"Azərbaycan-İtaliya münasibətləri yalnız enerji və ticarət sahəsi ilə məhdudlaşmır" - DEPUTAT

"Azərbaycan-İtaliya münasibətləri yalnız enerji və ticarət sahəsi ilə məhdudlaşmır" - DEPUTAT"Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə görüşü və sentyabrın 30-da mətbuata verilən bəyanatlar təsdiq edir ki, Azərbaycan-İtaliya münasibətləri yalnız ikitərəfli formatla məhdudlaşmır, həm də regional və qlobal əhəmiyyət kəsb edən strateji tərəfdaşlığa çevrilib. Son 7 ildə dövlət başçıları arasında keçirilmiş görüşlər bu tərəfdaşlığın müsbət dinamikasını əks etdirir. Artıq Azərbaycanla İtaliya arasında iki strateji tərəfdaşlıq sənədi imzalanıb. Bu fakt diplomatik əlaqələrin uzunmüddətli və dayanıqlı tərəfdaşlıq modelinə keçdiyini göstərir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və burada enerji üzrə layihələr əsas yer tutur:

"Azərbaycanın xam neft ixracında İtaliyanın lider mövqeyi, qaz idxalında isə ikinci yerdə olması bu ölkənin enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyətini aydın şəkildə ortaya qoyur. Trans-Adriatik Boru Kəmərinin (TAP) icrası mərhələsində Prezident Mattarellanın şəxsi müdaxiləsi və problemlərin həllində iştirakı göstərir ki, tərəflər yalnız maraqlar əsasında deyil, həm də qarşılıqlı etimad prinsiplərinə söykənən əməkdaşlıq modeli formalaşdırıblar. Bu gün Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və bu da o deməkdir ki, boru kəməri ilə ən çox ölkəyə qaz ixracında Azərbaycan birinci yerdədir. Ölkəmiz qlobal enerji təhlükəsizliyində mühüm rol oynayır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan hazırda Avropa İttifaqına elektrik enerjisinin ixracı layihəsi üzərində işləyir. Xəzərin dibi ilə Orta Asiyadan Avropaya qədər uzanacaq enerji dəhlizləri perspektivdə yalnız enerji resurslarının deyil, həm də regionun geosiyasi çəkisinin artmasına gətirib çıxara bilər. Azərbaycan-İtaliya münasibətləri yalnız enerji və ticarət sahəsi ilə məhdudlaşmır. Humanitar və təhsil əməkdaşlığı artıq yeni bir mərhələyə qədəm qoyulub. Prezidentlərin iştirakı ilə açılışı baş tutan İtaliya-Azərbaycan Universiteti iki ölkənin strateji tərəfdaşlığını elm, təhsil və mədəniyyət müstəvisində də möhkəmləndirir. Bu layihə həm Azərbaycanın təhsil sisteminin beynəlmiləlləşdirilməsi, həm də iki ölkənin gəncləri arasında dərin mədəni körpülərin qurulması baxımından əhəmiyyətlidir. Təhsil alan gənclər gələcəkdə ölkələrarası diplomatiyaya böyük töhfə verə bilərlər. İkitərəfli münasibətlərdə digər mühüm məqam isə Avropa İttifaqı ilə əlaqələrin inkişafında İtaliyanın rolu ilə bağlıdır. Rəsmi Roma daim Azərbaycanın Avropa ilə münasibətlərinin güclənməsini dəstəkləyib və bu gün də həmin xətt davam etdirilir. Bu baxımdan İtaliya Azərbaycanın Avropa məkanına inteqrasiyasında mühüm körpü rolunu oynayır. Beləliklə, Azərbaycan-İtaliya münasibətlərində ikitərəfli uğurlu siyasi və iqtisadi münasibətlər artıq humanitar sahədə də güclü əməkdaşlıqlara yol açıb".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 731   Tarix: 06 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Daşkənddən Buxaraya - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın Özbəkistanın paytaxtı Daşkənddən Buxaraya getməsi ilə bağlı paylaşım edilib. "Qafqazinfo" sözügedən paylaşımı təqdim edir:

24 avqust
.

Buxarada qarşılanma mərasimindən - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistanın paytaxtı Daşkənd şəhərindən Buxara şəhərinə gəliblər. Buxara Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev v

24 avqust
.

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTO

Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida və Şaxnoza Mirziyoyevalar ilə birlikdə Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar. AZƏRTAC-a istinadla xəbər veri

23 avqust
.

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar - FOTO - VİDEO

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində "Poyi-Kalon" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbə

24 avqust
.

Prezidentlə xanımını belə yola saldılar - Tarixi kadrlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Buxara Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva yola salıblar

24 avqust
.

Prezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

"Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur". AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib. Dövlətimizin başçısı qeyd edib: "Mənə məruzə ediblər ki

23 avqust
.

"Özbəkistanla əlaqələr daha da genişlənir" - AÇIQLAMA

"Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində ölkələrimiz arasında əlaqələrə dərindən nəzər salaraq gələcək üçün strateji vizyon ortaya qoydu. Dövlətimizin başçısı hərtərəfli əməkdaşlığın perspektiv əməkdaşlıq üçün formalaşdırdığı gözləntilərindən söz açdı

24 avqust
.

Prezidentin Özbəkistana səfəri başa çatdı - Fotolar

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Buxara Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavka

24 avqust
.

"Azərbaycanla Özbəkistan arasında formalaşan münasibətlər daha geniş məna daşıyır" - AÇIQLAMA

"Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan-Özbəkistan münasibətlərinin, sadəcə, dostluq və tərəfdaşlıq çərçivəsində deyil, strateji müttəfiqlik müstəvisində inkişaf etdiyini göstərən mühüm siyasi mesajdır. Müsahibədə diqqət çəkən əsas məqam ik

24 avqust