Özünə peyğəmbər dedi, 4 il gizləndi - Məhkəməsi başlayır

Özünə peyğəmbər dedi, 4 il gizləndi - Məhkəməsi başlayırBir neçə cinayətdə təqsirləndirilən Emin Ramazanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Abşeron Rayon Prokurorluğundan Sonxeber.az-a bildirilib ki, Emin Ramazanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürmə və yandırmaqla külli miqdarda ziyan vurub qəsdən əmlakı məhv etməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanıb.

İstintaqla 2021-ci il iyulun 9-da Emin Ramazanovun atası Cahangir Ramazanlı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Abşeron rayonu Qobu qəsəbəsi ərazisində fərdi yaşayış evlərindən birində qisas məqsədilə Ülfət Höccətova bıçaqla çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsi, daha sonra sonuncunun meyitinin üzərinə, evin otağı və dəhlizinə dizel yanacağı töküb yandırmaqla zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurub əmlakı qəsdən məhv etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında 2022-ci il mayın 21-də Cahangir Ramazanlıya Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürmə), 186.2.1 və 186.2.2-ci (zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etmə) maddələri ilə yekun ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmin cinayət işindən ayrıca icraata ayrılmış iş üzrə Emin Ramazanov Cinayət Məcəlləsinin 120.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilib və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində cari il mayın 20-də axtarışda olan təqsirləndirilən şəxs Emin Ramazanov tutularaq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürmə), 186.2.1 və 186.2.2-ci (zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etmə) maddələrilə yekun ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Emin Ramazanov daha əvvəl mediada bir sıra saytlarda çalışıb və özünü baş redaktor kimi təqdim edib. Daha sonra o, özünü "peyğəmbər" elan edib, onkoloji xəstələri 3 saata müalicə etdiyini, əllərində bioenerji olduğunu deyərək müxtəlif əməllər törədib. Emin Ramazanovun xüsusi libas geyinərək hansısa ritual həyata keçirməsi və həmin vaxt "müalicə etdiyi" qadının huşunu itirməsinə dair görüntülər də sosial şəbəkələrdə yayılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 670   Tarix: 26 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Məktəb bufetlərində qida təhlükəsizliyi üçün vahid və sərt nəzarət sistemi vacibdir" - Təhsil eksperti

Məktəblərdə şagirdlərin qidalanması məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Son vaxtlar bəzi təhsil müəssisələrində bufet məhsullarından zəhərlənmə halları ilə bağlı yayılan məlumatlar valideynlərin narahatlığını artırıb. Bu problem məktəb bufetlərində qida təhlükəsizliyi və nəzarət məsələlərini

7 may
.

Sabah 22 dərəcə isti olacaq

Mayın 8-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərind

7 may
.

Bakıda məşhur klinikada pasiyentin başına oyun açdılar

Kreditlə dişlərini müalicə etdirmək istəyən şəxs həm pulundan, həm də sağlamlığından olduğunu iddia edir. Xəzər TV-yə istinadən xəbər verir ki, Gülnarə Məmmədovanın sözlərinə görə, qızı Ayan Məmmədzadə artıq 7 aydır yanlış müalicənin fəsadlarını yaşayır. Onun sözlərinə görə, bu müddət ərzində qızı "Denter

8 may
.

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövrü üzrə test imtahanları davam edir. Sertifikasiyadan yüksək nəticə göstərən müəllimlərdən biri də Reyhan Əliyeva olub. O, imtahandan 60 bal toplayıb. bu münasibətl

7 may
.

"Azərlotereya" jurnalistlər üçün "Kintsugi" transformasiya təlimi təşkil edib - VİDEO

"Azərlotereya" ASC-nin "Media Klub" layihəsi çərçivəsində bu dəfə "Kintsugi" transformasiya proqramı əsasında xüsusi təlim keçirilib. Tədbirdə müxtəlif media qurumlarını təmsil edən 10 xanım jurnalist iştirak edib. Bu barədə xəbər verir. "Kintsugi" yapon fəlsəfəsin

7 may
.

Qubadakı 3 kəndin adı bu səbəbdən dəyişdirilir

"Qanun layihəsinin mahiyyəti rus mənşəli kənd adlarının dəyişdirilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" qanun layihəsini

6 may
.

Musiqi sərhəd tanımır: MESAM Bakıda "Qardaşlığın körpüsü"nü qurdu

Çox vaxt məşhur mahnılar milyonlarla insan tərəfindən dinlənilir, müxtəlif platformalarda səslənir, tədbirlərdə ifa olunur. Lakin bu əsərlərin müəllifləri hər zaman bundan layiqli gəlir əldə edə bilmirlər. Müəllif hüquqlarının qorunması, xüsusilə rəqəmsal dövrdə əqli mülkiyyətin təmin olunması bu gü

7 may
.

Metro ilə bağlı DƏYİŞİKLİK - 9 və 11 may tarixlərində...

"Bakı Metropoliteni" QSC 9 May - Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar qatarların hərəkət qrafikində dəyişiklik edəcək. səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, 9 və 11 may tarixlərində "28 May - Əhmədli" mənzilində və əks istiqamətdə qatarlararas

7 may
.

Sumqayıt stadionunda faciəvi hadisə

Sumqayıt şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən stadiondan meyit tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə mayın 6-sı saat 09 radələrində qeydə alınıb. Stadiondakı idman zalından oranın inzibatçısı Zəngilan rayon sakini 199-cu il təvəllüdlü Cəmil Allahverdi oğlu Hətəmxanovun meyiti aşka

7 may