Dövlətlərarası münasibətlər siyasi əlaqələrin qurulması ilə formalaşır - POLİTOLOQ

Dövlətlərarası münasibətlər siyasi əlaqələrin qurulması ilə formalaşır - POLİTOLOQErmənistanın 2026-2031-ci illər üzrə hökumət proqramı layihəsində Azərbaycanla ikitərəfli ticarətin və işgüzar dairələr arasında əlaqələrin fəallaşdırılmasının sülhün institusional xarakter almasının tərkib hissəsi kimi göstərilməsi diqqət çəkir. Sənəddə bununla yanaşı, sülh sazişinin imzalanması və ratifikasiyası, Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası istiqamətində işlərin davam etdirilməsi də nəzərdə tutulur.

Bəs, Azərbaycanla iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi sülh prosesinin praktiki və davamlı mərhələyə keçdiyini göstərən amil kimi qiymətləndirilə bilərmi və iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi siyasi münasibətlərin normallaşmasına, qarşılıqlı etimadın formalaşmasına və regionda uzunmüddətli sabitliyin təmin olunmasına necə təsir göstərə bilər?

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, 2026-2031-ci illərdə, yəni bu beşillik dövr ərzində ticarət əlaqələrinin inkişaf etdirilməsi yaxşı istəkdir:

"Amma bu ticarət əlaqələrinin inkişaf etdirilməsinin arxasında, eyni zamanda, siyasi münasibətlər sisteminin qurulması dayanır. Yəni Azərbaycanla sülh müqaviləsi imzalanmadan ciddi iqtisadi və ticarət əlaqələrindən danışmaq real görünmür. Hazırda hansısa kiçik addımların atılması, əslində, Azərbaycanın jest etməsidir. Yəni mesaj ondan ibarətdir ki, əgər sülh əldə olunacaqsa, bu addımları davamlı və daha genişmiqyaslı şəkildə həyata keçirə bilərik. Amma bu, o demək deyil ki, sülh müqaviləsi imzalanmadan tərəflər siyasi əlaqələri tam formalaşdırmadan iqtisadi əlaqələri dərinləşdirə bilərlər".

Politoloq bildirib ki, beynəlxalq münasibətlərdə əsas yanaşma ondan ibarətdir ki, dövlətlərarası münasibətlər, ilk növbədə, siyasi əlaqələrin qurulması ilə formalaşır və daha sonra iqtisadi müstəviyə keçərək qarşılıqlı iqtisadi faydalılıq yaradır:

"Bu da qarşıya qoyulan əsas tələblərdən biridir. Tərəflər bu addımı atmasa, xüsusilə də Ermənistan bu istiqamətdə öhdəliklərə riayət etməsə, bundan ciddi nəticə gözləmək o qədər də faydalı olmaya bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 230   Tarix: 20 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Böyük qayıdışın təntənəsi!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Vətən müharibəsində qazanılan qələbə təkcə işğal altındakı torpaqların yağı düşməndən azad edilməsi deyil, eyn

21 avqust
.

""Laçının Şəhər Günü"nün bayram keçirilməsi tarixi hadisədir" - AÇIQLAMA

"1992-ci il mayın 8-də Laçının ermənilər tərəfindən işğalı böyük faciə idi. Çünki Laçın rayonunun işğalından sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında fiziki bağlantı yarandı. Bu da digər ərazilərimizin işğalı üçün Ermənistana imkanlar qazandırdı" , - bunu -a danışa

20 avqust
.

İlham Əliyev Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib

18 avqust
.

Prezident TƏSDİQLƏDİ: Dövlət əmlakını özəllə dəyişdirmək mümkün olacaq

Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Torpaq Məcəlləsində, Mülki Məcəllədə və "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb. Bununla Azərbaycand

17 avqust
.

Toxumçuluq sahəsində yeni dövlət rüsumları müəyyənləşib

Toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə yeni dövlət rüsumları müəyyənləşib. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı "Dövlə

14 avqust
.

Dövlətlərarası münasibətlər siyasi əlaqələrin qurulması ilə formalaşır - POLİTOLOQ

Ermənistanın 2026-2031-ci illər üzrə hökumət proqramı layihəsində Azərbaycanla ikitərəfli ticarətin və işgüzar dairələr arasında əlaqələrin fəallaşdırılmasının sülhün institusional xarakter almasının tərkib hissəsi kimi göstərilməsi diqqət çəkir. Sənəddə bununla yanaşı, sülh sazişinin imzalanması v

20 avqust
.

Prezident: "Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır"

"İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər

21 avqust
.

Rusiyadan Ermənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşüb

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 8vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb. report-a istinadən xəbər verir ki, tədarükə çəkisi 560ton olan buğda daxildir. Yük Böyük Kəsik istiqamətinə göndərilib

15 avqust
.

Laçın Şəhəri Günü: Tarixi Zəfərin daha bir simvolu!

"Dörd il əvvəl, 2022-ci il avqustun 26-da xalqımız daha bir tarixi hadisənin sevincini və qürurunu yaşadı. Ordumuz həmin gün Laçın şəhərində yerləşdi, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, bu füsunkar, mühüm strateji mövqeyə malik diyarın işğalına tamamilə son qoyuldu. Prezident İlha

21 avqust