Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOAvqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak ediblər.

BiG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, dövlət başçıları əvvəlcə ali təhsil ocağının rəmzi açılışını bildirən lenti kəsdilər.

Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev universitetin həyətində ağac əkdilər.

Azərbaycanın və Özbəkistanın dövlət başçılarına Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin tarixi və yaradılmış şərait barədə məlumat verildi.

1935-ci ildə Mərkəzi Asiya Dövlət Universitetinin Pedaqoji fakültəsinin bazasında Daşkənd Pedaqoji İnstitutu yaradılıb. 1947-ci ildə təhsil müəssisəsinin adı Nizami adına Daşkənd Dövlət Pedaqoji İnstitutu olaraq dəyişdirilib, 1998-ci ildən isə institut Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti kimi fəaliyyətini davam etdirib.

Universitetin məzunları arasında Özbəkistanın ədəbiyyatının, mədəniyyətinin, elminin və ictimai həyatının inkişafına mühüm töhfələr vermiş çoxsaylı görkəmli şəxsiyyətlər var.

Universitetin strukturunda 6 ali pedaqoji məktəb, həmçinin 1 Birgə Təhsil Ali Məktəbi və 1 magistratura şöbəsi fəaliyyət göstərir. Burada, ümumilikdə, 33 kafedra var. Universitetdə bakalavriat üzrə 38, magistratura üzrə isə 31 ixtisasda kadrlar hazırlanır. 730 müəllim və elmi-pedaqoji işçinin çalışdığı universitetdə 17 mindən çox tələbə, o cümlədən 6 Azərbaycan vətəndaşı olan tələbə, magistrant və müstəqil tədqiqatçı kimi təhsil alır. Eyni zamanda, burada dünyanın 13 ölkəsindən 250 nəfər təhsilini davam etdirir.

Universitetdə beynəlxalq təhsil proqramlarının tətbiqinə də xüsusi yer ayrılır. Təhsil ocağı dünyanın 20 ölkəsindən 15 beynəlxalq təhsil təşkilatı və 127 universitetlə, həmçinin UNESCO və UNICEF ilə sıx əməkdaşlıq qurub. Burada 12 birgə təhsil proqramı həyata keçirilir. Həmçinin 4 beynəlxalq təhsil və mədəniyyət mərkəzi - Azərbaycan, Qazaxıstan, Cənubi Koreya və Çin mərkəzləri fəaliyyət göstərir.

Nizami Gəncəvi adına Milli Pedaqoji Universitet Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə anlaşma memorandumları imzalayıb. Bu əməkdaşlıq çərçivəsində birgə elmi tədqiqatlar və beynəlxalq konfranslar, təhsil və elmi təcrübə mübadiləsi, həmçinin mədəni-maarif əlaqələri inkişaf etdirilir. Ölkəmizlə əməkdaşlıq çərçivəsində Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin ilk 5 məzunu qrant əsasında bu universitetdə təhsil almaq hüququ qazanıb.

"Yeni Daşkənd" ərazisində 40 hektar sahədə universitetin yeni kampusunun tikintisi həyata keçirilir. Layihə, ümumilikdə, 20 min nəfərlik tədris korpuslarının, həmçinin 5 min nəfərlik tələbə yataqxanalarının yaradılmasını nəzərdə tutur. Yeni kampusda Nizami Gəncəvi Muzeyi və universitetin tarix muzeyləri olacaq.

Dövlət başçıları burada təhsil ocağının müəllim və tələbə heyəti ilə görüşüb, onlarla söhbət etdilər.

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTODaşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 91   Tarix: 23 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan-Özbəkistan əlaqələrində YENİ DÖVR - VİDEO

"Azərbaycan və Özbəkistan arasında münasibətlərin əsas üstünlüyü onların ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərə söykənməsidir". xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib. O bildirib ki, budəfəki səfərin əsas xüsusiyyətlərindən biri siyasi müttəfiqliyi

23 avqust
.

Prezidentlərin birgə bəyanatı: İki ölkə arasında strateji tərəfdaşlıq möhkəmlənir - VİDEO

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təkbətək və geniş tərkibdə görüşlərindən sonra mühüm mərasim keçirilib. Baku TV-nin Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoye

23 avqust
.

Azərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri bu ölkənin mətbuatı tərəfindən geniş şəkildə işıqlandırılıb. Qəzet və saytlar xəbərlərlə yanaşı, analitik yazılara və reportaja da yer veriblər. AZƏRTAC-a istinadla xəbər verir ki, " iki ölkənin qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini

23 avqust
.

Hikmət Hacıyev: "Özbək həmkarımla çalışırıq ki, Özbəkistan və Azərbaycan dilinin kombinasiyasında danışaq" - VİDEO

"Özbək həmkarımla çalışırıq ki, Özbəkistan və Azərbaycan dilinin kombinasiyasında danışaq". xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Özbəkistana dövlət səfəri zamanı jurnalistləri

23 avqust
.

İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan prezidentinin xüsusi rolunu qeyd edib

Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə mətbuata bəyanatında Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xüsusi rolunu qeyd edib. AZƏRTAC-a istiandla xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Bir daha Prezident Şavkat Miromonoviç Mirziyoyevi

23 avqust
.

Nizami Gəncəvinin dünyanın müxtəlif ölkələrindəki abidələrinin maketləri İlham Əliyevə təqdim edildi - VİDEO

"Yeni Daşkənd"də fəaliyyətə başlayan Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetdə dahi Azərbaycan şairinin dünyanın müxtəlif ölkələrində ucaldılmış abidələrinin kiçik ölçülü surətləri hazırlanaraq Prezident İlham Əliyevə təqdim olunub. həmin görüntüləri təqdim edir

23 avqust
.

İlham Əliyev Türkmənistanla imzalanmış beş sənədi təsdiqlədi

Prezident İlham Əliyev Türkmənistanla imzalanmış beş sənədi təsdiqləyib. -a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq fərmanlar imzalayıb. Həmin sənədlər aşağıdakılardır:. 1. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsini

21 avqust
.

Azərbaycan-Özbəkistan münasibətləri iki ölkə rəhbərinin iradəsinə söykənir - AÇIQLAMA

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində Azərbaycan-Özbəkistan münasibətlərini müttəfiqlik səviyyəsində xarakterizə etməsi və Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsini vurğulaması regionda əməkdaşlığın strateji əhəmiyyətinin artdığını göstərir. Azərbayca

21 avqust
.

"Özbəkistan Azərbaycanın əsas xarici ticarət tərəfdaşları sırasında yer alır" - AÇIQLAMA

"Azərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə daxil olub. Bu əməkdaşlıq artıq yalnız ticarət dövriyyəsinin artırılması ilə məhdudlaşmır, qarşılıqlı investisiyaları, sənaye kooperasiyasını, nəqliyyat-logistika layihələrini, regional əməkdaşlığı v

21 avqust