Azərbaycan-Özbəkistan münasibətləri iki ölkə rəhbərinin iradəsinə söykənir - AÇIQLAMA

Azərbaycan-Özbəkistan münasibətləri iki ölkə rəhbərinin iradəsinə söykənir - AÇIQLAMAPrezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində Azərbaycan-Özbəkistan münasibətlərini müttəfiqlik səviyyəsində xarakterizə etməsi və Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsini vurğulaması regionda əməkdaşlığın strateji əhəmiyyətinin artdığını göstərir. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat, enerji, investisiya və siyasi əməkdaşlığın genişlənməsi, xüsusilə Orta Dəhlizin inkişafı Bakı üçün yeni imkanlar yaradır.

Azərbaycan-Özbəkistan və bütövlükdə Mərkəzi Asiya ilə əlaqələrin güclənməsi ölkəmizin regional və beynəlxalq mövqeyinə hansı siyasi və iqtisadi üstünlükləri qazandırır?
Azərbaycan-Özbəkistan münasibətləri iki ölkə rəhbərinin iradəsinə söykənir - AÇIQLAMASonxeber.az-a açıqlama verən siyasi ekspert Aydın Quliyev bildirib ki, bu gün Azərbaycan və Özbəkistan münasibətlərinin inkişafı həm iki ölkənin maraqları baxımından olduqca əhəmiyyətlidir, həm də Azərbaycan-Özbəkistan əməkdaşlığı bütövlükdə Mərkəzi Asiya-Azərbaycan əməkdaşlığına önəmli təsir göstərir.

"Özbəkistan Mərkəzi Asiyanın ən böyük iqtisadiyyata və böyük potensiala malik ölkəsidir. Özbəkistanın və Azərbaycanın iqtisadiyyatları bir-birinə yaxındır. Hər iki ölkə müasir dünyada haqlı olaraq orta güclər kimi dəyərləndirilir. Hər iki ölkə malik olduğu imkanlardan ağıllı istifadə etməklə bu gün dünya proseslərinə müəyyən səviyyədə təsir göstərən dövlətlərə çevrilib. Azərbaycan-Özbəkistan əməkdaşlığı hərtərəfli xarakter daşıyır. Azərbaycan Prezidentinin Özbəkistan mediasına verdiyi mesajlar həm Azərbaycanla Özbəkistan arasında ikitərəfli əlaqələrin bundan sonrakı inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir, həm də bu əlaqələrin bütövlükdə Mərkəzi Asiya-Azərbaycan əməkdaşlığının dərinləşməsində nə qədər önəmli rol oynadığını göstərir".

Ekspert bildirib ki, Azərbaycanla Özbəkistan arasında münasibətlər iki ölkə rəhbərinin iradəsinə və aydın strategiyasına söykənir:

"İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın həcmi az qala 1 milyarda yaxınlaşır ki, bu da kiçik rəqəm deyil. Amma nəzərə alsaq ki, hər iki ölkənin ticarət-iqtisadi əməkdaşlığı genişləndirmək üçün hələ böyük imkanları var, bu sahədə daha ciddi nəticələr əldə etmək mümkündür. Özbəkistan həm sənaye, həm kənd təsərrüfatı, həm də təbii qazıntı məhsullarının emalı ilə məşğul olan qabaqcıl ölkə kimi Azərbaycanla əməkdaşlığını qurmaqda düzgün strategiya müəyyənləşdirib. Özbəkistanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında da xüsusi iştirakı var. Azərbaycan Prezidentinin müsahibəsində toxunulan bu məqam Türk dövlətlərinin inteqrasiyasında Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə birlikdə göstərilən qayğının nə qədər əhəmiyyətli olduğunu təsdiqləyir".

Onun sözlərinə görə, eyni zamanda, Azərbaycan və Özbəkistan əlaqələrinin inkişafı Mərkəzi Asiyanın vahid bir məkana çevrilməsində də öz rolunu oynayır:

"Təsadüfi deyil ki, müsahibədə mühüm mesajlardan biri məhz Mərkəzi Asiyanın daha möhkəm və inteqrasiya olunmuş geosiyasi məkana çevrilməsi istiqamətində atılan addımların əhəmiyyətinin qeyd edilməsidir. Verilən mesajlar Mərkəzi Asiyanın vahid geosiyasi məkana çevrilməsində Azərbaycanla əlaqələrin gücləndirilməsi istiqamətində bundan sonra görüləcək işlər barədə də aydın təsəvvür yaradır. Xüsusilə Azərbaycan-Özbəkistan əməkdaşlığının yaşıl enerji ixracı istiqamətində böyük potensialı var. Bir-iki il əvvəl imzalanmış saziş də Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın istehsal etdikləri və edəcəkləri yaşıl enerjinin dünya bazarlarına çıxarılması kimi böyük perspektivin hədəfləndiyini göstərir. Bir sözlə, Azərbaycan-Özbəkistan əməkdaşlığı dinamik inkişaf edir və hərtərəfli inkişaf prosesindədir. İki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı təbii ki, mədəni və humanitar münasibətlərə də öz təsirini göstərir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 124   Tarix: 21 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

General oğlu vəzifəsindən azad edildi

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Strateji planlaşdırma və monitorinq idarəsində Penitensiar xidmət rəisinin köməkçisi Rauf Qasımzadə vəzifəsindən azad edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb. Nazirin əmri ilə Qasımzad

18 avqust
.

""Laçının Şəhər Günü"nün bayram keçirilməsi tarixi hadisədir" - AÇIQLAMA

"1992-ci il mayın 8-də Laçının ermənilər tərəfindən işğalı böyük faciə idi. Çünki Laçın rayonunun işğalından sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında fiziki bağlantı yarandı. Bu da digər ərazilərimizin işğalı üçün Ermənistana imkanlar qazandırdı" , - bunu -a danışa

20 avqust
.

Laçın günümüz mübarək olsun!

"Azərbaycan tarixində elə günlər var ki, onlar xalqımızın yaddaşına qızıl hərflərlə yazılıb. Bu günlər millətimizin sarsılmaz iradəsini, Vətən sevgisini, mübarizə əzmini və qəhrəmanlıq ruhunu təcəssüm etdirir. Həmin günlərdən biri də 26 avqust - Laçın Şəhəri Günüdür", - bunları -a danışan ehtiyatd

21 avqust
.

İlham Əliyev Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib

18 avqust
.

""Laçın Şəhəri Günü"ndəki mesajlar ermənilərə xəbərdarlıqdır" - AÇIQLAMA

"30 il işğal altında olmuş Laçın rayonu hazırda dirçəliş dövrünü yaşayır, burada sürətli abadlıq-quruculuq işləri aparılır. Görülən işlərin nəticəsi olaraq artıq xeyli sakin öz yurduna dönüb və bu proses uğurla davam edir. Bütün bu işləri dövlətimiz qısa vaxt ərzində həyata keçirib. Digər işğa

20 avqust
.

Azərbaycan-Özbəkistan münasibətləri iki ölkə rəhbərinin iradəsinə söykənir - AÇIQLAMA

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində Azərbaycan-Özbəkistan münasibətlərini müttəfiqlik səviyyəsində xarakterizə etməsi və Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsini vurğulaması regionda əməkdaşlığın strateji əhəmiyyətinin artdığını göstərir. Azərbayca

21 avqust
.

Böyük qayıdışın təntənəsi!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Vətən müharibəsində qazanılan qələbə təkcə işğal altındakı torpaqların yağı düşməndən azad edilməsi deyil, eyn

21 avqust
.

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyi qeyd ediləcək. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Səhiyyə Nazirliyi Elm və Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi ilə birlikdə görkəmli dövlət və elm xadimi Əzi

20 avqust
.

Dövlətlərarası münasibətlər siyasi əlaqələrin qurulması ilə formalaşır - POLİTOLOQ

Ermənistanın 2026-2031-ci illər üzrə hökumət proqramı layihəsində Azərbaycanla ikitərəfli ticarətin və işgüzar dairələr arasında əlaqələrin fəallaşdırılmasının sülhün institusional xarakter almasının tərkib hissəsi kimi göstərilməsi diqqət çəkir. Sənəddə bununla yanaşı, sülh sazişinin imzalanması v

20 avqust