Otları yandırmaq istəyən yaşlı kişi oda düşərək həyatını itirdi
Türkiyədə faciəvi hadisə baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 84 yaşlı Hüseyn Can evinin önündə yandırmaq istədiyi otların alovuna düşərək dünyasını dəyişib.
Hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Məhəllə sakinləri evin qarşısında başlayan ot yanğınını görərək dərhal yanğınsöndürənlərə xəbər veriblər. Əraziyə cəlb edilən yanğınsöndürən briqadaları alovu nəzarətə alaraq söndürüb.
Aparılan araşdırma zamanı Hüseyn Canın cansız bədəni aşkar olunub. Onun şəkər və təzyiq xəstəsi olduğu, zaman-zaman isə tarazlıq problemləri yaşadığı bildirilib. İlkin ehtimallara görə, Hüseyn Can otları yandırarkən tarazlığını itirərək alovun içərisinə düşüb.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 689 Tarix: 26 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ucarda iki nəfər dəm qazından zəhərlənib
Ucarda dəm qazından zəhərlənmə hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə axşam saatlarında qeydə alınıb. Rayonun Qarabörk kənd sakini, 1981-ci il təvəllüdlü Elnarə Xəlil qızı Xəlilova və Gəraybəyli kənd sakini, 2020-ci il təvəllüdlü Aliyə Əlisa qızı Vəliyeva dəm qazından zəhərlənm
1 fevralÖtən gün Azərbaycanda 56 cinayətin üstü açılıb
Azərbaycanda yanvarın 30-da 56 cinayətin üstü açılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, ötən gün həm də əvvəlki dövrlərdən bağlı qalan bir cinayətin açılması da təmin olunub
31 yanvarTursit bəbir ilə selfi çəkmək istəyərkən hücuma məruz qaldı - VİDEO
Çində xizək sürən qadın turist selfi çəkmək məqsədilə yaxınlaşdığı bəbirin hücumuna məruz qalıb. xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, qadın turist xizək mərkəzində hərəkətdə olduğu zaman ərazidə olan bəbirə yaxınlaşaraq onunla şəkil çəkdirmək istəyib. Həddindən artıq yaxınlaşan turis
2 fevral3 uşaq anası küçənin ortasında bıçaqlanaraq qətlə yetirildi
Muğlanın Milas rayonunda marketə gedərkən bıçaqlı hücuma məruz qalan 3 uşaq anası Özlem Arslan həyatını itirib. Hadisə ərazidə böyük təşvişə səbəb olub. türk mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, naməlum şəxs tərəfindən hücuma uğrayan qadın ağır yaralanaraq hadisə yerində dünyasın
2 fevralVəhşi filin hücumuna məruz qalan turist faciəli şəkildə həyatını itirdi
Taylandın Khao Yai Milli Parkında səhər saatlarında baş verən faciəli hadisə nəticəsində 65 yaşlı turist vəhşi filin hücumu zamanı həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, yerlı hakimiyyət orqanlarının verdiyi məlumata görə, turist səhər gəzintisi edərkən qəfil olaraq vəhşi filin hücumun
3 fevralCəlilabadda 12 və 14 yaşlı yeniyetmələr BALTALANDILAR: Əmi şübhəli bilinir
Cəlilabad rayonunda 12 və 14 yaşlı yeniyetmələr baltadan xəsarət alıblar. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini qardaşı qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinir. Xəsarət alan yeniyetmələ
1 fevral