Bulvar İdarəsinin sabiq sədri ifadə verdi: "Hansı günahıma görə mənimlə belə davranırlar?"

Bulvar İdarəsinin sabiq sədri ifadə verdi: "Hansı günahıma görə mənimlə belə davranırlar?"Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri İlqar Mustafayev 12 milyon manatlıq yeyinti ittihamından danışıb.

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, İ.Mustafayev Bakı Ağır Cinayətlər Məhkəməsinə 1 saylı Bakı İstintaq Təcridxanasında yazdığı hazır çıxışla gəlib. Hakim Leyla Əsgərova-Məmmədova ona sərbəst ifadə vermək üçün limitsiz vaxt ayırıb.

Keçmiş bulvar rəhbəri özünə qarşı ittihamların heç birini qəbul etməyib.

O, sərbəst ifadəsində məhkəmə heyətinə müxtəlif epizodlarla bağlı izahat verib:

Hesablama Palatasından iradlar

"Palata öz aktında yazır ki, Bakı Bulvar İdarəsi "Azərsu" ASC-dən suvarma və istifadə üçün su almaq əvəzinə dəniz suyunu duzsuzlaşdıraraq istifadə edə bilərdi. Bununla da 800 min manat qənaət etmiş olardıq. Axı, bu, absurddur".

Attraksion və obyektlərdən yığılan pullar

"İstintaq belə qənaətə gəlib ki, kassirlər attraksion və obyektlərdən yığılan pulları konkret işçilərə veriblər və həmin pullar da mənimsənilib. Amma bu epizod üzrə mənim əleyhimə ifadə verən şahid yoxdur. Hansı günahıma görə mənimlə belə davranırlar?"

Dondurma köşklərinin sahibi İlqar Mustafayevə nə qədər pul verib?

"Başqa bir epizodda yazılıb ki, "Maraşpark" dondurma köşklərinin sahibi İsrafil Bascıl Bulvar İdarəsinə 4 ildə 736 500 manat pul ödəyib. Müstəntiq də onun əl yazısı ilə yazılmış sənədi sübut kimi götürüb. 4 il ərzində təkcə icarə haqqı olaraq 736 500 manat verən bir sahibkarın bu müddət ərzində gəliri 3-4 milyon manat, dövriyyəsi ilə 10 milyon manata yaxın olmalıdır. Bunu ki, müəyyən etmək çətin deyil".

Popkorn köşkləri ilə bağlı 300 minlik mənimsəmə

"Bu epizod üzrə 380 313 manat mənimsəmədə ittiham olunuram. Sübut kimi isə sahibkar Tohid Abbasovun ifadəsi əsas götürülüb. Tohid deyib ki, guya mən 2016-cı ildə rəis gələn kimi onu bulvardan kənarlaşdırmışam. 6 ay sonra isə mənimlə görüşüb. Guya ona demişəm ki, sən get VÖEN-lə işlə, mən sənə maaş verəcəyəm, əvəzində də bütün gəlirləri səndən alacağam. Əgər belə niyyətim varsa, nə üçün tanımadığım, hətta bulvardan qovduğum üçün mənə düşmən olan biri ilə belə danışığa gedim?! Hə, bir də Tohid Abbasov və digərləri sahibkar kimi gəlir götürməsəydilər, köşklərin sayını hər il artırmazdılar".

Gül və kol bitkiləri ilə bağlı ittiham

"Bu epizodda yazılıb ki, mən Bulvar İdarəsinin istixanası ola-ola "Girasol" MMC-dən 175 672 manat dəyərində gül almaq adı ilə pulları mənimsəmişəm. Bu da çox absurd ittihamdır. Əvvəla, Bulvar İdarəsində istixananı 2020-ci ildə mən yaratmışam ki, kənardan gül alışını nisbətən azaldaq. Gül alışından pul mənimsəmək istəsəydim, niyə istixana yaradırdım?!"

İlqar Mustafayev mənimsəmə epizodlarından əlavə, vergidən yayınma ittihamını da qəbul etməyib.

Məhkəmə oktyabrın 20-si qaldığı yerdən davam edəcək.

Qeyd edək ki, İlqar Mustafayev köməkçisi Rəşad Bədəlov və "Girasol" MMC-nin direktoru Fuad Babayevlə birlikdə mühakimə olunur. Sonuncu ikisi azadlıqdadır. Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq olunub. Verilmiş ittihamlar sübuta yetirilsə, müttəhimləri 10 ildən çox həbs cəzası gözləyir.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1159   Tarix: 01 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu

26 avqust
.

Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı

Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2019-cu ilin apre

21 sentyabr
.

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı

Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili

31 avqust
.

Xırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib

Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is

3 avqust
.

Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə

16 sentyabr
.

Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı-Yenilənib

Gəncədə baş verən kütləvi dava zamanı bir nəfər həyatını itirib, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində yerləşən restoranlardan birinin qarşısında qeydə alınıb. Məlumata görə, bir neçə nəfər arasında yaranan mübahisə dah

6 avqust
.

Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ

Tovuzda qadın boğaz nahiyəsindən bıçaqlanıb. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva bıçaq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin ehtimala görə, 20 yaşlı qadını həyat yoldaşı Nəbi Nəbiye

25 avqust
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr
.

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad

28 avqust