraqlı toy karvanı - Video

Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz

21 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr