İmişlidə toyda zəhərlənənlərin sayı 50 nəfəri ÖTDÜ - Prokurorluq ARAŞDIRMALARA BAŞLADI
Sentyabrın 23-də İmişli rayonu Muradxanlı kəndi ərazisində yerləşən yaşayış evlərindən birinin həyətində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 55 nəfərin növbəti gün qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Zəhərlənmənin səbəbini müəyyənləşdirmək məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə evdəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin olunub, zəruri prosessual hərəkətlər icra edilib.
Hazırda zərərçəkənlərin müalicəsi davam etdirilir.
22:44
İmişli rayonunda toyda zəhərlənənlərin sayı 53 nəfərə çatıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, sentyabrın 24-də saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 53 nəfər (4-ü uşaq olmaqla 21-i kişi, 3-ü uşaq olmaqla 32-si qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər (kişi cinsli) iltizamnaməsi alınaraq ixtisaslı tibbi xidmətdən imtina edib.
Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.
18:48
İmişlidə toyda zəhərlənənlərin sayı 20 nəfərə çatıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Sentyabrın 24-ü saat 14:10-dan etibarən zəhərlənmə şübhəsi ilə 20 nəfər (4-ü uşaq olmaqla 7-si kişi, 13-ü qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
14 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, 4 azyaşlının müalicəsi Uşaq şöbəsində, 1 nəfərin (kişi cinsli) müalicəsi Poliklinika şöbəsində, digər 1 nəfərin müalicəsi isə (qadın cinsli) Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir. Pasiyentlərin hər birinin vəziyyəti stabil qiymətləndirilir", - məlumatda qeyd olunub.
18:24
İmişli rayonunda baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birlikdə araşdırmalara başlanılıb.
Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ilkin araşdırma zamanı hadisənin rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verdiyi məlum olub.
Hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək müvafiq müayinələr aparılır.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcəyi qeyd olunub.
AQTA bir daha ev şəraitində hazırlanan qidaların istehlaka təqdim edilməsi zamanı saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini vurğulayıb.
17:58
İmişli rayonunda baş verən kütləvi zəhərlənmə şübhəsi ilə bağlı bəzi təfərrüat məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün rayonun Muradxanlı kəndində qeydə alınıb.
Belə ki, kənddə keçirilən kiçik toy mərasimində iştirak edənlərdən 18 nəfər zəhərlənmə şübhəsi ilə bu gün İmişli Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onlar ürəkbulanma, qızdırma və ishal şikayətləri ilə xəstəxanaya müraciət ediblər. Zəhərlənmə şübhəsi olan şəxslərdən dördü azyaşlıdır.
Hazırda həmin şəxslərə tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
17:23
İmişli rayonunda kütləvi zəhərlənmə olub.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Muradxanlı kəndində qeydə alınıb.
Belə ki, aralarında azyaşlılar da olmaqla 18 nəfər zəhərlənmə şübhəsi ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
İlkin məlumata əsasən, onlar kənddə keçirilən toy mərasimində zəhərləniblər.
Hazırda onlara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?