"Azərbaycanla Özbəkistan arasında formalaşan münasibətlər daha geniş məna daşıyır" - AÇIQLAMA

"Azərbaycanla Özbəkistan arasında formalaşan münasibətlər daha geniş məna daşıyır" - AÇIQLAMA"Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan-Özbəkistan münasibətlərinin, sadəcə, dostluq və tərəfdaşlıq çərçivəsində deyil, strateji müttəfiqlik müstəvisində inkişaf etdiyini göstərən mühüm siyasi mesajdır. Müsahibədə diqqət çəkən əsas məqam iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsi ilə yanaşı, bu münasibətlərin iqtisadi, nəqliyyat, enerji, təhsil, mədəniyyət və humanitar sahələrdə konkret layihələrlə möhkəmləndirilməsidir. Xüsusilə "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə"nin, daha sonra isə "Müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması əlaqələrin hüquqi və siyasi əsaslarını yeni mərhələyə çıxarıb", - bunları Sonxeber.az -a danışan hüquqşünas, BDU-nin doktorantı Ramil Qədimquliyev deyib:

"İqtisadi göstəricilər də bu yaxınlaşmanın praktiki nəticələrini nümayiş etdirir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 795 milyon dollara çataraq əvvəlki illə müqayisədə üç dəfədən çox artması, investisiya əməkdaşlığının genişlənməsi və birgə sənaye layihələrinin həyata keçirilməsi münasibətlərin yalnız siyasi bəyanatlardan ibarət olmadığını göstərir. Azərbaycan və Özbəkistanın qarşılıqlı investisiyaları, avtomobil istehsalı, kənd təsərrüfatı, enerji və turizm layihələri iqtisadi əlaqələrin daha da şaxələndirilməsi üçün ciddi potensial yaradır.
Müsahibənin digər mühüm istiqaməti nəqliyyat və enerji əməkdaşlığıdır. Azərbaycan-Mərkəzi Asiya əlaqələrinin inkişafında Orta Dəhlizin, Xəzər üzərindən daşımaların və yaşıl enerji layihələrinin əhəmiyyəti getdikcə artır. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP ilə inteqrasiyası isə region ölkələrini yeni logistika və ticarət imkanları ilə təmin edə biləcək strateji layihə kimi təqdim olunur.
Mədəni-humanitar sahədə əməkdaşlıq da iki ölkənin münasibətlərinin xüsusi xarakterini ortaya qoyur. Mədəniyyət günləri, təhsil proqramları, qardaşlaşmış şəhərlər, Füzulidə Mirzə Uluqbəy adına məktəb və Bakıda "Özbəkistan" parkı kimi layihələr dövlətlərarası əlaqələri xalqlar arasında birbaşa münasibətlərlə tamamlayır. Bu, Azərbaycan-Özbəkistan münasibətlərinin yalnız siyasi və iqtisadi maraqlara deyil, ortaq tarixi və mənəvi dəyərlərə söykəndiyini göstərir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərar Bakı ilə region arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. "C5" formatının faktiki olaraq "C6" formatına çevrilməsi Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində artan geosiyasi və iqtisadi çəkisinin mühüm göstəricisidir.
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur: daha sıx siyasi koordinasiya, artan qarşılıqlı investisiyalar, genişlənən nəqliyyat bağlantıları, enerji əməkdaşlığı və Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi. Qarşıdakı dövlət səfəri də bu prosesin növbəti mərhələsini müəyyənləşdirə biləcək mühüm hadisə kimi qiymətləndirilə bilər. Əsas nəticə budur ki, Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır. Bu tərəfdaşlıq Azərbaycanın Cənubi Qafqazdakı, Özbəkistanın isə Mərkəzi Asiyadakı mövqelərini bir-biri ilə əlaqələndirərək daha geniş Avrasiya əməkdaşlıq məkanının formalaşmasına töhfə verir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 133   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO+YENİLƏNİB

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma, həmçinin ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub. AZƏRTAC-a istinadla xəbə

23 avqust
.

"Özbəkistanla əlaqələr daha da genişlənir" - AÇIQLAMA

"Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində ölkələrimiz arasında əlaqələrə dərindən nəzər salaraq gələcək üçün strateji vizyon ortaya qoydu. Dövlətimizin başçısı hərtərəfli əməkdaşlığın perspektiv əməkdaşlıq üçün formalaşdırdığı gözləntilərindən söz açdı

24 avqust
.

Leyla Əliyeva Şavkat Mirziyoyevin qızları ilə - Foto

Leyla Əliyeva sosial şəbəkə hesabında Özbəkistanın Buxara şəhərindən yeni şəkil paylaşıb. "Qafqazinfo" xəbər verir ki, fotoda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qızları da yer alıb. Həmin görüntünü təqdim edirik:

24 avqust
.

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, dövlət başçıları əvvəlcə ali təhsil ocağını

23 avqust
.

"Heydər Əliyev" ordeninin Mirziyoyevə verilməsi Özbəkistanla münasibətlərə uzunmüddətli perspektivdən baxdıldığını göstərir

Azərbaycan Prezidentinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi "Heydər Əliyev" ordeni ilə təltif etməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin və Mirziyoyevin bu əlaqələrin inkişafındakı rolunun siyasi qiymətləndirilməsi kimi dəyərləndirilə bilər. Sərəncamda təltifin məhz Azərbaycan-Özbəkista

24 avqust
.

Dostluq və müttəfiqlik əlaqələrinin daha da genişlənməsi

Azərbaycan-Özbəkistan münasibətləri zamanın sınaqlarından keçərək tarixi dostluqdan qardaşlığa, qardaşlıqdan strateji tərəfdaşlığa, strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəlib. Bu münasibətlərin möhkəm təməlini xalqlarımızı birləşdirən ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər və əsrlər boyu qoruna

24 avqust
.

İlham Əliyev: "Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir"

Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında Zəngəzur dəhlizi barədə danışıb. AZƏRTAC-a istinadla xəbər verir ki, Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlərin fəal şəkildə davam etdirildiyini bildirən dövlətimizin başçısı Azərbaycanın əsas hissəsind

23 avqust
.

Özbəkistan-Azərbaycan əməkdaşlığı Mərkəzi Asiya-Qafqaz əməkdaşlığı gündəmini dəyişdirmək gücündədir

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında artıq müttəfiqlik səviyyəsinə yüksəlmiş münasibətlərin daha da dərinləşdirilməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində yüksək səviyyəli görüşlər və yeni əməkdaşlıq istiqamətləri Azərbaycan-Özbəkista

24 avqust
.

Dərin qarşılıqlı rəğbətə əsaslan Azərbaycan-Özbəkistan münasibətləri

Daşkəndə dövlət səfəri ərəfəsində Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş müsahibə ölkələrimiz arasında təşəkkül tapmış strateji tərəfdaşlığın institusional, hüquqi və siyasi-geopolitik mahiyyətini hərtərəfli əks etdirən konseptual dövlət sənədi xarakteri daşıyır

24 avqust