Özbəkistan-Azərbaycan əməkdaşlığı Mərkəzi Asiya-Qafqaz əməkdaşlığı gündəmini dəyişdirmək gücündədir
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında artıq müttəfiqlik səviyyəsinə yüksəlmiş münasibətlərin daha da dərinləşdirilməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində yüksək səviyyəli görüşlər və yeni əməkdaşlıq istiqamətləri Azərbaycan-Özbəkistan əlaqələrinin institusional əsaslarının möhkəmləndirilməsi baxımından diqqət çəkir.
Bəs, bu səfər Azərbaycan-Özbəkistan müttəfiqliyinin möhkəmlənməsinə və Azərbaycanın bütövlükdə Mərkəzi Asiya ilə siyasi və strateji əməkdaşlığının genişlənməsinə hansı təsirləri göstərə bilər?
Sonxeber.az-a açıqlama verən siyasi şərhçi Aydın Quliyev bildirib ki, Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafı təkcə bu iki ölkənin gündəmini yox, eyni zamanda Mərkəzi Asiya-Qafqaz münasibətləri kontekstində də çox şeyi dəyişə bilər.
"Özbəkistan Mərkəzi Asiyanın önəmli iqtisadiyyata malik ölkəsidir, Azərbaycan isə Cənubi Qafqazın qabaqcıl və böyük potensiala malik dövlətidir. Bu iki bölgənin iki güclü dövləti arasında iqtisadi, siyasi, investisiya və digər istiqamətlərdə münasibətlərin inkişafı sözsüz ki, regionlararası əlaqələrə də ciddi təsir göstərə bilər. Əgər Azərbaycan və Özbəkistan öz əlaqələrində mövcud olan bütün potensialları üzə çıxara bilsələr, bu, Mərkəzi Asiya və Qafqazın vahid geosiyasi və geoiqtisadi məkana çevrilməsi prosesində yeni mərhələ açacaq və bu prosesi xeyli sürətləndirəcək".
Ekspert bildirib ki, Mərkəzi Asiyanın böyük potensiala və imkanlara malik ölkələrindən biri olan Özbəkistanla Azərbaycanın imkanlarının birləşdirilməsi müxtəlif istiqamətlərdə böyük nəticələr ortaya çıxara bilər.
"Bu gün Özbəkistanla Azərbaycan arasında həm ikitərəfli münasibətlər gündəmi çox güclüdür və çoxşaxəlidir, həm də beynəlxalq müstəvidə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. Prezidentin sonuncu səfəri zamanı Özbəkistan-Azərbaycan Regionlararası Forumunun keçirilməsi, Ali Dövlətlərarası Şuranın iclasının baş tutması, müxtəlif sahələr üzrə müqavilələrin imzalanması, SOCAR-la Özbəkistanın neft şirkəti arasında sazişin imzalanması, Özbəkistan-Azərbaycan İnvestisiya Fondunun fəaliyyətə başlaması və Azərbaycan-Özbəkistan müttəfiqlik müqaviləsinin imzalanması dediklərimə sübutdur".
Onun sözlərinə görə, bütün bu istiqamətlər üzrə addımların atılması üçün geniş planlar var:
"Yəqin ki, bu layihələr həyata keçirildikcə Özbəkistan-Azərbaycan münasibətləri də daha da inkişaf edəcək. Özbəkistan-Azərbaycan münasibətləri nə qədər genişlənərsə, bu, Mərkəzi Asiya-Azərbaycan əlaqələrinin, eyni zamanda regionların geosiyasi baxımdan yaxınlaşması və bütövləşməsi prosesinə bir o qədər müsbət təsir göstərəcək. Eyni zamanda, Özbəkistan-Azərbaycan əməkdaşlığının mühüm genişlənmə istiqamətlərindən biri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdır. Demək olar ki, elə bir regional və qlobal məsələ yoxdur ki, onunla bağlı Özbəkistanın və Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeləri ciddi şəkildə fərqlənsin. BMT-dən tutmuş ATƏT-ə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Şurasına qədər müxtəlif çoxtərəfli əməkdaşlıq formatlarında Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı üçün yeni istiqamətlər və böyük potensial mövcuddur".
Ekspert qeyd edib ki, Özbəkistan-Azərbaycan əməkdaşlığı təkcə iki ölkənin gündəmini deyil, bütövlükdə Mərkəzi Asiya-Qafqaz əməkdaşlığı gündəmini dəyişdirmək gücündədir.
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya alanlara şad xəbər - NAZİRLİK MƏLUMAT YAYDI
Ünvanlı sosial yardımların ödəniş tarixi AÇIQLANDI
Hava ilə bağlı GÖZLƏNİLMƏZ DƏYİŞİKLİK: oktyabra qədər davam edəcək - YENİ REKORD
Pensiyalar nə vaxt artırılacaq? - İlkin TARİX AÇIQLANDI
Ay qırmızıya boyanacaq: TARİX VƏ SAAT AÇIQLANDI
Pensiya kapitalı ilə bağlı vətəndaşları SEVİNDİRƏCƏK YENİ TƏKLİF
Kredit borcunu ödəməyənlər üçün çıxış yolu - 3-5 il "dondurmaq"... - AÇIQLAMA
Sentyabrda növbəti isti hava dalğası gözlənilir - XƏBƏRDARLIQ EDİLDİ
Növbəti 4 gündə hava "od tutub yanacaq" - PROQNOZ
Yeni orqan kəşf edildi
Bir qaşıqla mədə yanmasını unudun- Bağırsaq sağlamlığı üçün sous resepti
Azərbaycanda pensiya ilə bağlı sevindirici ANONS - Sinqapur modeli nədir?
CİBİMİZDƏ OLMAYAN PENSİYA KAPİTALI... - Toplanan vəsaiti istədiyimiz zaman götürə biləcəyik?
Yaşa görə pensiya BU MƏBLƏĞƏ ÇATDI - Ödənişlər 10% artdı
Azərbaycanın iki rayonuna Bakıdan axın başladı - SƏBƏB